Cavab: İmam Sadiq (əleyhissalam) buyurur: Bu zaman atam, Hişamı qucaqladı və mən də bu işi təkrar edib, birlikdə Hişamın sarayından çıxdıq.
Sarayın önündə yerləşən meydanın axırlarında bir neçə nəfər oturmuşdu. Atam onların kim olduğunu soruşduqda, gözətçilər dedilər ki, bunlar məsihi keşiş və rahiblərdirlər. Gördüyün o şəxs, onların alimidir və ildə bir dəfə burada əyləşib onların suallarına cavab verir.
İmam Sadiq (əleyhissalam) deyir: Bu zaman atam öz başını parça ilə bağladı, sonra onların arasına gedib bir güncdə əyləşdik. Bu hadisəni Hişama xəbər verdilər. O da bu hadisənin necə qurtaracağını bilmək üçün bir neçə nəfər göndərdi. Müsəlmanlardan da bir neçə nəfəri gəlib bizim ətrafımızı tutdular. Məsihi alimi irəli gəldi. O, qaşlarını gözlərinin üstünə tökülməmək üçün parça ilə bağlamışdı. Bütün rahib və keşişlər öz yerlərindən qalxıb onu salamladılar və onu məclisin yuxarı başında oturtdular. Camaat dövrəsinə toplaşdı. Mən də atamla onların arasında idik. Məsihi alimi ətrafına göz gəzdirdi və üzünü İmam Baqir (əleyhissalam)-a tutub dedi: Bizdənsən, yoxsa İslam Peyğəmbərinin ümmətindən?
İmam Baqir (əleyhissalam) dedi: İslam Peyğəmbərinin ümmətindən.
Məsihi alimi dedi: Onların alimlərindənsən, yoxsa nadanlarından?
İmam Baqir (əleyhissalam) buyurdu: Nadanlardan deyiləm.
Bu vaxt məsihi alimin üzündə iztirab və naratçılıq əlamətləri göründü. Sonra dedi: Səndən bir neçə sual soruşacağam.
İmam Baqir (əleyhissalam) dedi: Hər nə istəsəniz soruşa bilərsiniz.
Məsihi alimi dedi: Siz iddia edirsiniz ki, behişt əhli yemək yeyir, su içir, lakin onun artığını xaric etmirlər. Bu iddiaya nə dəliliniz var ki, biz də qəbul edək?
İmam Baqir (əleyhissalam) buyurdu: Bunun dəlili ana bətnində olan uşaqdır ki, qidalanır, lakin qalığı yoxdur.
Bu zaman məsihi alimi çox həyəcanlandı və dedi: Sən demədin ki, mən onların alimlərindən deyiləm?
İmam Baqir (əleyhissalam) buyurdu: Mən nadan olmadığımı söylədim.
Hişamın adamları bütün sözləri eşidirdilər.
Məsihi alimi dedi: Başqa sualım var.
İmam Baqir (əleyhissalam) dedi: Soruş.
Məsihi alimi soruşdu: Siz iddia edirsiniz ki, cənnət meyvələri həmişə təravətli və təzədir və cənnət əhli üçün də hazırdır. Bu mətləb üçün qəbul etməli nə dəliliniz vardır?
İmam Baqir (əleyhissalam) dedi: Bunun dəlili insanların ayaqları altında həmişə təravətli və təzə qalan torpaqdır.
Məsihi alimi dedi: Məgər sən demədin ki, mən alim deyiləm?
İmam Baqir (əleyhissalam) dedi: Mən nadanlardan olmadığımı dedim.
Məsihi alimi dedi: Başqa sualım var.
İmam Baqir (əleyhissalam) buyurdu: Soruş.
Məsihi alimi soruşdu: Gecə və gündüzün hansı saatı nə gecə və nə də gündüzdən hesablanır?
İmam Baqir (əleyhissalam) buyurdu: O saat, sübh açılandan günəş çıxana qədər ki, vaxtdır. Həmin vaxt xəstə yüngülləşər, yatanlar yuxudan oyanar, bihuş huşa gələr.
Bu vaxt məsihi alimi fəryad çəkib dedi: Başqa bir sualım da var. Allaha and olsun, bunun cavabını verə bilməyəcəksən!
İmam Baqir (əleyhissalam) buyurdu: Nə sualın varsa soruş, lakin yersiz and içdiyin üçün kəffarə verməlisən.
Məsihi alimi soruşdu: Onlar kimdir ki, bir gündə dünyaya gəlib, bir gündə dünyadan gediblər. Biri əlli il, o birisi isə yüz əlli il yaşamışdır.
İmam Baqir (əleyhissalam) buyurdu: Onlar Üzeyir və Üzeyrə idilər ki, bir gündə dünyaya gəlmişdilər. Bir dəfə iyirmi beş yaşlı Üzeyirin yolu ulağı ilə Əntakiyədə bir kənddən düşdü. O kənd viran qalmışdı Üzeyir öz-özünə dedi: Mən, Allahın bu ölüləri necə dirildəcəyinə təəccüb edirəm! Halbuki, Üzeyir hidayət olmuşdu. Bu sözləri deyəndən sonra Allahın ona qəzəbi tutdu, canını aldı və bədəni ölü kimi yerin üzərində qaldı. Yüz il Üzeyir ölü vəziyyətdə qaldıqdan sonra, Allah onu, ulağını və azuqəsini əvvəlki halına qaytardı. O, öz evinə qayıtdı. Qardaşı Üzeyrə onu tanımadı. Üzeyir qardaşından onu qonaq kimi qəbul etməsini xahiş etdi. Üzeyrə onu qəbul edib, içəri buraxdı. Üzeyrənin oğulları və nəvələri də gəldilər. Onların yaşları ötmüşdü, Üzeyir isə iyirmi beş yaşlı bir cavan idi. Üzeyir öz qardaşından və qardaşı uşaqlarından xatirələr nəql etdi. Onlar, Üzeyirin danışdıqlarını təsdiq edib dedilər: Ey cavan, sən bu uzun illərin xatirələrini hardan bilirsən?
Yüz iyirmi beş yaşlı Üzeyrə dedi: Mən özüm və qardaşımın cavanlığını xatırlayan sənin kimi agah bir adam görməmişəm. Sən asimandan gəlmisən, yoxsa yer əhlindənsən?
Üzeyir dedi: Mən sənin qardaşın Üzeyirəm. Allahın mənə dediyim sözlərə görə qəzəbi tutdu, peyğəmbər olduğum halda, məni öldürüb yüz ildən sonra diriltdi ki, qoy hamı yəqin etsin və bilsin ki, Allah hər bir işə qadirdir. Bu isə sizdən ayrıldığım vaxt mindiyim ulaq və götürdüyüm yemək-içməkdir. Allah onları da əvvəlki hallarına qaytarmışdır.
Qardaşı və övladları onu tanıdılar, bu hadisə ilə qiyamət və yenidən dirilmək məsələsi onlara çox gözəl aydın oldu. Onlar daha sonra iyirmi beş il yaşayıb və hər ikisi bir gündə dünyadan getdilər.
Bu yerdə məsihi alimi yerindən qalxıb getdi və məsihilər də onun ehtiramına ayağa qalxdılar. Yolda öz tərəfdarlarına dedi: Məndən savadlı bir adamı gətirib öz aranızda oturtmusunuz ki, mənim abrımı töksün və rüsvay etsin. Müsəlmanlar da elə bilsinlər ki, aralarında elmlərmizi bizdən yaxşı bilən adamlar vardır. Allaha and olsun, bundan sonra sizinlə heç bir şey danışmayacağam və suallarınıza da cavab vermək üçün gəlməyəcəm.

NUR-AZ.COM


more post like this