Əl açıb elyirik dua İmam Rzanın eşqinə

Sən bizə rəhm eylə xuda İmam Rzanın eşqinə

Qəlbən islama bağlıdı İlahiyə həbibdi o ,
Xudadan əlni üzməyən mərizlərə təbibdi o .
Qardaşlarından ayrıdı Xorasanda qəribdi o ,
Şirin canım olsun fəda İmam Rzanın eşqinə

Bəndənin Allahdı yazan alnına taleh yazısın ,
Kimki əgər darda qalıb datsa həyatın acısın .
İmam Rzaya üz tutub döyər o hacət qapısın ,
Dərdinə istəyər şəfa İmam Rzanın eşqinə

Ondan heç əsirgəməyib İlahi öz şəfaətin ,
Çünki görübdür ağanın səxavətin sədaqətin .
Hansısa eşqi sevdanın hansısa bir məhəbbətin ,
Bənzəri varmı əcaba İmam Rzanın eşqinə

Tək sənin həsrətindədir bəla çəkir cümlə cahan ,
Haqqı nahaq tapdalayır bilinməyir doğru yalan .
İsmini zikr eyləyirik zühr elə ya İmam Zaman ,
Səni and veririk ağa İmam Rzanın eşqinə

Möminə zindandı həyat , eşq ilə qəlbi dağlayır ,
Fərqi yoxdu hansı məkan İmam yasını saxlayir .
Nəcür ki Şəhri-Xorasan Hüseyn üçün qan ağlayır ,
O halətdi Kərbəla İmam Rzanın eşqinə
Əhli-Beyt sevgisidi olubdu aləmdə məcid ,
İmam Hüseynde can verib Kərbəlada olub şəhid .
Niyyətidi şövq ilə canı fəda etsin həmid ,
Ya ağamız Hüseynin ya İmam Rzanın eşqinə
http://www.muselman.ws/


more post like this