Cavab: Tarix və rəvayət mənbələrinə əsasən, hazırkı insan nəsli nə Habildən, nə də Qabildən davam etməmişdir. Əksinə, həzrət Adəmin Şeys (Hibətullah) kimi digər övladlarından davam etmişdir. İslam alimləri arasında Adəm (əleyhis-salam)-ın övladlarının kim ilə evlənməsi ilə əlaqədar iki nəzəriyyə mövcuddur və hər bir dəstə öz müddəasının isbatı üçün Quran və rəvayətlərdən müxtəlif dəlillər zikr etmişlər. Biz burada həmin iki nəzəriyyəni qısa şəkildə bəyan edirik: 1. Qardaş bacı ilə evləndi; O dövrdə hələ bacı ilə qardaşın evlənməsinin haram olma qanunu Allah tərəfindən verilməmişdi. Bəşər nəslinin davam etməsi üçün bundan başqa bir yol da yox idi. Buna görə də heç bir irad tutula bilməz. 2. Adəmin övladlarının bir-biri ilə evlənməsi mümkün olmadığından, onlar yer üzündə əvvəlcədən olan digər insan nəslinin qızları ilə evləndilər. Sonralar onların övladları bir-biri ilə əmi uşağı oldular və bir-biri ilə evləndilər. Bu nəzəri də bəzi rəvayətlər dəstəkləyir. Çünki Adəmin nəsli yer üzündə mövcud olan ilk insanlar olmamış, ondan əvvəllər də yer üzündə müəyyən insan növləri mövcud olmuş və yaşamışdır. Əlbəttə, belə nəzərə çarpır ki, birinci nəzəriyyə Quranın zahiri ilə daha uyğun olmuş olsun. NUR-AZ.COM


more post like this