Atası həzrət Hadi (ə), anasının adı isə Susən idi .22 yaşında ikən atası şəhid oldu. Atasının şəhadətindən sonra imamlıq müddəti 6 il, mübarək ömrü isə 28 il çəkdi. O həzrət (ə) 260-cı hicri ilində Abbasi xəlifəsi Mö᾽təmid tərəfindən şəhid olunaraq Samirə şəhərində dəfn olundu. Onun yeganə övladı ,həmin və᾽d olunmuş həzrət imam Mehdidir ki, zühur edərək və dünyanı ədalətlə dolduracaqdır.

IMAMIN ӘXLAQI XÜSUSIYYӘTLӘRI

Imam Həsən Әskəri əleyhisslam çox vüqarlı və əzəmətli bir kişi idi. O, öz zamanında Qur᾽anın misilsiz müfəssiri sayılırdı. Yüz nəfərdən çox məşhur alim o həzrətin məclisində iştirak edirdi. Iraqda qaldığı 16 il ərzində Şamdan Mədinəyə qədər olan ərazi o həzrətin nüfuz dairəsində idi. Imamın elmi və mə᾽nəvi nüfuzu o qədər böyük idi ki, Abbasi xəlifəsi Әlmö᾽təzin sarayında yaşayıb elə orada da işləyən alimlər belə ona heyran qalıb tabe olmuşdular.

IMAMIN ELMI

Imamın elmi dalğalı və dərin bir ümman kimi idi ki, elmə susamışları doyururdu. Xarəzminin dediyinə görə elm aşiqlərindən on səkkiz min nəfər o həzrətin elmi məclislərindən istifadə edirdilər. Abbasi xəlifəsinin sarayına mənsub olan Məhəmməd ibni Məs᾽ud Şirazi imamla bey᾽ət edən ilk saray alimi olub bu şöhrətli alim Әlmö᾽təzin sarayında çalışırdı.

IMAMIN ŞӘHADӘTI

Imam (ə) dörd yaşında ikən atası ilə birlikdə Samirraya sürgün edilib xəlifənin əskərlərinin bazasında nəzarət altında saxlanıldı. Buna görə də Әskəri ləqəbi ilə məşhur idi.

Atasının şəhadətindən sonra Abbasi xəlifəsi Mö᾽təmidin əmri ilə həbs olundu. Imamın paklığı bütün məhbusları ona tərəf yönəltmişdi və hamı o həzrətə bağlanmışdı. Xəlifənin mə᾽murları hər gün imamın vəziyyəti barədə xəlifəyə mə᾽lumat verirdilər. Nəhayət o həzrət (ə) 260-cı hicri ilinin Rəbül-əvvəl ayının 8-də şəhid oldu və Samirrada atasınan yanında dəfn olundu.
IMAMDAN QISA GӘLAMLAR

1. Sadəliklə yaşa və israfdan çəkin.

2. Hər kəslə qarşılaşdığın zaman salam ver və məclisə daxil olduqda aşağı başda otur, çünki bu iş təvazökarlığın nişanəsidir.

3. Yalandan çəkin, çünki yalan pisliklərin açarıdır.

4. Hər kəs mənim Әhli-beytimi sevməsə, münafiqlərdəndir.

5. Hər kəs qiyamətə inansa, verdiyi və᾽dlərə əməl edər.

http://www.islamtimes.org


more post like this