Cavab: Bu yol boyu dörd ürəkyandıran vidalaşma olmuşdur: 1. imam Hüseyn (əleyhissalam)-ın dostları ilə birlikdə Rəsulullah və Həzrəti Fatimənin (s.ə.v.v) qəbri və Peyğəmbərin hərəmi ilə vidalaşmaları. 2. İmam Hüseyn (əleyhissalam)-ın Aşura günü bacıları, qızları və şəhidlərin ailələri ilə vidalaşması. 3. Məhərrəmin 11-də Əhli-beyt hərəminin, uşaq və qadınların parça-parça olmuş bədənlərlə vidalaşmaları. 4. Həzrəti Zeynəb, imam Səccad (əleyhissalam) və onların yoldaşlarının Ərbəin günü Kərbəlaya gələrək üç günlük əzadarlıqdan sonra şəhidlərin qəbirləri ilə vidalaşıb Mədinəyə getmələri. NUR-AZ.COM


more post like this