İmam Əli (ə) Peyğəmbərdən (s) sonra üç xəlifə ilə bir dövrədə yaşadı. Bu müddətdə ki, 25 ilə yaxın olmuşdur. İmam İslam ümməti üçün faydalı olan hər bir vəzifə hiss olunan əməlləri yerinə yetirdi. O xeyirxah İmamın bütün Allah bəyənən əməllərini tarixdə araşdırmaqla bir neçə ünvanda cəmləşdirmək mümkündür:
1-İmam fürsətdən istifadə edərək mərifəti əsasında Xaliqinə ibadətini çoxaltdı. O həddə ibadətlə məşğul idi ki, İmam Səccad (ə) ki, ibadətlə məşhurlaşmışdır, onun ibadəti qarşısında öz bəndəliyini zəif hesab edirdi.
2-İmam bu müddətdə Quranın bir çox başadüşülməsi çətin olan ayələrinə aydınlıq gətirdi. Bu Quarana təfisirləri bir çox insanları maarifləndirdi, bir nümunə olaraq İmam bu dərsləri İslam aləminin fəxri olan İbn Abbas adı bir şəxsiyyəti İslam ümmətinə təfsir elmində yadigar qoydu.
3-İslam dinin maariflərinin ümumi bəşəriyyət üçün gəldiyini öyrənən dünya alimləri bunu dərindən başa düşmək üçün İslamın mərkəz və bünövrəsi olan Mədinəyə gəlməyə başladılar. Sual və şübhələrlə dolu zehinləri ilə xəlifələrə müraciət edirdilər, xəlifələr bu suallar qarşısında cavabsız olduqlarından Əli ibn Əbu Talibə (ə) yönləndirirdilər, Əli (ə) də İslamın ucalığı və dirçəlməsi üçün bunların hər bir sual və şübhələrini cavablandırırdı.
4-İslamda görünməyən yeni şəri məsələlərin yaranması (İslamın hakimiyyətinin genişlənməsi səbəbindən) cavabları tələb edirdi, İmam Əli (ə) də Peyğəmbər (s) elminin varisi olduğu üçün bunları cavablandırdı.
5- Bir çox kimsəsizlərə sahib çixib onların yaşayışının rahatlaşması üçün maddi imkanlar yaradıb onlara kömək edirdi, o cümlədən bağlar salıb gəlirini kasıblara paylayardı.
6-Pak ruha və qabiliyyətli cavan və insanları Allah bəndəliyində dərinləşməsi üçün əxlaqi və irfani yol göstərmələrə başladı. O cümlədən Meysəm Təmmar kimi şəxsiyyətlər o şəxsiyyətin yanında çoxlu həqiqətlərə sahib oldular.
7-Xilafətdə yaranan siyasi çətinliklərdə həll edici yol göstərmələri. Bariz nümunəsi Ömərin xəlifəliyi dövründə müharibələr və fəthlərində dən çoxlu nəticə verici yol göstərmişdir.
http://sualcavab.ge


more post like this