Ey Əli Musa ər-Riza! Ey mayası pak yəsribli, Tusda uyuyan! Mən səni oyaq sanıram.
Daha diri, dünyanı nurlandıran günəşdən daha aydın, həyat eşqi ilə zəngin sanıram.

Hərçənd düşünürlər: Vaxt ötmüş, torpaqdakı damlalar kimi

Yuxunun dərinliklərinə hopmusan.

Lakin, ey cənnət yağmurunun saflığı! Ey Ruh! Ey suyun aydınlığı! Mən səni saf oyaq bulud, mərhmət sanıram

Ey Tus elimin darısqallığında (bəxtim kimi) uyuyan!

-(Pakmayalı qoca şir atanı, Rəhmanın ruhunu zindana sürükləyən cinayətkarın kanarında)-

Mən səni o gözəl zülflərlə ruhdan və səhər cığırından daha oyaq sanıram.

Mən səni, şübhəsiz, daha diri, günəşdən daha parlaq olan hər şeydən, hər kəhkəşanda, yaxın ya uzaq,

Gizli və ya aşkar

Sirlər pərdəsinin ən gizlini sanıram

Min iki yüz il, ya daha artıq, ömrünlə

Ey gənclik və əbədi gənc,

Ey əbədi!

Parlaq günəş sevimlisi!

Bu qüssəli qoca ellin,

Rey mahalının bu qəribi, səndən uzaqda qəmgin,

Bir istəyi var səndən, səndən gizli olmayan bir dərd

Və səndən umur (gizlində) yol və dərman.

Dünyanın əbədi canı! Hər yana şəfəq saçan günəş!

Bu qüssəli qoca ellini, qəlbi torpaqdan daha qara olanı, Ey Əli Musa ər-Riza, an.

Atan kimi bəhbus yorğun ürəklini,

Ey Əli Musa ər-Riza! An və çarə qıl.

Ey Əli Musa ər-Riza! An.

Əxəvan Salis

Çevirdi: Niyam Aqil

islammektebi.org


more post like this