Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

Qurani-kərimdə imamlar barədə bir sıra ayələr mövcudur. Uyğun mövzuyla əlaqədar Ayətullahül-üzma Nasir Məkarim Şirazinin “İmamət Haqqın dili ilə” kitabına müraciət edin.

Sual:
(5 salam aleykum!elden faize pul goturmekle bankdan kredit goturmeyin ferqi nedir?her ikisi selem deyilmi?alimler deyirler ki zeruret olarsa bankdan kredit goturmek olar,bu ne derecede duzdur?
Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

Sualınız fiqhi xarakter daşıdığından “Şəri” suallar bölümünə müraciət edin.

Sual:

(1 Qaracuxa nedir? Dinde bele bir shey vardirmi? deyirler Namazda oz qaracuxana salavat cekmek yaxsidir. Bu dogrudurmu?
Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

Xalqımız arasında məşhur olan Qaraçuxa anlayışı, insanı qoruyan və ya onun taleyinin təcəssümü olan, çiyninə qara çuxa (əba) salmış bir varlığı təsəvvür edir. İlkin İslam qaynaqlarında apardığımız çoxsaylı araşdırmalar göstərir ki, xalqımız arasında formalaşmış bu fikrin heç bir dini əsası yoxdur. Buna görə də bu fikrin ilk dəfə necə və haradan qaynaqlandığı haqqında əlimizdə heç bir məlumat yoxdur. Lakin Quranda (Qaf, 18) insanın yaxşı və pis əməllərinə göz qoyan iki mələkdən söhbət açılır. Ola bilsin ki, uzun illər həqiqi İslamla arasında fasilə yaranan xalqımız zaman keçdikcə bu iki mələyi xurafatlaşdıraraq onları qoruyan qara çuxalı (əbalı) varlıq kimi yazılı və şifahi ədəbiyyatımıza daxil etmişdir.

Sual:
(2 Salam eleykum.bezi qidalarda(snikers,mars ve s.) terkibinde donuz yagi oldugu deyilir.bunu emulqatorlarin heyvan menseli(daha coxda donuz ves.) oldugu deyilir.bu haqda tedqiqatlar aparilibmi?yeni ele bir sayt varmiki ordan melumat alaq.sizin cavabiniz bize yeqinlik getirer.Allah razi olsun..
Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

Bu barədə dəqiq məlumatımız yoxdur.

haqyolu.com


more post like this