İmamlar elmi bilgilərə yiyələnmək üçün hansı elmi qaynaqlardan yararlanırdılar?

 

İmamlar bir çox mənbələrdən yararlanırdılar. O cümlədən:

 

1.            Quran elmi

İmamların elminin ən əsas hissəsi Qurani-Kərimə kamil agahlıqları olmalarında idi. Buna görə də bütün ayələrdəki zahiri və batini mənaları, möhkəm və mütəşabih ifadələri dəqiqliklə bilirdilər.

Qurani-Kərim buyurur:

«وَ يَقُولُ الَّذينَ كَفَرُوا لَسْتَ مُرْسَلاً قُلْ كَفى بِالّلهِ شَهيداً بَيْنى وَ بَيْنَكُمْ وَ مَنْ عِنْدَهُ عِلْمُ الكِتابِ»؛

(Ya Rəsulum!) Kafirlər: “Sən peyğəmbər deyilsən!” – deyirlər. (Onlara) belə cavab ver: “Mənimlə sizin aranızda (doğruluğuma) Allahın və kitabı bilənlərin şahid olması yetər!” (Rəd surəsi, 43-cü ayə)

Bu ayədən anlaşılır ki, kitab elmini bilən bir şəxs mövcuddur və eyni zamanda o da sezilir ki, Allahın kitabı bütün elmlərin qaynağı və bütün işlərin şərait yaradanıdır.

Ancaq bu elmə kimlər sahibdir? Bu sualın cavabını Quran üstüörtülü işarə ilə bildirmişdir. İbn Abbasdan nəql olunan bir rəvayətdə oxuyuruq:

«مَنْ عِنْدَهُ عِلْمُ الْكِتابِ اِنَّما هُوَ عَلٌّى لَقَدْ كانَ عالِماً بِالتَّفْسيرِ وَالتَّاْويلِ وَ النّاسِخِ وَالمَنْسُوخِ»؛

“Kitab elminə vaqif olan şəxs Əlidir (ə). O, Quranın təfsir və izahına, nasix və mənsux ayələrinə agahdır”. (Yənabiul-məvəddə, səh.201)

 

2.            Peyğəmbərdən əxz etmək

İmam elminin ikinci qaynağı Peyğəmbərdən irs aparmaqdır. Belə ki, İslam Peyğəmbəri (s) bütün dini mərifətləri və şəriətləri İmam Əliyə (ə) öyrətmişdi.

İslam rəvayətlərində gəlmişdir ki, Peyğəmbər (s) elmdən Əliyə (ə) min babını (fəslini) öyrətdi ki, onlardan hər biri də digər min baba ayrılırdı.

Usuli Kafi kitabında bu barədə çoxlu ayələr zikr olunmuşdur. Əbu Bəsirdən nəql olunur ki, İmam Sadiqdən (ə) bu hədisi soruşdum: “Peyğəmbər (s) Əliyə (ə) elmdən bir bab öyrətdi ki, onlardan hər biri də digər min baba ayrılırdı.” İmam Sadiq (ə) buyurdu:

«عَلَّمَ رَسُولُ اللّهِ عَليّاً اَلْفَ بابٍ، يُفْتَحُ مِنْ كُلِّ بابٍ اَلْفُ بابٍ»

“Allahın Rəsulu Əliyə (ə) bir bab deyil min bab öyrətdi ki, onların hər biri min baba şamil idi”.

Bəzi rəvayətlərə əsasən Əli (ə) bildiyi bu elmləri öz dəstxətti ilə bir kitab edərək gələcək nəslindən olan İmamlara yetirdi.

 

3.            Mələklərdən almaq

Onların elmi qaynaqlarıdan biri də mələklərdən əxz etmələridir. Əlbəttə belə deyil ki, onlar ilahi qanunları peyğəmbərlər kimi vəhy vasitəsi ilə qəbul edələr. Bu doğru deyil. Necə ki, İslam Peyğəmbərinin (s) vəfatından sonra ilahi qanunların nazil olması sona yetdi.

Ancaq ayələrin zahiri məzmunundan da anlaşılır ki, onlarda Həzrət Xızır (ə) Zülqərneyn (ə) və Məryəm (ə) kimi mələklərlə əlaqədə idilər. Bu vasitə ilə də bəzi qeyb həqiqətlərini onlardan alırdılar.

İmam Baqirdən (ə) bizə yetişən bir hədisdə oxuyuruq: «اِنَّ عَليّاً كانَ مُحَدَّثاً»؛ “Əli (ə) hədis söyləyən idi və ona qeybdən kəlamlar deyilirdi”.

İmamdan, kim onunla kəlamlaşırdı deyə soruşulduqda: «يُحَدِّثُهُ مَلَكٌ» “Bir mələk onunla danışırdı” deyə cavab verdi. Sonra Həzrətdən soruşdular o peyğəmbər idimi? Həzrət sualın cavabında əlini yox deyə tərpədərək buyurdu:

«كَصاحِبِ سُلَيْمانَ، اَوْ كَصاحِبِ مُوسى، اَوْ كَذِى الْقَرْنَيْنِ»؛

“O bu məsələdə Süleyman Peyğəmbərin dostu (Asəf ibn Bərxiya), Musanın yoldaşı (Yuşə ya Xızır) və ya da ki, Zülqərneyn kimi idi”. (Usuli-Kafi, c.1, səh.172)

 

4.            Müqəddəs Ruhun təlqini

İmamların elmi qaynaqlarından dördüncüsü müqəddəs Ruhun vasitəsi ilə ələ gəlmişdir. Quranın bir neçə ayələrində təkrarən “Ruhul-Qudus”un haqqında söz gedir. Onlardan üçü İsa Məsih (ə) və biri isə İslam Peyğəmbəri ilə (s) bağlıdır.

Ruhul-Qudusun kimliyi və necə bir varlıq olması barədə təfsirçilər arasında müxtəlif nəzərlər vardır. Bəzi alimlər onun pak ruh olaraq İncili nazil edən “Cəbrail (ə)” olduğunu və digər bəzi təfsirçilər isə onun Allahın “İsmi əzəmi” olduğunu söyləyirlər. Və deyirlər ki, o İsmi-əzəmin vasitəsi ilə Həzrət Məsih ölüləri dirildirdi.

Ruhul-qudusun Quran və hədislərdə işlənən məzmununa diqqət yetirdikdə də onun müxtəlif kimliklərdə və mənalarda anlamaq olur:

«قُلْ نَزَّلَهُ رُوح القُدُسِ مِنْ رَبِّكَ بِالْحَقِ»؛

(Ya Rəsulum!) De: “Ruhul-quds onu (Quranı) sənin Rəbbindən iman gətirənlərə səbat vermək, müsəlmanları isə doğru yola yönəltmək və (onlara Cənnətlə) müjdə vermək üçün haqq olaraq nazil etmişdir!” (Nəhl surəsi, 102-ci ayə)

Bu ayənin zahiri məzmunundan onun Cəbrail (ə) olduğu başa düşülür. Çünki Quranı Allah tərəfindən Peyğəmbərə nazil edən məhz o olmuşdur.

Həzrət İsa Məsihdən (ə) bəhs edən digər üç ayədə isə Ruhul-qudusdan məqsəd Cəbraildən (ə) başqası olduğu anlaşılır. Çünki ayələrdə işlənən «اِذْ اَيَّدتُكَ بِرُوحِ القُدُس» və «وَاَيَّدْناهُ بِرُوحِ الْقُدُس» cümlələri hər zaman Həzrət İsa (ə) ilə birgə olan və ona güc verən bir ruhdan söz açır.

Əhli-beytdən bizə yetişən rəvayətlərdə Ruhul-qudusun bir müqəddəs ruh olduğu və bütün Peyğəmbər (s) və məsum İmamlarla birgə olub müxtəlif məqamlarda onlara yardım etdiyi anlaşılır. Əhli-sünnət hədislərinə əsasən bir şəxsin zehninə yaxşı bir fikir və mənalı şeir ilham olsa Peyğəmbər (s) ona buyurardı: “Bu Ruhul-qudusun yardımı ilədir”.

İmam Baqir (ə) peyğəmbərlərdə və ilahi övliyalarda olan beş ruhu sadaladıqdan sonra buyurdu:

«فَبِرُوحِ القُدُسِ … عَرَفُوا ما تَحْتَ الْعَرْشِ اِلى ما تَحْتَ الثَّرى»؛

“Onlar Ruhul-qudusun vasitəsi ilə ərşin altında olanlarla yerin altında olanları bilirlər”. (Usuli-Kafi, c.1, səh.272)

Bu haqda Usuli-Kafidə və digər hədis kitablarında çox hədislər mövcuddur. Biz ixtisarı nəzərə alaraq onlardan bəzisinə işarə etməklə kifayətlənirik.

 

5. İlahi nur

İmamların beşinci elmi qaynağı isə ilahi nurdur. Bunu təsdiq edəcək bir çox hədislər nəql olunmuşdur:

Həsən ibn Raşid deyir: “İmam Sadiqdən (ə) eşitdim ki, Həzrət buyururdu:

«… فَاِذا قضى الاِمامُ الّذى كانَ قَبْلَهُ رْفِعَ لِهذا مَنار مِن نورٍ، يَنْظُرُ بِهِ اِليَ اَعْمالِ اَلْخَلائِقِ فَبِهذا يَحْتَجُ اللهُ علي خَلْقِهِ»

“Bir İmam dünyasını dəyişdikdə Allah sonrakı İmama nurdan bir çıraq verər ki, onunla camaatın vəziyyətini anlayar. Bu vasitə ilə də Allah camaata höccəti tamamlayar”. (Usuli-Kafi, c.1, səh.387)

İmam Hadinin (ə) barəsində nəql olunur ki, bir gün onun yaxınlarından biri olan Harun ibn Fuzeyl onun yanında idi. Birdən İmam ayəni buyurdu: «إِنَّا لِلَّهِ وَ إِنَّا إِلَيْهِ راجِعُونَ» “Hamımız Allah tərəfindən gəlmişik, ona tərəf də qayıdacağıq”. Sonra isə buyurdu: İmam Cavad (ə) dünyasını dəyişdi. Həzrətdən onu haradan bildiyini soruşduqda cavabında buyurdu: “Allah qarşısında qəlbimə elə təvazökarlıq halı gəldi ki, heç belə olmamışdım”.

Yuxarıda qeyd etdiklərimizdən belə anlaşılır ki, İmamların elmi qaynaqları müxtəlif şəkildə və bir çox vasitə ilə olmuşdur. Onlar məhz bu qaynaqlar vasitəsi ilə xətadan uzaq bilgilər əldə etmişlər ki, ilahi məmuriyyəti yerinə yetirərkən – İslam, Quran və Peyğəmbərin (s) sünnətini çatdırarkən və eləcə də nəfsləri tərbiyə edərək yaradılmışı Yaradana tərəf hidayət edəndə ondan fayda-lansınlar.

http://sualcavab.ge


more post like this