Həzrət İmamın (ə.f.) dostları üç dəstəyə bölünür. 1. 313 nəfər xüsusi tərəfdaşları. 2. On min nəfər. 3. Bütün Əhli-beyt (ə) davamçıları və sevənləri. İmam Cavad (ə) buyurur: “O zaman ki, bu sayda (313) ixlas əhli (Məkkədə Allahın izni ilə) toplaşacaqlar, Allah əmrini zahir edər. O zaman ki, onun üçün (on min nəfər) kamil oldu, Allahın izni ilə qiyam edəcəkdir”.

Birinci və ikinci dəstənin üzvləri o kəslərdir ki, İmam Məhdinin (ə.f.) vilayət və İmamətini qəbul etmişdilər. Özlərində əsgər olmaq ləyaqətini icad etmişdilər. Ancaq üçüncü dəstə ola bilsin ki, o insanlardır ki, zühurdan əvvəl Əhli-beyt (ə) davamçısı idilər. İmama (ə.f.) yardım etmək ləyaqəti əldə etmişdilər. Ola bilsin ki, həm də Əhli-beyt (ə) davamçılarından qeyriləri də olsunlar. Onlar zühuru dərk edir və İmamın (ə.f.) dəvətini eşidərək, onu qəbul etmişdilər. Onlar İmama (ə.f.) itaət edirlər.

Əlbəttə, zühur üçün şərait hazır olmalıdır ki, zühur baş versin. İmam Məhdinin (ə.f.) inqilabı üçün dörd şərt lazımdır.

1. Mükəmməl qanun.

Yaxşı bir inqilabın iki proqrama ehtiyacı vardır: 1.Mövcud vəziyyəti aradan qaldırmaq üçün proqram. 2. Cəmiyyətin yaxşı bir vəziyyətə tərəf hərəkət etməsi üçün münasib qanun. Həzrət Məhdi (ə.f.) qiyamı üçün bu şərtlər də lazımdır: hərəkət proqramı. İlk növbədə silahlı hərəkət olacaqdır ki, şirki və küfrü məhv etsin. Daha dəqiq desək, İmam (ə.f.) zühurun əvvəlində insanları imana və İmamətə dəvət edəcəkdir. Əgər kimsə müxaliflik etsə, şirk yoluna davam etmək istəsə, Həzrət (ə.f.) onunla mübarizə aparacaqdır. Bu Qurandan götürülmüş bir yoldur. “Heç bir fitnə qalmayıncaya (şirkin kökü kəsilincəyə) və din və itaət yalnız Allaha məxsus oluncaya qədər onlarla vuruşun”. (“Bəqərə” 193).

İkinici mərhələdə İmam (ə.f.) Allahın kitabına və Peyğəmbərin (s) sünnətinə əsasən rəftar edəcəkdir. Peyğəmbər (s) buyurur: “Onun sünnəti və əxlaqi mənim sünnətimdir. İnsanlar arasında mənim dinimi qaldıracaqdır. Onları Pərvərdigarımın kitabına dəvət edəcəkdir”.

2. Rəhbərlik.

Bir inqilabın meydana gəlməsi üçün lazım olan şərtlərdən biri də agah bir rəhbərə malik olmaqdır. O, hədəfləri və maneələri yaxşı tanımalıdır. Düzgün rəhbərlik ilə inqilabın hərəkətinə başçılıq etməlidir. İmam Məhdinin (ə.f.) böyük inqilabının da bu şərtləri olacaqdır. Bu inqilabın rəhbəri İmamət silsiləsindən olan böyük bir insandır. O, İmamın tərbiyəsini görmüş, Peyğəmbər (s) elminin varisi, Qurana və dini maarifə agahdır.

3. Dostlar.

Bir inqilabın başqa bir şərti isə fədakar tərəfdaşların olmasıdır. Onlar rəhbərlərinin hədəflərini və əqidəsini bilir və həyatlarının sonuna qədər inqilab rəhbərindən əl çəkmirlər. Hər cür fədakarlığa hazırdırlar. İmam Cavad (ə) buyurur: “Səhabələri ona tərəf axışarlar ki, 313 nəfərdirlər. Bədr əhlinin sayı qədər dünyanın müxtəlif yerlərindən bu qədər insan toplaşan zaman Allah onun əmrini zahir edəcəkdir. On min nəfər kamil olan zaman qiyam edəcəkdir”.

4. Ümumi hazırlıq.

Bir inqilabın baş tutmasında lazım olan şərtlərdən biri də insanların bu inqilabı qəbul etməsidir. Əgər insanlar onu istəməslər, o, alınmaz. Buna bariz nümunə Kərbəla qiyamıdır. Çünki bu zaman insanlar istəməmişdi və qiyam da İmamın (ə) şəhadəti ilə sona çatmışdı. İnsanlar gərək o qədər əqli cəhətdən inkişaf etsinlər ki, İmamın (ə.f.) böyük qiyamını qəbul etsinlər.

Qeyd etdiyimiz dörd şərtin ikisi hazırdır. Ancaq üçüncü və dördüncü şərtlər hazırdırmı? Görəsən İmamın (ə.f.) tərəfdaşları kifayət qədərdimi? İnsanlar bu inqlabı qəbul edəcəklərmi?

Zühur zamanı İmam (ə.f.) Məkkədə qiyam edəcəkdir. İnsanları ümumi olaraq dəvət edəcəkdir. İlk növbədə İmamın (ə.f.) qara ordusu adını almış xüsusi tərəfdaşları Məkkəyə gələcəklər. Orada on min nəfərdən ibarət olan qoşun təşkil edəcəklər. Sonra İmamın (ə.f.) qoşunu artacaqdır və müsəlmanlar dəstə-dəstə onlara qoşulacaqdır. Onlar İmamın (ə.f.) rəhbərliyi ilə Mədinəyə tərəf hərəkət edəcəklər. Sonra da Kufəyə tərəf yollanacaqlar. Sonra dünyanı fəth edib, küfrün səngərlərini məhv etməyə çalışacaqlar.

İmam Baqir (ə) buyurur: “Zühur zamanı İmam Məhdi (ə.f.) Kəbəyə hərəkət edən zaman Kəbənin kənarında dünyaya nida edəcəkdir. Zitəvi adlı yerdə özünü 313 nəfər xüsusi dostlarını gözləmək üçün dayanacaqdır ki, onlar gəlsinlər və Həzrətlə bir yerdə Kufəyə yollansınlar”. Ancaq bu tərəfdaşların adları və gələcəkləri şəhərlərin adları zikr edilməmişdir. Hədislərimizdə İmamın (ə.f.) tərəfdarlarının xüsusiyyətləri bəyan edilmişdir ki, onların bəzisinə işarə edək:

1. Hədəfə iman bəsləmək, möhkəm iradə, İmam Zamanın (ə.f.) rəhbərlik və vilayətinin kamil ardıcılı olmaq.

2. Düşmən fitnələrindən İmamı (ə.f.) qorumaq.

3. İslami ədalət əsasında rəhbərlik etmək.

4. İmamin rəhbərliyi altında fədakarlıq göstərmək.

5. Mübarizəyə kamil şəkildə hazır olmaq.

6. Yer üzünün salehləridir ki, onların hakimiyyət vədəsi Quranda deyilmişdir.

7. İmamla beyət etmək.

8. Onların bəzisi İmamın (ə.f.) zühuruna qədər dünyadan getmiş ancaq onun zühuru zamanı dirilmiş insanlardır.

Beləliklə, Məsum İmamlardan (ə) gələn hədislərdən görmək olur ki, İmam Zamanın (ə.f.) dostları xüsusi insanlara və xüsusi şəhərlərə aid deyildir. Bəlkə bu insanlar hər bir məkandan və şəhərdən əziz İmamı (ə.f.) himayə etmək üçün gələcək və İmamın (ə.f.) ən yaxın tərəfdaşlarından ola biləcəklər.

 

Hazırladı: Məşhədi Xanım/deyerler

 

http://sualcavab.ge

 

 

dir� >/x�- X�+ pan>

 

 

Buna əsasən, Mehdi (ə) məsələsi hələ doğulmamış və ya doğulması gözlənilən şəxsin intizarını çəkmək, yaxud sadəcə bir uzaqgörənlik də deyildir ki, onun nümu­nəsinin intizarında olaq. Əksinə o real və konkret bir şəxsdir. Onun özü də fəaliyyətlərinin başlanmasının intizarını çəkməkdədir və bizim aramızda öz fiziki bədəni ilə yaşayır, bizi görür, biz də onu görürük. O, bəşəriyyətin dərdləri, əzabları, arzuları fəzasındadır, qəm-qüssələrimizdə bizimlə şərikdir. Əzab çəkənlərin işgəncələrini, yer üzü zülmkarlarının törətdikləri bədbəxtlikləri, zalımların tüğyanlarını uzaqdan-yaxından görür və vədəsi verilən günün gəlib çatmasını gözləməkdədir. O zaman gəlib çatdıqda isə özünün qüdrətli əllərini məhrumlara, zülm altında inləyənlərə, bədbəxt millətlərə tərəf uzadacaq, zalımların kökünü yer üzündən kəsəcək.

 

Əlbəttə, intizarı çəkilən bu rəhbər barədə Allahın məsləhəti onun hələlik özünü aşkar etməməsindədir. O, da başqaları kimi o günün intizarını çəkməkdədir.

 

Aydındır ki, bu təfəkkürün islami xüsusiyyətləri məxluqlarla onlara nicat verəcək intizarı çəkilən rəhbər arasındakı fasiləni azaldır. Bu müştərək ruhi duyğular zülmə məruz qalanlarla onlara nicat verən şəxsin arasında sanki bir körpüyə bənzəyir ki, vüsal duyğusu hicranın uzun körpüsünü qısaldır. Əgər bizdən Mehdinin (ə) hazırda mövcud olan gerçək bir insan kimi təsvir etməyi­mizi və onun bizim kimi yaşamağına etiqadımız, vəd edilən günün intizarını çəkməyimiz barədə bir şey soruşsalar (deməliyik ki,), bu inanc həqiqətdə bizi nəhayətsiz bir düşüncə və bütün sitəmlərin sərhəddinə sövq etdirir ki, Mehdi (ə) onun bir rəmzidir. O, hazırda zülmün kökünü kəsəcək bir rəhbər kimi saxlanmaqdadır. O, hədislərdə qeyd olunduğu kimi, hazırda həmin günün intizarını çəkir və həmin gündə aşkar olacaq. O (Allahdan başqa) heç kəsin fərmanını qəbul etmir. Ona iman gətirmək, həm zülmün kökünün kəsilməsinə iman, həm də onunla eyni təfəkkürdə olmaq deməkdir.

 

Hədislərdə də həzrət Mehdinin (ə) zühurunun intizarını çəkmək, zühurun tezləşməsini istəmək məsələsinə çoxlu təşviq və tövsiyələr edilmiş, mömin­lərin həmişə onun yolunu gözləməsinə təkid olunmuşdur. Bu təşviq zühuru gözləyənlərlə onların rəhbərləri arasında ruhi və mənəvi bir bağlılıqdır. Bu bağlılıq həzrət Mehdini (ə) hazırda var olan bir insan kimi təcəssüm etdirmədən mümkün deyildir.

 

Biz görürük ki, Mehdinin (ə) mövcudluğu o həzrətin intizarını çəkmək fikrinə təzə bir ruh bağışlayır, ona daha artıq yaradıcılıq və qüdrət bəxş edir. Bundan əlavə, zülmün kökünü kəsmək istəyən və intizarı çəkilən rəhbəri özünə həmfikir və həmdərd hesab edən insanda, ona məhrumiyyət nəticəsində çəkdiyi dərdlərin və bəlaların qarşısında bir növ müqavimət, istiqamət və dözüm yaradır.

 

“İmam Mehdi haqqında tədqiqat”

 

Şəhid Məhəmmədbaqir Sədr

 

 

http://sualcavab.ge

 

 


more post like this