islamic mənbələri

    1. home

    2. article

    3. İnqilab

    İnqilab

    İnqilab
    Rate this post

     

    313.Şərqdə Mehdinin zühurundan qabaq İslam inqilabının olması

    1020.İmam Əli (ə):«Şərqdə camaat qiyam edəcək və Mehdinin hakimiyyətinə şərait yaradacaq.»[1]

    1021.Abdullah:«Peyğəmbərin yanında oturmuşduq və Qureyşdən olan bir neçə gənc oradan keçdi. Peyğəmbərin rəngi dəyişdi. Dedik:«Ey Allahın Peyğəmbəri! Biz həmişə sizin üzünüzdə xoşagəlməz və narahatedici bir hal görürük.» Buyurdu:«Biz elə bir ailəyik ki, Allah bizim üçün dünyanın yerinə axirəti seçib. Məndən sonra mənim bu Əhli-Beytim bəla, didərginlik və sürgünə düçar olacaq, o vaxta kimi ki, burdan – əli ilə şərqə işarə etdi – bir qövm qara bayraqlarla qiyam edəcək. Onlar haqqı tələb edərlər, amma haqq, onlara verilməz. Onlar bir daha haqqı tələb edərlər, amma yenə də onlara verməzlər. Sonra döyüş və müqavimətə əl atarlar və nəhayət onların istədiklərini verərlər. Amma onlar onu mənim Əhli-Beytimdən dünyanı azğınlıq və ədalətsizliklə dolduğu kimi ədalətlə dolduran bir kişiyə verənə kimi qəbul etməzlər. Kim həmin qövmü görsə hətta qarın üzərində sürünməklə olsa belə onlara birləşsin.»[2]

     

    314.Əcəmlərin inqilabda rolu

    1022.Allahın Peyğəmbəri (s) (ərəblərə xitab edərək) farslar barəsində buyurmuşdur:«Siz Qur’anın nazil olmasının üstündə onlarla vuruşdunuz. Dünya sona çatmamış, onlar da Qur’anın tə’vili üstündə sizinlə vuruşarlar.»[3]

    1023.Allahın Peyğəmbəri (s):«Mütləq əmr be məruf və nəhy əz münkər edin. Yoxsa Allah əcəmi sizin üstünüzə göndərəcək. Onlar sizin boyunlarınızı vuracaq, qənimətlərinizi yeyəcək və qorxmaz şirlər olacaqlar.»[4]

    1024.İmam Əli (ə):«Sanki əcəmi Kufə məscidində çadır qurmuş və Qur’anı camaata nazil olduğu kimi öyrədən görürəm.»[5]

     

     

     

    315.Qum şəhərindən inqilab

    1025.İmam Sadiq (ə):«Elə bir dövr gələcək ki, Qum şəhəri və onun əhalisi digər insanlara dəlil olacaq. Həmin dövr bizim Qaimimizin (ə) qeybə çəkilməsindən Onun zühuruna kimi olacaq dövrdür. Əgər belə olmasaydı yer öz əhlini udardı. Mələklər bəlaları Qum şəhərindən və onun əhalisindən uzaqlaşdıracaqlar. Hansı zalım onlar barədə pis fikrə düşsə, zalımları məhv edən onu məhv edəcək.»[6]

    1026.İmam Sadiq (ə) Əffan Bəsriyə buyurmuşdur:«Bilirsən, nə üçün «Qum» deyiblər?» (Əffan deyir ki,) Ərz etdim:«Allah, onun Peyğəmbəri və siz daha yaxşı bilirsiniz.» Buyurdu:«Qumu ona görə Qum adlandırıblar ki, oranın əhalisi Məhəmməd Əhli-Beytinin Qaiminin (salavatullah əleyh) ətrafına toplaşacaq, onunla birgə qiyam edəcək və onun yolunda müqavimət göstərib köməyinə çatacaq.»[7]

    1027.İmam Kazim (ə):«Qum əhalisindən bir kişi insanları haqqa də‘vət edəcək və onun ətrafına dəmir parçaları tək insanlar toplaşacaq. Tufanlardan titrəməyəcək, vuruşmaqdan usanmayacaq və qorxu-hürkü bilməyəcəklər. Onlar Allaha təvəkkül edərlər və (gözəl) aqibət də pərhizkarlarındır.»[8]

    1028.Biharul-ənvar:«Şiələrdən biri deyir:«İmam Sadiqin (ə) yanında oturmuşduq və o Həzrət «onlardan birincisinin vaxtı gələndə üstlərinə bəndələrimizdən bir dəstə güclü cəngavərlər göndərdik. Onlar hətta evlərinin içində belə vuruşdular və bu vəd artıq yerinə yetirildi» ayəsini oxudu. Dedik:«Sənə fəda olaq, bunlar kimlərdir?» Üç dəfə buyurdu:«And olsun Allaha, onlar Qum əhlidirlər!»[9]

     

     

     

     

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild



    [1] Kənzul-Ummal, hədis 38657

    [2] ət-Təşrif bil-minən, səh.314, hədis 445

    [3] Biharul-Ənvar, c.67, səh.174, hədis 7

    [4] ət-Təşrif bil-minən, səh.95, hədis 59

    [5] əl-Ğeybə, Nömani, səh.318, hədis 5

    [6] Biharul-Ənvar, c.60, səh.213, hədis 22

    [7] Biharul-Ənvar, c.60, səh.216, hədis 38

    [8] Biharul-Ənvar, c.60, səh.216, hədis 37

    [9] Biharul-Ənvar, c.60, səh.216, hədis 40