Cavab: Belə bir baxış ilk dəfə şiələr arasında Seyyid Mürtəza[4624]tərəfindən bəyan olunmuşdur. İmamın (ə) Kufəyə doğru hərəkəti haqqında verilən suala alim belə cavab verir: “Ağamız Əba-Əbdillah (i. Hüseyn (ə)) yalnız öz qövmünün əhd və əqidəsinə əmin olduqdan sonra, hakimiyyəti ələ almaq üçün Kufəyə yola düşdü.[4625]Amma bu nəzəriyyə digər şiə alimləri arasında tərəfdar tapmadı. Şeyx Tusi, Seyid ibn Tavus, əllamə Məclisi kimi böyük alimlər bu baxışı rədd etdilər.[4626] Dövrümüzün bəzi yazarları qeyri-şiələrin şübhələrinə cavab vermək üçün bir daha bu nəzəriyyəni diriltmək istəmişlər. Amma şəhid Mütəhhəri, doktor Şəriəti kimi şəxsiyyətlər uyğun nəzəriyyəni qəbul etməmişdir. Bu nəzəriyyəyə qarşı əsas irad imam Hüseynin (ə) qeyb elminin nəzərdən qaçırılmasıdır. Amma həmin nəzəriyyənin mahiyyəti, yəni islami hökumət qurmaq məqsədi ilə Yezidə qarşı qiyam qaldırılması Seyyid Ruhullah kimi yüksək şəxsiyyətlər tərəfindən təsdiq olunur. O, müxtəlif məqamlarda bu məsələyə toxunur, dini hökumət qurulması üçün İmamın (ə) səylərini müqəddəs Aşura qiyamının əsas məqsədlərindən biri kimi qeyd edir. Onun Nəcəfdəki çıxışlarından birinə nəzər salaq : “İmam Hüseyn (ə) Müslim ibn Əqili xalqı beyətə dəvət etmək üçün göndərdi. O, zalım hökuməti yıxmaq, islami bir hökumət qurmaq istəyirdi.”[4627] Bu nəzəriyyənin isbatı üçün bir sıra dəlillər gətirilir: Mədinədən çıxarkən İmamın (ə) sadaladığı üç hədəf (islah, əmr be məruf, Peyğəmbər və Əli (ə) yolunun davamı) uyğun nəzəriyyənin ən tutarlı dəlilidir.[4628]Əlbəttə ki, ən böyük islah islami hökumət qurulması sayəsində mümkün olur. Əmr be məruf və nəhy əz münkərin (yaxşıya əmr, pisə qadağa) ən ali dərəcəsi islami hökumətə xas bir işdir. Yalnız İslam hökumətində şəri hakim səlahiyyət sahibi olur. İkinci bir tərəfdən, imam Peyğəmbər (s) və Əlinin (ə) yolunu xatırlatmaqla onların hakimiyyətinə işarə edir. Kufəlilərin hazır qoşunu və imama ehtiyacdan danışan məktubu bir daha sübut edir ki, onlar Yezid hökumətini qeyri-qanuni bilir və İmamın (ə) Kufəyə gəlib hökumət qurmasını istəyirdilər. Həzrət onların istəyinə cavab olaraq Kufəyə doğru hərəkət etdi. Kufənin şiə başçılarının yazdığı bir məktubda belə deyilir: “Bizim rəhbərimiz yoxdur. Bizə tərəf gəlsən, ümid var ki, Allah sənin vasitənlə bizi haqqa çatdıra…”[4629] İmamın Müslim ibn Əqil vasitəsi ilə Kufəyə göndərdiyi ilk cavabda imamət və hökumətin təşkili məsələsinə toxunulur. İmam (ə) buyurur: “Mən bütün dediklərinizi anladım. Birinci sözünüz budur ki, bizim rəhbərimiz yoxdur.” İmam qərara gəlir ki, Müslim Kufəyə gedib, onların istəyini təsdiq etdikdən sonra Kufəyə üz tutsun.[4630] İmam (ə) öz məktubunda şəriət hökmlərinin bəyanından yox, hökumət məsələlərindən danışır. İmam (ə) yazır: “Yalnız o şəxs imam kimi tanına bilər ki, Allahın kitabını bilsin, ədaləti bərpa etsin, həqiqətə bağlansın və bütün səylərini Allahın yoluna yönəltsin.”[4631] Müslim ün Kufədəki fəaliyyəti, kufəlilərdən beyət alması, beyət edənlərin siyahısının tutulması bir daha imam Hüseynin (ə) Kufədə hökumət qurmaq məqsədini açıqlayır. Bəni-Üməyyə tərəfdarlarının Yezidə yazdıqları məktublarda Kufədə Müslim tərəfdarlarının artmasından duyulan həyəcan öz əksini tapır. Onlar Kufənin əldən çıxacağından qorxurlar. Məktublardan birində deyilir: “Əgər Kufəyə ehtiyacın varsa güclü bir şəxsi oraya hakim göndər ki, əmrini yerinə yetirib, düşməninlə sənin kimi rəftar etsin.”[4632] Kufəlilərin imamı (ə) istəməsi barədə Müslim ün ona göndərdiyi xəbər bu müddəanın tutarlı dəlillərindəndir. İmam (ə) yoldan kufəlilərə yazıb, Qeys ibn Müsəhhər vasitəsi ilə göndərdiyi məktubda onların daha ciddi çalışmalarını istəyir. Məktubda buyurur: “Müslim dən məktub aldım ki, bizə gömək etməyə və haqqımızı düşməndən almağa hazırsınız. Allahdan istəyirəm ki, işimizi xeyrə döndərsin və sizə böyük mükafat əta etsin. Həmin məktubdan sonra zilhəccənin səkkizinci günü Məkkədən çıxıb, sizə doğru hərəkət etdim. Mənim elçim sizə yetişən kimi sürətlə hazırlaşın, işinizdə ciddi olun. Mən tezliklə sizinlə görüşəcəyəm.”[4633] Nur-az.com


more post like this