Cavab: İmam (əleyhissalam) çöman ibni Mənzələ buyurdu: Şamda bizim Əhli-beytin başına yeddi müsibət gətirildi:
1. Şamdakı zülmkarlar bizə qınsız qılınclarla hücum etdilər.
2. Şəhidlərin başlarını göz dağı üçün bizim qadınların qarşılarına qoymuşdular. Atam Hüseyn və əmim Abbasın başları bibim Zeynəbin və Ümmü Külsümün gözləri önündə, qardaşım Əli Əkbər və əmim oğlu Qasimin başları bacılarımın gözü önündə idi. Bəzən cansız başlar yerdə durmur və sütunların altına diyirlənirdilər.
3. Şamın qadınları damların üzərindən bizim üstümüzə su və od tökürdülər.
4. “izi gün çıxandan gün batana kimi küçə və bazarlarda gəzdirib camaata göstərir və car çəkirdilər: “Eycamaat! islamda heç bir hörməti olmayan bu kəsləri öldürün!”
5. Tavanı olmayan bir yerdə bizə sığınacaq vermişdilər. Gündüzlər istinin şiddətindən, axşamlar isə soyuqdan əziyyət çəkirdik.
6. Bizi qul və kəniz kimi bazara aparıb satmaq istəyirdilər. Lakin Allah taala bu işi etməyə onlara imkan vermədi.
7. Bizi kəndirlə bağlayaraq yəhudi və xristian evlərinin aralarından keçirərək onlara belə deyirdilər: “Bunların ataları sizin ataları-nızı Xeybər, Xəndək və s. müharibələrdə öldü-rüblər. Bu gün də siz onalardan intiqam alın.[4605]
NUR-AZ.COM


more post like this