Cavab: İstəklərin həyata keçməsi üçün İmam Mehdidən nəql edilən dua:
Cümə gecəsi gecə yarısı qüsl edib həmişə namaz qıldığı yerdə iki rükət namaz qılsın. Birinci rukətdə “İyyakə nəbudu və iyyakə nəstəin” i 100 dəfə təkrarladıqdan sonra surənin davamını oxusun. “İxlas” surəsini bir dəfə oxuduqdan sonra ruku və səcdədə yeddi dəfə “Subhanəllah” desin. İkinci rukət də eyni qayda ilə qılınır. Sonra aşağıda qeyd edilən duanı oxuyur və hər bir hacəti olsa, qəbul olar. Əlbəttə, qeyd etmək lazımdır ki, qohumlarla ünsiyyətini kəsən şəxsin duası qəbul olmaz:
Dua:
“Ey Rəbbim, əgər əmrlərinə tabe olsam, bütün yaxşı xüsusiyyətlər səndəndir. Əgər itaətsizlik etsəm, mənim varlığımın dəlil sahibi sənsən, mən məhkumam, rahatlıq, əmin-amanlıq Sənin ixtiyarındadır, Sənin ixtiyarın olmadan çətinliklərdən qurtulmaq olmaz.
Nemət veən Allah pakdır, əməllər müqabilində mükafat verəndir, qadir və günahları bağışlayan Allah pakdır.
“Ey Rəbbim, baxmayaraq ki, itəatsizlik etmişəm, lakin Sənin yanında ən əziz olana- Sənə imana müti olub itaət etmişəm.Sənin övlad sahibi olmağına inanmadım, Sənə şərik qoşmadım, bu ona görədir ki, mənə minnət qoyub belə etiqad tovfiqi bağışlamısan, bununla əlaqədar mən sənə heç bir halda minnət qoya bilmərəm.
Ey mənim Allahım, günah və itaətsizliyim məntiqsiz, zalım olub Sənə bəndə olmaqdan üz çevirib , Rəbb olmağını inkar etmək məqsədilə olmadı, əksinə, nəfsani istəklərimdən itaət etdiyimə görə (günah) etdim, şeytan məni azdırdı.
Sən mənim halımdan tamamilə xəbərdarsan, əgər mənə əzab versən, bilirəm, günahlarıma görədir, Sən zalım deyilsən, əgər mənə mərhəmət edib, bağışlasan, bilirəm, Sən bağışlayan və Kərimsən, ey Kərim, ey Kərim. (“Ey Kərim” sözünü bir nəfəsə bacardığın qədər de)
Ey hər bir təhlükədən Amanda olan, heç bir şey sənin qorxundan Amanda deyil, hər kəs itaətsizliklərinə görə səndən qorxmalıdır, hər şeydən asudə olduğun və pak zatından hamının qorxduğu üçün Səndən diləyirəm ki, Məhəmməd (s) və Ali Məhəmmədə (s) salam vəə salavat göndərəsən, mənim, övladlarımın, ailəmin və və mənə minnət qoyub nemət verdiyibn bütün şeylərin rahatlıq və əmin-amanlığını qoru, belə et ki, heç kəsdən qorxmayım, heç vaxt vahimdə olmayım, yalınız Sənin qüdrətin və bizə Allah olmağın yetər.
Ey İbrahimi (e) Nəmrudun şərrindən xilas edən, Ey Musanı (ə) Fironun şərrindən xilas edən, Ey Məhəmmədi (s) əhzabın şərrindən xilas edən, Səndən diləyirəm ki, Məhəmməd (s) və onun ailəsinə salam və salavat göndərəsən, bizi Fulaninin (narazı olduğun şəxs, qorxduğun şəxs) oğlu filaninin şərrindən xilas et”.
Sonra şərrindən qorxduğu şeyi Allahdan istəsin və Allah tezliklə onu həyata keçirər.
Sonra səcdəyə gedib, sızıltıyla hacətini Allahdan istəsin, hər bir mömin və möminə belə bir namaz qılb dua oxusa hacətlərinin qəbul olması üçün səma qapıları açılar və həmin anada istəyi nə olursa olsun, həyata keçər. Bu Allahin fəzl mərhəmətidir ki, bizə (Əhli-beytə (ə)). Və xalqa minnət qoyub. Nur-az.com


more post like this