Sualın cavabını verməzdən öncə aşağıdakı faydalı mətləblərə diqqət yetirək:
1). Qadınların ictimai tərbiyədə, insanların ümumi inkişafında, övlad tərbiyəsində analıq haqlarında, kişilərə həyat yoldaşı olmaqda, kişilərlə birgə həyat yolunda acı və şirini dadmaqda qarşılıqsız zəhmət çəkməkləri inkar olunmazdır.
76Belə ki, Qurani kərim Allah- Taaladan sonra valideynə itaət etməyi əmr etmişdir. Amma bu itaətdə qadın və kişinin arasında heç bir fərq qoymamışdır. Həmçinin böyük islam Peyğəmbəri xanım Xədicəyə (s) və xanım Zəhraya olduqca çox məhəbbət bəsləmiş və onlara hörmətlə yanaşmışdır. Həmçinin Ayətullah Xomeyni İran İslam inqilabını quranda bu məsələyə diqqət yetirərək buyurmuşdur: “İslam tarixi Peyğəmbərin (s) xanım Zəhraya (s) nə qədər məhəbbər bəslədiyini bizə xəbər verir. Bu bizə çatdırır ki, qadın ictimaiyyətdə heç də kişidən geri qalmır. Yəni qadının ictimai xidməti kişidən çox olmasa da, heç azda deyil.
2). Müqəddəs Qurani- kərimin ayələrindfə kişi və qadının mahiyyətində (kimliyində) heç bir fərq yoxdur. Həmçinin Qurani- kərim onların bir əsildən Allahın əmri ilə yaradılmasını təsdiq edərək buyurur: “Ey insanlar! Allahınızdan qorxun ki, sizin hamınızı bir insandan yaratdı və onun arvadını da onun cinsindən yaratdı. Sonra ikisindən də yer üxündə çoxlu kişilər və qadınlar törətdi
“Sizi vahid bir nəsldən yaradan odur.”
Qurani kərimin bu ayələrində qadınla kişinin yaradılışının eyni olduğu bildirilir və onların arasında heç bir fərqin olmadığı söylənilir.
İnsanın insanlığınonun ruhu təmin edir.
Deməli insanı tanıtdıran onun qadınlığı və kişiliyi deyil, əksinə onun insanlığıdır. Bundan əlavə qadın, Quranın baxışında kişi kimi yaradılışın təkamül nöqtəsinə yetişə bilər və bu yolda heç də kişidən əskikliyi yoxdur. Hər vaxt Qurani- kərim seyr- sulukdan və təkamüldən söhbət açır, qadını da onunla birlikdə zikr edir. Həmçinin Qurani-kərim qadınla kişinin bərabərliyini israr etməklə yanaşı onları, bir- birlərinə eşq- məhəbbət bəsləməklə asudə yaradıldıqlarını qeyd edir. Yəni qadın və kişi bir- birinə məhəbbət bəsləməklə öz aramlıqlarını əldə edirlər.
Ayətullah Xomeyni yaradılışın bu nişanələrinə istinad edərək qadınla kişinin bərabərliyi haqqında deyir:
“İnsan hüquqları baxımından qadınla kişinin heç bir fərqi yoxdur. Çünki hər ikisi insandır və qadının hazır ki, insan olaraq öz həyatında müstəqil seçim etsin. Amma qadın və kişi arasında olan ümumi fərq, onların iki fərqli cins olmasındandır. Buna baxmayaraq insanlıqları öz yerindədir.
3) Həzrət Əlidən (ə) rəvayət olunan hədislərin və xütbələrin heç birində “kişilərin qadınlardan və zəka və hiss baxımından üstünlüyü” qeyd olunmamışdır. Amma İmamın bəzi kəlamlarında qadının eşq və məhəbbət baxımından kişidən üstün olmasını görmək olar. İmam Əlinin Nəhcül- bəlağınin 80- cı xütbəsində” qadınların ağıl və zəkası” barəsində dediyi sözün araşdırmağa ehtiyac duyuruq:
A) Bu sözün düzgünlüyünü qəbul etsək, gərək deyək:
Birincisi, İmamın bu sözü ümumilik daşımır və bu səbəbdən də bütün qadınlara aid edilmir.
İkincisi əgər tarixə istinad etsək görərik ki, bu söz Cəməl döyüşündən sonra olan xütbədə deyilib. Bildiyimiz kimi bu döyüşün əsas iştirakçıları Təlhə və Zübeyr olsa da, döyüşün əsas sərkərdəsi Peyğəmbərin xanımı Ayişə idi. Təlhə və Zübeyr Ayişənin ictimai nüfuzundan istifadə edib onu imamın əleyhinə üsyana qaldırdılar. Üsyançıların əsas hissəsi Məkkəli olmasına baxmayaraq üsyan Bəsrə şəhərində baş tutdu. İmam döyüşdə qalib gəldikdən sonra qadınlar barəsində xütbə oxuyur. Bu xütbədə bəzi qadınları məzəmmət edir. Bu tarixi fakta istinad edərək deyə bilərik ki, İmamın məqsədi bütün qadınlar deyil, əksinə bir dəstə dinə qarşı çıxmış qadınlardır.
Üçüncüsü: Şəksiz tarixdə elə qadınlar olmuşdur ki, öz zəmanəsinin kişilərindən iradəli, əzəmətli və vəfalı olmuşlar. Bununla yanaşı o qadınlar öz dövrlərində ağıl və zəkaları ilə sayılıb seçilmiş qadınlardan olublar. O cümlədən xanım Xədicə (s) xanım Zəhra (s), xanım Zeynəb və sair xanımlar İslam dininin inkişafında böyük əhəmiyyət kəsbediblər. o qadınlar kişilərlə birlikdə İslam dininin yayılması yolunda daim ictimai mübarizədə olmuş və bu yolda bütün varlıqlarından keçmişlər. deməli, İmamın bu sözündən heç vaxt ümumilik daşıyan nəticə almaq olmaz. Çünki bu qadınlar imamın öz dövründə yaşayıblar. İmamın (ə) bütün qadınlar barəsində belə bir söz deməsi necə mümkündür?
Dördüncüsü: İmam Əli (ə) bəzi vaxtlar Kufə və Bəsrə kişiləri barəsində şikayət etmiş və onların barəsində bəzi sözlər demişdir. Misal üçün: İmam Nəhcül- bəlağənin 14- cü xütbəsində belə buyurur: “Sizin ağlınız yüngül, fikriniz isə axmaqanədir və “of … siz kişilər ağlınızdan istifadə etmirsiniz,” ey bədənləri burada vəağılları burada olmayan kişilər, ey canları ixtilaf evi, qəlbləri dağınıq, bədənləri burada və ağılları burada olmayan kişilər”!
Bu kəlamlara diqqət yetirəndə İmamın (ə) məqsədinin bütün Kufəlilər və Bəsrəlilər deyil, əksinə bəzi insanlar olduğu açıq- aşkar seçilir.
Məlum məsələdir ki, İmam (ə) bütün Kufə və Bəsrə kişilərin nəzərdə tutmaz. Çünki bu şəhərlərdə mömin insanlar və çoxlu din alimləri yaşayırdı.
Başqa sözlə desək, tarixi hadisələr mümkündür bir zaman kimisə yüksəlməsinə və bəzən də alçalmasına səbəb olur. Amma zaman mərhələsi etibarı ilə mümkündür qazanılan ucalıq və alçaqlıq aradan getsin. Bu səbəbdən də İmamın (ə) Nəhcül- bəlağədə qadınlar, Kufəlilər və Bəsrəlilər barəsində söylədikləri şəxsi bir hadisədir.
Beşincisi: İmam (ə) qadınlar barəsində dediyi sözləri başqalarının da barəsində demişdir. Misal üçün, Həzrət Əli (ə) Nəhcül- bəlağədə buyurmuşdur: “Eqoistlik, onun ağlının naqisliyi və zəifliyidir.”
Bu və digər hədislərdə eqoistlik, şəhvət, nəfsinin qulu olmaq və sair. sözlərə rast gəlmək olur ki, zəkanın naqislik amillərindən hesab olunur. Deməli, İmamın qadınlar barəsində söylədiyi də bu sıradandır. Məsələyə digər tərəfdən yanaşanda görürük ki, qadınların belə məzəmmət olunması onların insanlığına xələl gətirmir. Çünki kişilərin də belə məzəmmət olunması onların insanlığına xələl gətirmir. Bundan əlavə belə rəvayətlər həmişə tərbiyə ünsurlu olur. Məsələn: Belə hədislər kişiləri qadınların əlvan istəklərinin qarşısında oyada bilər və nəticədə dünya və axirət səadətinə çatmaq üçün daha artıq çalışa bilərlər. həmçinin kişiləri dünya işlərində azad fikirləşməyə vadar edə bilər. Xüsusən də Cəməl döyüşündə olan hadisələr bu sözlərə kamil surətdə nümunə ola bilər. Çünki İmamın bu sözləri Cəməl döyüşünün zamanına təsadüf edir.
B) Zəka iki növdür:
1). İctimai əqil və zəka
2). Dəyər əqli və zəkası.
Mümkündür ki, İmamın kəlamındakı “əql” sözündən məqsəd qadınların ictimai zəkaları olsun.
Başqa sözlə desək, qadın və kişidə olan əsaslı fərq onların ictimai əqilləridir. Çünki dəyər zəkasında (insanın insanlığın sübut edən zəka, ağıl) kişi ilə qadın arasında heç bir fərq yoxdur. Çünki insan bu zəka ilə Allaha ibadət edir və dünya və axirət səadətinə yetişir.
C) Biz bəzi olayları və həqiqətləri gizlədə bilsək də bunu gizlədə bilmirik ki, qadın və kişinin arasında köklü surətdə fiziki və psixoloji fərqlər vardır. Bu barədə çoxlu kitablar yazılıdığı üçün təkrara varmadan bunu deyə bilərik ki, qadın insan artımı və inkişafə üçün böyük bir bazadır. Təbii ki, bu baza bütün yaranmışlardan fərqli olaraq daha çox mehr- məhəbbətə ehtiyacı vardır. Həmçinin onların özündə də bu hisslər digərlərindən fərqli olaraq daha çoxdur. Bu səbəbdən də ailədə təlim- tərbiyə işləri və analıq haqqı qadınlara bəxş olunmuşdur. Bundan əlavə Allah- Taala yaratdıqlarını öz hikmət və məsləhəti üzündən yaratdığı üçün, onları öz vəzifələrinə məsuliyyətli yaratmışdır.
Nəticə: Qadın və kişi fiziki, psixoloji, mehr- məhəbbət bəzi cüzi məsələlərdə bir- birləri ilə fərqlənirlər. qadınların ailəyə məhəbbəti onların özündən aslı olmayaraq kişilərdən çoxdur. Qadın kişilərdən daha kövrəkdir. İmamın sözündən məqsəd yuxarıda qeyd etdiyimiz fərqdir. Yəni qadınlar bəzi cəhətdən kişilərdən zəifdirlər. belə ki, qadınlarda olan ötəri hisslər, mehr- məhəbbət onların ağılına qələbə çalır. Əgər belə olmasaydı qadınlar uşaq tərbiyəsində, onları dünyaya gətirməkdə müvəffəq olmazdı. Həmçinin bütün ailə işləri ona çətin gələrdi. Amma bu sözlər kişilərin barəsində tam əksinədir. Bunu da Allahın bir məsləhəti kimi qərarlaşdırmaq olar. Bu məsləhətin olması da zəruri bir əmrdir.
Deməli imam qadınların insanlığını deyiol, onların hisslərini nəzərdə tutmişdur. NUR-AZ.COM


more post like this