islamic mənbələri

    1. home

    2. article

    3. İNSAN ÖLÜMDƏN SONRA DA İNKİŞAF EDİRMİ?

    İNSAN ÖLÜMDƏN SONRA DA İNKİŞAF EDİRMİ?

    İNSAN ÖLÜMDƏN SONRA DA İNKİŞAF EDİRMİ?
    Rate this post

     

     

    İnsan bu dünyada ölənə qədər ruhi inkişafda olur, bəs öləndən sonra necə?

    Bunu qeyd etmək lazımdır ki, Quran ayələrinin və hədislərin nəzərinə görə, məad həm ruhi və həm cismi olur. Bərzəx aləmində də insan ruhu bədənindən çıxandan sonra öz misal bədəninə girər. Ayə və hədislər bu həqiqəti təsdiq edir ki, dünyadan yuxarıdakı aləmdə də insan təkümülü mövcuddur. Hətta insanın bu dünyadan bərzəxə və oradan da məhşər səhnəsinə keçməsi təkamülün bir formasıdır.

    Bərzəx və Qiyamət aləminin əhkamları bu dünyada olanlarla fərqlənir. İnsan Allaha tərəf seyr yolunda başqa bir aləmə daxil olur. Bu yolda ruhu da dəyişər. Bəzi meyarları əldən verər və təkamülə çatar. Əgər o biri dünyadakı əhkamlar və amillərə nəzər salsaq, görərik ki, insan behiştdə qocalmır, xəstələnmir. Yeməkləri buranın yeməklərindən fərqlənir. İstəkləri bu dünyanın istəklərindən fərqlidir.

    “Şübhəsiz, ayələrimizi (Qur’anı) və (tovhid) nişanələrimizi inkar edənləri tezliklə (ölən kimi Bərzəx aləmində, yaxud Allahın nəzərində tez olan Qiyamətdə yandırıcı) oda daxil edəcək və onun istiliyini onlara daddıracağıq. Dəriləri yanıb bişdiyi zaman onların yerinə başqa dərilər gətirərik ki, əzabı (tam) dadsınlar. Doğrudan da Allah qüdrətli və hikmət sahibidir”. (“Nisa” 56).

     

    Bədəndə baş verən dəyişikliklər

    İnsanın bədəni ruhundan ayrılandan sonra maddi bədəni yeni şəraitdə qərar tutar, torpağa çevrilər. Bu bədən zərrə halına düşər və maddi aləmdə qalar. O zamana qədər ki, Qiyamət bərpa olar və məhşər səhnəsi qurular. Bədən də yer üzərində olan başqa zərrələr kimi dəyişər. Bədən dağılmış zərrələrdən yenidən əvvəlki halına çevrilər. Təbiidir ki, o biri dünyada olan nöqsanlar bu dünyada yoxdur.

     

    Ruhun təkamülü

    Ruh mücərrəddir. O biri aləmdən nazil olmuşdur. Mərhələ-mərhələ keçərək, insanın bədəninə qədər gəlib çatır. Ruh bu qədər tənəzzül etdiyi üçün öz həqiqi simasını əldən verər. Onun kamallarının bəzisi maneələr qarşısında qalır.“Elə ki, onun bədəninin yaradılmasını tamamladım və Öz ruhumdan ona üfürdüm, hamınız səcdə halında onun qarşısında yerə düşün”. (“Sad” 72).

    Ruh haqqa tərəf qayıdan zaman hər bir aləmdə müəyyən mərtəbələrə çatar. Bu ruhun həmin təkamülüdür. Ruhun bu təkamülü daha ali bir aləmə keçən zaman zəruridir.

     

    Bərzəx təkamülü

    Ruh bədəndən çıxandan sonra bərzəx aləminə daxil olar. Ruh Allaha tərəf hərəkət edir. Eyblərini və nöqsanlarını əldən verər. Qiyamət aləminə girmək üçün ləyaqət əldə edər.

     

    Qiyamət təkamülü

    İnsan bərzəx aləmindən daha ali bir aləm olan Qiyamətə daxil olar. Bu qalxış nəticəsində ruh yeni bir təkamül əldə edər. Həmçinin ruhun bədəninə qovuşmasının hər biri təkamülün bir hissəsidir. Çünki insan hər bir keçidlə öz əsil həqiqətinə yaxınlaşar və əldən verdiyi kamallarına qovuşar.

    “Həqiqətən, öz əhd-peymanları və andları(nı – dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur. Həmçinin Allah onlarla danışmayacaq, Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onları paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır”. (“Ali-İmran” 77).

    Bu ayədə adı çəkilən “pak olmaz”, kəlməsi xüsusi mənada işlənmişdir. O insanlar ki, Siratül-müstəqim yolundadırlar, Haqqın nəzərinə layiq insanlardır. Allah onları napaklardan pak edər və əsl simalarının qarşısını kəsən maneələri aradan qaldırar. Bu ayə aydın şəkildə bildirir ki, Qiyamət aləmində təkamül vardır.

    “Həmçinin Allah Qiyamət günü onlarla danışmayacaq, onları (əməllərinin pisliyindən) paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır”. (“Bəqərə” 174). (Tebyan/ Deyerler.org)

     

     

    http://sualcavab.ge