Peyğəmbəri Əkrəm (s) öz sağlığında açıq-aşkar şəkildə buyurmuşdur ki, ondan sonra on iki nəfər xilafətə çatacaqdır ki, hamısı Qüreyşdəndir və islamın izzət və başıucalığı onların xilafəti sayəsində olacaqdır. Cabir ibni Səmrət deyir:

سَمِعْتُ رَسُولَ اللّهِ¸ يَقُولُK لَا يَزَالُ الآِسْلَامُ عَزِيزًا اِلَي اِثْنَي عَشَرَ خَلِيفَةً ثُمَّ قَالَ كَلِمَةً لَمْ اَسْمَعْهَا فَقُلْتُ لِاَبِي مَا قَال فَقَالَK كُلُّهُمْ مِنْ قُرَيْشٍ

“Peyğəmbər (s)-in belə buyurduğunu eşitdim: “İslam on iki xəlifə və rəhbər vasitəsilə əziz olacaqdır.” Sonra bir söz dedi, eşidə bilmədim. Atamdan nə dediyini soruşduqda cavab verdi ki, hamısı Qüreyşdəndir.” (“Səhihi Müslim”, 6-cı cild, səh.2, Misir çapı.)

Tarixdə islamın izzət və başıucalığının qoruqçusu olan on iki xəlifə şiələrin inandığı on iki İmamdan başqası ola bilməz. Çünki Peyğəmbəri Əkrəm (s)-in təqdim etdiyi on iki xəlifə o həzrətin vəfatından bilavasitə sonra onun xəlifələri ünvanı ilə təqdim edilmişdir.

İndi bu on iki nəfərin kim olduğunu araşdırırıq. Sünnülərin istilahında “Raşidin xəlifələri” adlandırılan dörd xəlifədən keçəndə digər xəlifələr islamın izzətli olmasına səbəb olmamışlar. Əməvi və abbasi xəlifələrinin həyat tarixi bu müddəaya şahidlik edir. Amma hər biri öz əsrində təqva və pərhizkarlıq simvolu olan on iki İmam Peyğəmbər (s) sünnəsinin keşikçiləri kimi səhabənin, tabeinlərin və onlardan sonrakı nəsillərin diqqət mərkəzində olmuşlar. Tarixçilər onların elmli və etimadlı olmalarına şəhadət vermişlər. Onlar aşağıdakılardan ibarətdir:

 

1-Əliyyibni Əbi Talib (ə)

2-Həsən ibni Əli (Müctəba) (ə)

3-Hüseyn ibni Əli (ə)

4-Əliyyibni Hüseyn (Zeynul Abidin) (ə)

5-Muhəmməd ibni Əli (Baqir) (ə)

6-Cəfər ibni Muhəmməd (Sadiq) (ə)

7-Musa ibni Cəfər (Kazim) (ə)

8-Əli ibni Musa (Riza) (ə)

9-Muhəmməd ibni Əli (Təqi) (ə)

10-Əli ibni Muhəmməd (Nəqi) (ə)

11-Həsən ibni Əli (Əskəri) (ə)

12-İmam Məhdi (Qaim) (ə)

(Peyğəmbəri Əkrəm (s)-dən mütəvatir şəkildə nəql olunan rəvayətlərdə o, “vədəsi verilmiş Məhdi” ünvanı ilə qeyd olunur.)

Adları Peyğəmbəri Əkrəm (s)-in dilindən deyilən bu böyük rəhbərlərin həyatı ilə tanış olmaq üçün aşağıdakı kitablara müraciət edə bilərsiniz:

1-”Təzkirətul-xəvas” (“Təzkirətu xəvassil-ümmət)æ

2-”Kifayətul-əsər”æ

3-”Vəfəyatul-əyan”æ

4-”Əyanuş-şiə” (müəllif: Seyyid Möhsin Əmin Amuli).

http://sualcavab.ge

 

 

 


more post like this