Cavab: Hüseyn (əleyhissalam)-ın adı Allah taalanın Özü tərəfindən qoyulub. Hədisi qüdsidə deyilir: Hüseyn dünyaya gələn zaman Allah Cəbrəilə buyurdu: Məhəmmədin bir övladı olmuşdur, yer üzünə nazil olub ona salam çatdır və (bu təvəllüdü) təbrik de. Sonra de ki, Allah belə buyurur: Əli ilə sənin münasibətin Harun ilə Musanın münasibəti kimidir. Bu uşağa Harunun oğlunun adını qoy. Cəbrəil Peyğəmbərin yanına gəlib təbrik etdi. Sonra dedi: Allah sənə əmr edir ki, bu uşağa Harunun oğlunun adını qoy. Həzrət soruşdu: Harunun ikinci oğlunun adı nə idi? Cəbrəil dedi: Şübeyr. Həzrət buyurdu: Ərəb dilində onun mənası nədir? Cəbrəil dedi: Hüseyn. Həzrət Peyğəmbər (s.ə.v.v) onun adını Hüseyn qoydu. NUR-AZ.COM


more post like this