İmamlar qeyb elmindən faydalandıqları halda nədən zəhərlənmiş üzüm, xurma və s. qidanı qəbul etmişlər və onun nəticəsində zəhərlənərək şəhadətə yetmişlər?

İmamlar onlara vergi olaraq bəxş edilən qeybi bilgilərdən öz İmamlıq vəzifəsini yerinə yetirərkən faydalanmışlar. Şəxsi mənfəət və fərdi zərərlər qarşısında onlar bu elmdən yararlanmamışlar. Bu məsələni daha ətraflı anlamaq üçün aşağıdakı nöqtələrə diqqət yetirin:

1.            Məsum İmamlar qeybi elmə sahib olmaqla keçmiş, indiki və gələcək bəzi hadisələrdən xəbərdar olmalarına baxmayaraq onlar da gərək həyatda (digər insanlar kimi) adi bilgilər əsasında davranmalı idilər. Misal üçün: İmam (ə) öz adi bilgisi ilə süfrəyə qoyulan meyvədən dadmaqda bir maneə görmədiyi üçün digər adi vaxtlardakı kimi ona meyl etməsi caiz sayılırdı. Baxmayaraq ki, eyni zamanda O Həzrət qeybi elmi ilə o meyvəyə zəhər qatıldığını da bilirdi.

Çünki hər zaman qeyb elminə görə davranmaq Peyğəmbərin (s) besətindəki hikmət və İmamların məqamı ilə ziddiyyət təşkil edir. Çünki onlar insanlara nümunə olmaq üçün digərləri kimi həyat tərzi sürməsələr insanlara nümunə ola bilməzdilər və nəticədə insanlar onların elmi-qeyblərini bəhanə gətirərək özlərinə ülgü qərar verməzdilər.

2. Bir çox rəvayətlərə əsasən İmamlar bəzi keçmiş, indiki və gələcək hadisələrdən qeybi elmləri ilə xəbərdar olmalarını söyləsələr də bəzi islam fəlsəfəçiləri onlarda olan bu elmin hər an olmadığını deyirlər. Onların qənaətinə görə İmamlar hər zaman bir məsələni ya hadisəni öncədən bilmək istədikləri təqdirdə Allah onları agah edirdi.

اذا اراد الامام ان يعلم شيئاً اعلمه اللّه ذلك؛

“Hər zaman İmam bir şeyi bilmək istədikdə Allah onları xəbər-dar edərdi”. (Usuli-Kafi c.1, Əimmə babı və Biharul-ənvar, c.26, səh 116-117)

Deməli, belə aydın olur ki, İmamın qeyb elminə istədikləri zaman agah olmaları onların məqamında var idi. Hər zaman istəsələr insanların hidayəti yolunda ondan yararlanırdılar. Bu hadisədə də mümkündür onlar şəhadətlərinin necə və nə ilə olacağının incəliklərindən xəbərsiz idilər. Çünki mümkündür özləri bilmək istəməmişlər.

3.            Bu kimi hadisələrin bəzisi (İmam Museyi Kazim (ə) və İmam Rzanın (ə) zəhərli meyvə yeməyi kimi) məcburiyyət və ixtiyarsız olmuşdur. Baxmayaraq ki, onlar bilirdilər bu vasitə ilə şəhadətə yetişəcəklər. Ancaq düşmən tərəfindən onu yeməyə məcbur edilmişlər. Onların bu sahədə digər seçimi qalmamışdır.

Bu sual barəsində digər suallar da vardır ki, ixtisara riayət etdiyimizdən onlara işarə etmirik.

http://sualcavab.ge

 

 


more post like this