Cavab: İmam Sadiq (ə) buyurur: “Aşura hadisəsindən sonra İbn Ziyadın ölümünədək Bəni-haşim xanımlarından heç biri sürmə çəkmədi, xına yaxmadı, evlərindən xörək bişdiyini bildirən ocaq tüstüsü qalxmadı. Qanlı Aşura faciəsindən sonra gözlərimiz daim yaşlı oldu.” [4727] İmam Səccad (ə) Kərbəla hadisəsi ilə əlaqədar bütün ömrünü göz yaşları içində keçirdi. Ona su təklif olunanda ağlayaraq buyururdu: “Peyğəmbər oğlu susuz öldürüldüyü halda mən necə su içim?!” [4728] İmam Baqir (ə) Aşura günləri imam Hüseyn (ə) üçün əzadarlıq məclisi qurardı. Bu məclislərdən birində şair Kumeytin oxuduğu şerdən təsirlənən imam Baqir (ə) buyurur: “Var-dövlətim olsaydı, bu şerinə mükafat verərdim. Amma sənin mükafatın həzrət Peyğəmbərin (s) Həssan ibn Sabit haqqındakı duasıdır. Həzrət ona buyurmuşdu: “Biz Əhli-beyti daim müdafiə etdiyin üçün səni Ruhul-Qüdüs təsdiq edəcək.” [4729] İmam Kazim (ə) buyurmuşdu: “Elə ki, məhərrəm başladı, atam gülməzdi. Üzü kədərli olardı, məhərrəmin onunadək yanaqlarından yaş süzülərdi. Həmin gün atamın müsibəti son həddə çatar, fasiləsiz ağlayıb buyurardı: “Bu gün babam Hüseynin (ə) şəhadət günüdür. [4730] İmam Riza (ə) buyurmuşdur: “Elə ki, məhərrəm ayı çatdı, atamı gülən görən olmazdı. Bu vəziyyət Aşura gününədək davam edərdi. Həmin gün atam son həddə kədərlənib ağlayar və deyərdi: “Belə bir gündə Hüseyni (ə) qətlə yetirdilər. Ona Allahın salamı olsun.” [4731] Kərbəla müsibəti ilə əlaqədar imam Riza (ə) buyurmuşdur: “İmam Hüseynin (ə) müsibət günü gözlərimizdən fasiləsiz yaş axar, göz qapaqlarımız yara olardı.” [4732] Rəvayətlərə görə, əsrin imamı (ə) babasının şəhadətinə görə ağlayır. [4733] NUR-AZ.COM


more post like this