Cavab: Bu sualın cavabını Hədisi qüdsidə bəyan olunan bir hədislə veririk: Həzrət İmam Sadiq (əleyhissalam) belə buyurur: Həqiqətən vəsiyyət (hökmü) Allah tərəfindən Həzrət Məhəmmədə, yazılı şəkildə nazil oldu. Həzrəti Məhəmmədə, vəsiyyət (xəlifəlik) məsələsindən başqa heç bir şey yazılıb möhürlənmiş halda nazil olmamışdı. Sonra Cəbrəil dedi: Ey Məhəmməd, bu sənin Əhli-beytin barəsində ümmətə etdiyin vəsiyyətdir. Həzrəti Məhəmməd buyurdu: Ey Cəbrəil, hansı Əhli-beytim? Cəbrəil dedi: Onların (Əhli-beytin) arasında Allahın nəcib bəndəsi və onun övladları. (yəni Əli və onun övladları.) Bu işi ona görə etmişdir ki, onlar (sənin) nübüvvət elminin varisləri olsun-lar, necə ki, İbrahimi onu (öz nübüvvətinə) varis etmişdir. Onun mirası sənin zürriyyəndən Əli və onun sülbündən olanlar üçündür. O məktubun üstündə müxtəlif möhürlər var idi. Həzrət Əli birinci möhrü açıb onda yazılanlara uyğun olaraq əməl etdi. Sonra (onu imam Həsənə verdi,) imam Həsən də ikinci möhürü açıb onun içərisində yazılanlara uyğun olaraq əməl etdi. İmam Həsən (əleyhissalam) dünyadan gedəndən sonra imam Hüseyn (əleyhissalam) üçüncü möhürü açıb onun içində belə yazıldığını gördü. “Ey Hüseyn, müharibə et və bu yolda öldürül, bir qövm ilə şəhadətə tərəf çıx. Onlar yalnız səninlə birlikdə şəhid olacaqlar.” Həzrət orada yazılanlara uyğun əməl etdi və şəhid olan zaman həmin məktubu övladı Əli ibni Hüseynə (əleyhissalam) verdi. O da dördüncü möhürü açdıqda gördü ki, orada belə yazılmışdır: “Elm qapıları bağlanan zaman sən sakit ol”. O da vəfat edən zaman məktubu övladı imam Məhəmməd Baqir (əleyhissalam)-a verdi. İmam Baqir (əleyhissalam) beşinci möhürü açanda gördü ki, orada belə yazılmışdır: “Allahın kitabını təfsir et və ata-babalarını təsdiqlə və övladını özünə varis seç. İslam ümmətini qur və Allahın haqqını bərqərar etmək üçün qiyam et. Haqqı- istər qorxulu vaxtlarda, istərsə də əmin-amanlıq vaxtlarda de və yalnız Allahdan qorx.” Buna görə də o Həzrət həmin göstərişə uyğun olaraq əməl etdi. Vəfatı çatanda həmin məktubu özündən sonrakı canişininə tapşırdı. Nur-az.com


more post like this