Әbdülməlik illərlə davam etdiyi cinayətlərindən sonra öldü və oğlu Hişam atasının taxtında oturdu. O, həcc günlərinin birində Məkkəyə, özü demişkən, Allahın evini ziyarət etməyə gəlmişdi. Bununla da sadəlövh insanları aldatmaq istəyirdi. Bununla da sadəlövh insaların aldatmaq istəyirdi. Təvaf zamanı izdiham çox olduğuna görə təvaf edə bilmədiyindən məcbur qalıb bir küncdə oturdu. Birdən imam Səccad (ə) hərəmə girdikdə camaat o həzrəti saxlamayaraq onun rahat təvaf etməsi üçün yol açdılar.

Həzrət (ə) təvaf etdikdən sonra Həcərül-əsvədə tərəf getdi ki, ona əl sürtsün. Bu əhvalatı görən Hişam bərk narahat olub e᾽tinasızlıqla soruşdu: «Bu kişi kimdir? Onu tanımıram.» Azad bir şair olan Fərəzdəq tez Hişama tərəf dönüb dedi: «Ey Hişam, onu tanımamağın çox təəccüblüdür. Qulaq as onu sənə təqdim edib tanıtdırım.

Bu Məkkə yurdu və Allahın hərəminin tanındığı bir şəxsdir.

Bu elə bir şəxsdir ki, islam Peyğəmbəri onun babasıdır və Allah həmişə onlara salam göndərir. Bu, Allahın bəndələrinin ən xeyirlisinin oğludur. Bu həmin məşhur pəhrizkar insandır. Sənin «onu tanımıram» – deməyin, ona heç ziyan yetirməz. Әgər sən onu tanımasan da, bütün ərəb və ə᾽cəm onu tanıyır».

Hişam Fərəzdəqin sözlərindən qəzəblənib onu zindana aparmalarını əmr etdi.

Imam Səccad (ə) zindanda ona hədiyyə göndərərək çəkdiyi zəhmətlərinə görə təşəkkür edərək nəhayət, onu zindandan azad etdirdi.
IMAM SӘCCAD (Ә) VӘ SӘHIFEYI-SӘCCADIYYӘ

Imam Səccad (ə) nəzarət altında olduğu üçün təbliğat vəzifəsini dua şəklində bəyan etmək məcburiyyətində qalmışdı. O həzrətin dualaranın külliyyatı «Səhifeyi-Səccadiyyə» adlı bir kitabda toplanıbdır. Bu kitab riyaziyyat, biologiya, astrontomiya, əxlaq, siyasət və sairə bu kimi elmləri ehtiva edir.

Әslində isə bu kitab həqiqətləri, çətinlikləri və dərdləri ifadə edir. Biz burada nümunə olaraq həmin kitabdan bir neçə qısa və sadə cümlənin tərcüməsini sizlərə təqdim edirik.

1. «Ey Allah! Qəzəbin və paxıllığın həddini aşmasından, dözümlülüyün azlığından və həyatda iftar etməkdən sənə pənah gətirirəm».

«Ey Pərvərdigara! Ömrüm Sənin bəndələyində və Sənə itaət etməklə keçdiyi müddətdə məni diri saxla; Şeytanın otlağına çevrildikdə isə məni Özünə tərəf apar və canımı al».

2. «Ey övlad! Ata-anana hörmət göstər. Çünki ata olmasaydı, sən də yox idin. Səni bütün varlığın ilə qoruyan anana bax. O, səni qidalarndıraraq ac qalmasından qorxmur; səni geyindirərək özünün paltarsız qalmasından qorxmur, səni kölgədə saxlayaraq özünün gün altından qalmasından çəkinmir. Sən onun zəhmətinin əvəzini verməyə qadir deyilsən. Bu işi yalnız Allah görə bilər».

3. «Övladına yaxşı bax. Çünki yaxşı halda da, yaman halda da səndən asılıdır və sən ona təbriyə vremək və doğru yol göstərməyə məs᾽ulsan.»

4. «Bacı-qardaşlarınla mehriban ol. Çünki onlar sənin izzətin və qüdrətindirlər. Düşmən qarşısında onlara yardım et və həmişə onların xeyrini istə».

5. «Müəllimə hörmət bəslə və o olan yerdə sən də ədəbli ol və onun sözlərinə qulaq as».

6. «Qonşuna ehtiram göstər və ona yardım et. Әgər onun bir eybini görsən, aşkar etmə, səhv etdikdə isə ona nəsihət ver».

7. «Yoldaşınla insafla davran və o səni necə istəyirsə, sən də onu elə sev».

«Әgər günah etmək istəsə, ona mane ol. Onunla həmişə qəzəbli deyil, mərhəmətlə davran».
HӘZRӘTIN ŞӘHADӘTI

Nəhayət o böyük imam (ə) hicri 95-ci ilin Məhərrəm ayının 25-də, 57 yaşında ikən, bir çox narahatçılıqlar və zəhmətlər çəkdikdən sonra Hişam ibni Әbdülməlik tərəfindən zəhərləndirilərək şəhid oldu. Bəqi qəbristanlığında imam Həsən əleyhissalamın yanında dəfn olundu. Bu gün mübarək və müqəddəs məzarı yolunun aşiqləri və ardıcıllarının ziyarətgahına çevrilmişdir.

http://islamqadini.ucoz.net/


more post like this