Cavab: Həzrəti Məhdinin (əc) şəxsi həyatı elə məsələlərdəndir ki, ona asanlıqla yəqinlik və elm ələ gətirmək olmur. Amma, bəzi rəvayətləri araşdırmaqla bu məsələdə həqiqətə yaxınlaşmaq olar. İmam Zamanın (əc) həyat yoldaşı və övladının olması haqqında alimlər arasında üç nəzər var; A) İmam Zaman (əc) ümumiyyətlə evlənməmişdir; B) Evlənmişdir, amma övladı yoxdur; V) Həzrət evlənmişdir və övladı da var; Birinci nəzəri qəbul etmək bu mənada olar ki, İmam Zaman (əc) əslində ilahi qanunlardan birini tərk etmişdir və bu ehtimal çox da qəbul olunan deyildir. Əlbəttə, qeyd etmək lazımdır ki, İmam Zamanın (əc) qeybdə olması məsələsi əhəmiyyətli, evlənməsi isə mühüm sayılır. Ona görə də mümkündür ki, ən əhəmiyyətli bir məsələyə görə mühüm bir məsələ tərk olunsun. Amma bu nəzər də qəbul olunmaq səviyyəsində deyildir; ona görə ki, qeybdə olmaqla evlənmək mövzusu arasında heç bir ziddiyyət yoxdur və hər iki halət cəm ola bilər. Yenə də ikinci nəzəriyyənin cavabında bir neçə sualla üzləşirik ki, əgər İmam Zaman (əc) evlənmişdirsə, həyat yoldaşının da özü kimi uzun ömrü var, yoxsa, İmamın (əc) hər əsrdə həyat yoldaşları olmaqla çoxlu həyat yoldaşları vardır?! Bu mövzuda elə bir dəlilimiz yoxdur ki məsələni bizə tam şəkildə aydınlaşdırsın. Amma onu da qeyd etmək lazımdır ki, İmamın (əc) bu vaxta kimi çoxlu sayda həyat yoldaşlarının olması ehtimalı çox da uzaq nəzərə gələn bir məsələ deyildir. Əslində, İmam Zamanın (əc) qeybdə olması heç də tələb etmir ki, həyat yoldaşının da ömrü bir o qədər uzun olsun. Çünki, bəzi rəvayətlərdə var ki, O həzrətin qeybdə olması məsələsi şəxsi yox, ümumi ünvanla olan qeybdir. Ona görə də ola bilsin ki, İmam Zaman (əc) tanınmadan adi insanlarla gediş-gəlişi olmuş olsun və onlarla bir mühitdə yaşasın. Amma heç kəs bilməsin ki, o İmam Zamandır (əc). Bu sual, üçüncü ehtimalda da qarşıya çıxır. Bəziləri belə bir ehtimalın uzaq nəzərə gəlməsindən əlavə qeyd etmişlər ki, əgər İmam Zamanın (əc) övladları olsaydı, necə olsa onlar bir gün öz əsl-nəsəblərini axtaracaqlar və ….bu da qeybdə olmağın fəlsəfəsi ilə uyğun gəlmir. Rəvayətlər arasında bu üç ehtimaldan hansının daha dəqiq olması məsələsinə gəldikdə isə bu haqda səhih rəvayət ələ gətirmək olmur. Şeyx Tusi İmam Sadiqdən (əleyhissalam) rəvayət nəql etmişdir ki, “İmam Zamanın (əc) yerinin öz evladları və qeyrilərinin heç birinin xəbəri olmaz.” Amma, həmin rəvayəti Nemani öz kitabında başqa cür nəql edir: “İmam Zamanın (əc) yerindən nə öz övladlarının və nə də qeyrilərindən heç kimin xəbəri olmaz.” Bütün bu ixtilafları nəzər alsaq, Şeyxin nəql etdiyi rəvayətə əsaslanmaq yəqinlik gətirməz. Amma sənəd və hədis elminə əsasən, Nemaninin rəvayəti daha mötəbər nəzərə gəlir. Məsələn, Şeyx Tusinin hədsində tək işarə əvəzliyi cəm işarəsi əvəzinə işlənib. (Bu mənada ki, hədisdə, “Onun övladları və başqaları” əvəzinə, “Onun övladları və digər” ifadəsi işlənmişdir) Məsələninin həllinə görə bu üç yoldan birini seçməliyik: A) Onun övladı ifadəsində “o” tək işarəsini gətirmək nüsxə səhvlərindən biri ola bilər; B) Rəvayət işarə etmək istəyir ki, İmam Zamanın (əc) bir övladı var; Q) Hədisdə “övlad” sözündən məqsəd cins adı kimi işlənir; Ona görə də bir dəstə alimlərin nəzərləri budur ki, Şeyx Tusinin rəvayəti əslində, açıqlamada işlənən mübaliğə üsulundan biri hesab olunur, belə ki, hədisdə Həzrətin həqiqətən də övladının olmasından söhbət getmir. Şeyxin hədisində bu məsələ açıqlanır ki, əgər fərz olunsa ki, İmam Zamanın (əc) övladları olsun, onların da İmamın (əc) yerindən xəbərləri olmazdı. Digər tərəfdən əgər bu rəvayətlərin sənəd cəhətdən müşküllü olmasını nəzərə almasaq belə, mətinlərdə aşkarlıq və dəqiqlik yoxdur və belə mətnləri zühur əsrinə aid etmək daha münasib nəzərə gəlir. Məsələn, İbni Tavus imam Rzadan (əleyhissalam) nəql edir ki, Həzrət buyurur: “İlahi! Onun (yəni, imam Zamanın (əc)) özünə, əhlinə, övladına və nəslinə nemət əta elə!” İmam Sadiqdən (əleyhissalam) də nəql olunur ki, Həzrət buyurur: “Sanki, Səhlə məscidində İmam Zamanın (əc), öz əhli-əyalı ilə nazil olmasını görürəm.” Bəziləri Xəzra adasının əhvalatına əsasən, belə bir iddia edirlər ki, guya İmam Zamanın (əc) bu adada evladları var və onlar adaya nəzarət və hökumət edirlər….. Amma qeyd etmək lazımdır ki, bu dastan əfsanədən başqa bir şey deyildir. Bu əhvalat həqiqətdən çox xəyalı bir hekayəyə oxşayır. Mərhum Əllamə Məclisi bu haqda yazır: “Bu əhvalatı heç bir rəvayətdə tapmadığıma görə xüsusi bir fəsldə yazmışam.” Şeyx Aqabözorg Tehrani isə bu əhvalatı xəyalın məhsulundan başqa bir şey kimi dəyərləndirməyib. Nəticə budur ki, imam Zamanın (əc) övlad və həyat yoldaşının ola bilməsi ehtimalına baxmayaraq bu mövzuda mötəbər rəvayətə əsaslanmaq olmur. NUR-AZ.COM


more post like this