İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: “Allah zühur əmrini bir gecədə islah edəcəkdir.” Əksər rəvayətlətdə də o həzrətin zühur vaxtı üçün müxtəlif əlamətlət qeyd olunmuşdur. Digər bir tərəfdən isə zühur üçün heç bir vaxtın təyin olunmamasına işarə etmişlər. Qeyd edilən mətləblərə əsasən, belə nəticə cıxarmaq olar ki, o həzrətin zühur vaxtı üçün deyilən nişanələrin əksəriyyəti həyata keçmişdir. Bu baxımdan zühur vaxtı olduqca yaxınlaşmışdır. lakin bunun üçün müəyyən vaxt təyin etmək düzgün deyil. Çünki bu vaxtı Allahdan başqa heç kəs bilmir. Amma, hər anda o həzrətin intizarı çəkilməlidir. Hədisdə deyilir ki, Allah, bir gecənin içində belə zühuru həyata keçirməyə qadirdir. Bu baxımdan məsumların (ə) buyurduğu kimi, gecə-gündüz səbirsizliklə əziz İmamımızın gəlişini gözləməliyik. Böyük alimlərimizdən birinin dediyi kimi: “Kiçik zühur bir necə il öncə başlamışdır.” Onu günəşin doğmasına bənzətmişlər ki, tam görsənməmişdən əvvəl həyatbəxş şəfəqlərini saçmaqla dünyanı işıqlandıracaqdır. İndi isə yalnız günəşin özünün tam doğması və xalqın ondan bilavasitə faydalanması qalmışdır.

Hər halda, İmamın zühuru üçün hər hansı bir vaxtın təyin edilməsindən qəti şəkildə çəkinmək lazımdır. Əgər bir şəxs vaxt təyin edərsə ona qarşı çıxmaq lazımdır. Çünki bu işin çox böyük zərəri ola bilər.

 

 

http://sualcavab.ge

 

 

 

 

 


more post like this