Hər bir əqidə əsasları gərək əsaslar dəlillər və fəlsəfi quruluşlar əsasında qurulsun. Çünki onun batil olması ilə əməllərin də məhvi qəti bir məsələdir.

Buna müqəddiməyə əsasən deyirik ki, İmam Zaman (ə)-ın yaşayışı haqda əqidə prinsipi daşıdığına görə dəlillər və qanedici əsaslar göstərilsin. Çünki o həzrətin sünnəsi də ƏHli-Beyt (ə) aşiqlərinin iki şəriət əsası olaraq qəbul olunur. Bu barədə əsas məsələ budur ki, İmam Zaman (ə) neçə əsrlər yaşayırmı sualını cavablandıraq. Bu haqda 3 əsas dəlili gətirərək İmam Zamanın (ə) həyatda olduğunu və o həzrətin bütün zamanlara 11-ci İmamın şəhadətindən sonra İmam seçilməsini sübut edirik. İmam Zaman (ə) 3 dəlilə əsasən bütün zamanlarda var və olması lazımdır:

 

1-Xilqətin yaradılışının əsas hədəfi onun səadətə çatması qərar verilmişdir, Buna əsasən Allahın rəhməti tələb edir ki, hər bir zamanda hidayət edici kamil bir insan onun tərəfindən olmuş olsun, belə olmayan halda insanların yaradılış hədəfi batil səmtə yönəlmiş olar ki, bu Allahın hikməti ilə uyğun gəlmir,

 

2-Neçə cəhətdən İmamın olmasının zəruriliyi: a) İmam Peyğəmbərin sonuncusu olduğuna görə dinin qoruyucusu kimi olması zəruridir. b) İmam siyasi cəhətdən olmalıdır ki, hidayət üçün seçilmiş qanunlar düzgün yola yönəltsin, ki, qanunlar sonucunda cəmiyyət maddi və mənəvi istiqamətdə hədəflərinə çata bilsinlər, c) bütün hidayətçilərin canişinlərinin olması, İslam dininin də bu qaydadan kənarda qalması təsəvvür olunası deyil.

 

3-Məsum İmamın hər zamanda olmasının zərurliyi də tələb edir ki, İmam Zaman (ə) on birinci İmamın şəhadəti ilə davamçı olaraq seçilməli və yaşamalıdır. Necə ki, hədislərdə deyilmişdir ki, əgər Allahın seçdiyi hidayətçi hər bir zamanda olmasa yer öz əhlini məhv edərdi. Onların varlığının bərəkətindəndir ki, Allah insanları hidayət istiqamətində davamlı hərəkət etməsinə icazə verir.

Nəticə: İmam zamanın olmaması hidayətin batil yola getməsinə səbəbdir, İmamın hər bir zamanda olması insanların ehtiyaclarını təmin etməkdir, hansısa zamanda İmam olmasa Quranın və dinin kamil olmaması şübhəsi yaranır eləcə də İmamın hər bir zamanda olması bütün bəşəriyyətin yayaşında inkar edilməz bir məsələ kimi qəbul olunur.

http://sualcavab.ge

 


more post like this