Cavab: Allahın yaratdığı hər aləmin öz qanunları var. Dünya və axirət qanunları bir-birindən fərqlənir. Məsələn, bədən dünyada yanmaqla məhv olursa, axirətdə heç bir təsir insanı yox etmir.

Ayə və rəvayətlərdən məlum olur ki, qiyamət astanasında dəhşətli zəlzələlər qopur, dənizlər parçalanır, dağlar uçulur, günəş və ulduzlar sönür, bir sözlə, dünyanın nizamı pozulur.

Əgər Quranda deyilirsə ki, behiştdə pak zövcələr var, demək, həmin zövcələr dünya qadınlarından tam fərqlənir. Bu zövcələr aylıq adət kimi xüsusiyyətlərdən kənardırlar. Dünyada bu xüsusiyyətlərdən məhrum qadın ana ola bilmir. Behiştdə övladlar da dünyadakı övladlar kimi deyil. Əgər dünyada hər bir istək tədricən həyata keçirsə, behişt əhlinin istəyi dərhal yerinə yetir. Quran buyurur: “Orada sizin üçün istədiyiniz hər şey var.”( “Fussilət”, 31.) Əgər insanın istəyi dərhal həyata keçirsə, bətndə doqquz ay uşaq gəzdirmək məntiqsiz görünür.

http://sualcavab.ge

 


more post like this