Cavab: Tarixçilər imam Hüseynin (ə) qızlarının adını qeyd edərkən yalnız iki nəfərin – Fatimə və Səkinənin adlarını nəql etmişlər. (“İrşad“, c.2, səh. 135) Bəziləri Zeynəbin adını da bu adlara əlavə etmişlər. (“Kəşfül-ğəmə fi mərifətil Əimmə“, c. 2, səh. 38) İlkin tarixi mənbələrdə İmam Hüseynin azyaşlı qızı Rüqəyyə, Fatiməyi Soğra və ya başqa birisi haqqında məlumat göstərilmir. Lakin sonrakı mənbələrdə bu azyaşlı uşaq haqqında bilgi verilmişdir. (“Nəfsüul-həmum“, səh. 415-416) Əksər müəlliflər bu əhvalatı yeddinci hicri əsrinə mənsub olan “Kamil Bəhayi“ kitabına istinadla nəql etmişlər. Belə bir qızın həqiqətən də var olması yönündə iki mənbə göstərmək olar: 1. Həzrət Zeynəb (ə) Küfədə İmam Hüseynin ( ə) kəsilmiş başı ilə qarşılaşanda belə bir şeir oxudu: “Ey qardaşım, balaca Fatimə ilə danış ki, qəlbi partlamaq üzrədir“. (“Biharul-ənvar“, c. 45, səh. 115) Bu şeir belə bir balaca qızın varlığından xəbər verir. 2. Rəvayətlərə əsasən, ömrünün son anlarında Şümrlə qarşılaşanda səsləndi: “İlla Ya Zeynəb, ya Səkinə, ya vələdi, mən za yəkunə ləkum bədi, illa ya Ruqəqyyə, ya Ümmi Kulsum, əntum vədiyəti Rəbbi. əl-Yəvm qəd qərəbəl vəd“ (“Musuətul- kəlimatul İmam Hüseyn“, səh. 511) Burada İmam Hüseyn (ə) Rüqəyyənin adını dilə gətirmişdir. İmam Hüseynin Şamdakı qızı haqqında məlumat verən ən ilk mənbə İmadəddin Təbərinin “Kamil-Bəhayi“ kitabıdır. Müəllif yazır: “Bir 4 yaşlı qızcığaz gecə yuxudan oyanıb dedi: “Mənim atam hardadır? Elə indicə onu narahat halda yuxuda görmüşəm. Qadınlar, uşaqlar ağlaşdılar“. (“Kamili-Bəhayi“, c. 2, səh. 179) İmadəddin Təbərinin bu əhvalatı nəql etdiyi mənbələrdən biri də sünni alimi Məhəmməd ibn Əhməd Məmuninin “əl-Haviyə“ kitabıdır. NUR-AZ.COM


more post like this