Cavab: İlk olaraq qeyd etmək lazımdır ki, səhabələr barədə söz açarkən heç də məqsəd həzrət Peyğəmbərlə (s) İmam Hüseyni (ə) müqayisə etmək deyil. Bildiyimiz kimi, Həzrət Peyğəmbərin (s) məqamı heç bir şəxsin məqamı ilə müqayisə edilə bilinməz. Lakin səhabələr isə məsum deyillər, onlar digər şəxslər kimi (dünya baxışı, anlayış, elm və s.) adi insanlar olmuşlar. Baxmayaraq ki, hər iki qrup səhabə haqq uğrunda vuruşmuşlar. Amma İmam Hüseynin (ə) səhabələrinin daha açıq fikirli , daha şücaətli, daha fədakar olması da qeyri-mümkün deyil. Həm də bu məsələ də nəzərə alınmalıdır ki, İmam Hüseynin səhabələri arasında həzrət Peyğəmbərin (s) səhabələri, İmam Əlinin (ə) sadiq silahdaşları olan tabeinlər də mövcud olmuşdur. NUR-AZ.COM


more post like this