Cavab: İmamzadədən məqsəd məsumların (ə) övlad və nəvələri nəzərdə tutulur ki, vasitəylə Peyğəmbərin övladları sayılırlar, amma cəmiyyət və ürfdə imamzadələrin dəf olunduğu yer nəzərdə tutulur.

Bir çox rəvayətlərdə peyğəmbər əkrəmdən (s) və məsum imamlardan bizə çatmışdır ki, Peyğəmbər övladlarını əzizləyin[i]

İmam Peyğəmbəri (s) buyurur: Hər kəs mənim övladlarıma ehtiram göstərsə həqiqətən mənə ehtiram etmişdir [ii]

İmam Rza (ə) buyurur: Bizim övladlarımıza baxmaq ibadətdir. Bir şəxs o həzrətdən soruşdu: Sizin o, övladlarınız ki, imamdırlar, onlara baxmaq ibadətdir? Həzrət buyurdu: “Bəlkə bütün Peyğəmbər övladlarına baxmaq ibadətdir, o zaman ki, o həzrətin yolundan ayrılmayıb və günah işlərə qovuşmamışdırlar.”[iii]

Peyğəmbər (s) övladlarına hörmət etmək o həzrətin həyatı zamanına və o həzrətin vəfatından sonrakı dövrə şamil olur. bu islamın göstərişidir ki, buyurur: Öz əmvatlarınızın qəbrlərini ziyarət edin və onlara salam göndərin..[iv]

Peyğəmbərin o dəstə övladları ki, dünyalarını dəyişmişdirlər, onlara ehtiram etməyin bir yolu da onların dəfn olunduğu məqbərələrə hörmət etməkdir.

Bunun üçün də bu cür yerləri təmir etmək, təmizləmək, ətirləmək və … bir növ o qəbr sahiblərinə ehtiram etməkdir; çünki onların sahiblərini yüksəldib insanların bu cür yerlərə gedib- gəlməsinə rəğbət qazandırır.[v]

Burada lazımdır rəvayətdə işarə olunan nöqtəyə daha çox diqqət olunsun və o bundan ibarətdir ki, bütün bu sifarişlər o həzrətin həqiqi övladlarına şamil olur, yəni o şəxslər ki, vasitəsiz və yaxud vasitəylə o həzrətin nəslindəndirlər və həyatlarında heç vaxt o həzrətin yolundan ayrılmamışdırlar.

Başqa bir növ nöqtədə bundan ibarətdir ki, bəzi öz mənafeini güdən insanlar fürsətdən istifadə edərək yalandanbəzi yerləri imamzadə olaraq adlandırırlar və insanlar o yerlərə ehtiram edir, amma həqiqətdə o yerlərdə heç bir qəbrdə yoxdur və yaxud əgər qəbr vardırsada Peyğəmbər övladı olmasına heç bir dəlil yoxdur. Bu cür yerlərdə diqqət etmək lazımdır ki, o insanların sui istifadələrininj qarşısı alınsın.

Bu iki nöqtəyə diqqət yetirdikdə bizim imamzadələr qarşısında vəzifəmiz məlum olur ki, bütün imamzadələrə ehtiram qoymaq lazımdır ya yox? Mərhum Mühəddis Qumi (rəh) deyir: Birincisi budur ki, imamzadənin nəsli məlum olmalıdır; yəni bu mövzuda olan kitablarda onun şəcərəsi imamlardan birinə çatsın, ikincisi isə: Şəcərəsinin düzgünlüyündən əlavə onun alicənablığı, yaxşılığı və onun Allaha yaxın olmağlığı tarixdə qeyd olundun. Hər vaxt bu iki mövzu bir yerdə bir araya gələrlərsə; misal üçün həzrət Əbdul Əzim (Rey) həzrət Məsumə (Qum) həzrət Seyyid Məhəmməd (Samirra yolunda) həzrət Şahçıraq (Şiraz) və …onların ehtiramını saxlamaq lazımdır və onları ziyarət etməyin çoxlu savabı vardır.

Amma əgər bunlar deyildirsə insan yalnız oranın müsəlman qəbristanlığı olaraq orada dəfn olan insanlar üçün Quran oxuyub fatihə zikr edə bilər və Allahdan onlar üçün rəhmət diləyə bilər.

Amma hər hansı bir halda imamzadələrə ehtiramsızlıq düzgün sayılmır.

Buna da işarə etmək lazımdır ki, əgər əsası və sənədi düzgün olmayan yerlərə də ehtiramsızlıq düzgün sayılmır və insanlara oranın imamzadə olmadığını elan etmək kifayətdir.[vi]      Nur-az.com.



[i] Mühəddis Nuri, Müstədrək əl vəsail, cild 12, səh 376.

[ii] – Həmin

[iii] – Vəsail əl- şiyə cild 12, səh 311.

[iv] Biharul- ənvar, cild 79, səh 62.

[v] Ziyarətin faydalarına işarə etmək üçün daha çox vaxt istəyir, amma ziyarət və ağlamağın faydaları üçün bax: Göstərici: Bəqi ziyarətçilərinin ağlaması, sual 171.

[vi] Bax: C. D. Porseğu, İttila rəsaneye Tibyan və dər rahe həqq müəssisəsinin cavabı.


more post like this