Cavab: İmamlarımız buyurur: “Ey Aşuranın yasını saxlayanlar, əgər bilsəydiniz ki Allah-Taala sizin saxladığınız yasın əvəzində sizin üçün nə qədər nemətlər hazırlayıb, sevinciniz kədərinizdən çox olardı.”

Yenə buyurmuşlar: “Hər kəs Hüseynə ağlasa, yaxud başqasını ağlatsa və yaxud başqaları ilə birlikdə Hüseynin yasını saxlasa, behişt ona vacib olar.”

İmam Riza əleyhis-salam buyurdu: “Hər kəs Hüseynə ağlasa və yaxud düşmənlərimizin biz Əhli-beytə qarşı etdikləri müsibətləri danışaraq başqalarını ağlatsa, Allah-Taala onu qiyamət günündə bizimlə birlikdə (bizim zümrəmizdə) məhşur edəcəkdir.”

NUR-AZ.COM


more post like this