QEYBƏT DÖVRÜ

 

İslam Peyğəmbəri (s) buyurmuşdur: “İbadətlərin ən üstünü fərəc intizarında olmaqdır.” (“Fərəc-İmamın (ə) zühuru). Sözsüz ki, qonaq gözləyən adam əlini əlinin üstünə qoyub, bekar oturmur. Həyəti süpürür, su çiləyir, otaqları təmizləyir, ətirləyir, qonaq üçün rahatlıq yaratmağa çalışır. Biz də öz rəhbərimizə itaət edib, İslam tə`limini dünyaya çatdırmalıyıq ki, onlar da İmam Mehdi (ə) sevgisini dadıb, ədalət soraqlı zühurun intizarını çəksinlər. Biz dini biliklərə və əxlaqa sahib olmaq üçün səfərbər olmalı, İmamın əsgərlərindən olmaq üçün döyüşə hazır dayanmalıyıq.

İmam Sadiq (ə) buyurur: “Qaimimiz ( Mehdi ) gələrkən Allah-təala ona üç qoşunla yardımçı olar: mələklər qoşunu, mö` minlər qoşunu, düşmənlərin qəlbini sarıyacaq qorxu.” Əgər əməldə İmamın əsgəri olarıqsa, ola bilsin ki, elə bu dövrdə onun nurani çöhrəsini ziyarət edə bilək.

Bəli, köməkçi intizarında olan kəs üçün qəm, qürbət və tənhalıq dövrü çox ağırdır. Amma əmin olmalıyıq ki, İmam Zaman (ə) bir an olsun belə, öz şiələrini yaddan çıxarmır.

Həzrət (ə) buyurur: “Həqiqətən, biz heç vaxt sizə münasibətdə süst olmamışıq və daim sizi xatırlayırıq. Əgər belə olsaydı ( sizi unutsaydıq ), çətinliklər və sıxıntılar sizə üz tutar, düşmən də sizə qalib gələrdi.”

Həzrətin (ə) nəvaziş əli daim başımız üstə olsa da, təəssüf ki, çoxlarımız onu unudur, ya da öz əməllərimizlə mübarək qəlbini incidirik. Ona görə də hər birimiz həmişə özümüzdən soruşmalıyıq: “Əziz İmamımızı qeybəti dövründə bizim vəzifəmiz nədir?

İndi isə qeybət dövründə şiələrin vəzifələri ilə tanış olaq:

 

 

ƏSRİN İMAMI HƏZRƏT MEHDİNİ (Ə) TANIMA

 

Həzrəti (ə) tanımaq o qədər zəruridir ki, rəvayətdə buyurulur: “İmamı tanımadan dünyasını dəyişən şəxs cahiliyyət ölümü ilə ölmüşdür.” Duada oxuyuruq: “Allahım, öz höccətini (h. Mehdini) mənə tanıtdır. Yoxsa həqiqi dindən azmış olaram.” Bəli, şiə düşüncəsində İmamla tanışlığın çox böyük əhəmiyyəti vardır. İmam Sadiq (ə) çətinlik vaxtı üz tutduğumuz İmamın sifətlərini tanımağın ən üstün və ən vacib dini vəzifə saymışdır.

 

 

YAXŞI RƏFTAR

 

Əqidəmizə görə, İmamın razılığı Allahın razılığında, Allahın razılığı dini göstərişlərə əməl etməkdədir. Bir qrup yanlış düşüncə sahibi belə hesab edir ki, İmam Zamanın (ə) zühuru üçün cəmiyyət günah girdabına yuvarlanmalıdır. Bu baxışın əksinə olaraq, Həzrət Mehdinin (ə) intizarında olanların vəzifəsi İslam göstərişlərinə əməl etməkdir. Əsrin İmamı (ə) bu barədə buyurur: “Sizin hər biriniz bizimlə dostluq üçün vasitə olan şeylərə əl atmalı, bizi qəzəbləndirəcək şeylərdən uzaq olmalısınız.”

 

 

FƏRƏC (ZÜHUR) İNTİZARI

 

Şiə düşüncəsinə görə, fərəc intizarı çox yüksək məqama malikdir. Həzrət Əlidən (ə) ən üstün əməl haqqında soruşduqda buyurur: “Fərəc intizarı.” İmam Sadiq (ə) buyurur: “İmam Zamanın (ə) intizarı halında ölən kəs onun xeyməsində ölmüş kimidir.” Bəli, hər bir şiə daim o həzrətin (ə) qədəmləri intizarında olmalı, daim onun zühuru üçün dua etməlidir.

 

 

KÖMƏK İSTƏYİ

 

Qur`ana əsaslanan bir e`tiqada görə, peyğəmbər və İmamlar daim bizim əməllərimizi müşahidə edirlər. Bu əsasla onlardan şəfaət istəmək mümkündür. İmam Əli (ə) buyurur: “Əgər bir mö`min öz istəyinin həyata keçməsi üçün dua edərsə, biz amin deyər, o sakitləşəndə biz onun üçün duaya başlayarıq.” Bəli, mə`sumlar daim öz ardıcıllarına yardımçıdırlar.

 

 

İMAM ZAMANIN (Ə) MÜQƏDDƏS VÜCUDU ÜÇÜN SƏDƏQƏ VƏ DUA

 

Həzrət Mehdi (ə) bizə verilən bütün ne`mətlərdə yardımçı olduğundan, ata-anamıza ehsan etdiyimiz kimi, İmamın salamatlığı üçün də sədəqə verməli, zühurun tezləşməsi üçün dua etməliyik. Unutmayaq ki, həzrətin (ə) hifzi və salamatlığı Allahın iradəsindən asılıdır.

 

 

 

 

 

 

 

 

 

HƏZRƏT MEHDİNİN (ƏC.) MÜBARƏK ADINI ÇƏKMƏK OLARMI?

 

Bir çox rəvayətlərə görə, həzrət Mehdinin (əc.) mübarək adını İslam peyğəmbərinin adı olan “Məhəmməd” adı ilə tələffüz etmək qadağan olunmuşdur. Buna görə də, onun adını bu qaydada (M-H-M-D) yazırlar. Onun adını çəkmək haramdırmı? Haramdırsa, səbəbi nədir?

Cavab: Bu, fiqhi bir məsələdir. Alim və fəqihlərin bəziləri rəvayətləri araşdırarkən belə nəticəyə gəlmişlər ki, İmamlar o həzrətin adını çəkməyi yalnız çox sıxıntılı və xətərli dövrdə, onun düşmənlərdən qorunması üçün qadağan etmişlər. Lakin indiki dövrdə buna ehtiyac yoxdur.

Buna əsasən, naiblərdən biri həmin sualı müqəddəs nahiyədən soruşarkən, həzrət Mehdi (əc.) tərəfindən belə cavab gəldi:

“Əgər onlara adı söyləsəniz, onu yayar, yerini biləndən sonra (qətlə yetirmək üçün-red.) onun əleyhinə qalxarlar”.

Buna görə də, hətta İmam Həsən Əsgəri (ə) özü də, təqiyyəyə (ehtiyata) ehtiyac olmadığı zaman həzrətin mübarək adını dilə gətirərdi. O cümlədən, rəvayətlərdə qeyd olunduğu kimi, İmam Həsən Əsgəri (ə) səhabələrindən bəziləri üçün qurbanlıq bir qoyun göndərərkən buyurardı:

“Bu, oğlum Məhəmmədin qurbanlığıdır”.

Böyük alimlərdən Şeyx Müfid, Əllamə Hilli, Fazil Miqdad, Seyyid Mürtəza və Mühəqqiq kimi şəxslər öz kitablarında həzrətin (əc.) mübarək adının çəkilməsinin haram olmaması barəsində geniş bəhs etmişlər. Şeyx Hürr Amilinin də görüşü buna müvafiqdir. Əllamə İrbili də təqiyyəyə ehtiyac olmadığı zaman həzrət Mehdinin (əc.) mübarək adınının tələffüz olunmasına icazə vermişdir.

 

http://sualcavab.ge

 

 

 

san � i �x�- X�+ etdirmədən mümkün deyildir.

 

 

Biz görürük ki, Mehdinin (ə) mövcudluğu o həzrətin intizarını çəkmək fikrinə təzə bir ruh bağışlayır, ona daha artıq yaradıcılıq və qüdrət bəxş edir. Bundan əlavə, zülmün kökünü kəsmək istəyən və intizarı çəkilən rəhbəri özünə həmfikir və həmdərd hesab edən insanda, ona məhrumiyyət nəticəsində çəkdiyi dərdlərin və bəlaların qarşısında bir növ müqavimət, istiqamət və dözüm yaradır.

 

“İmam Mehdi haqqında tədqiqat”

 

Şəhid Məhəmmədbaqir Sədr

 

 

http://sualcavab.ge

 

 


more post like this