İmamların ismətini isbat etmək üçün əqli dəlildən necə yararlanmaq olar?

İmamət məqamına və məsuliyyətinə diqqət etdikdə İmamın məsumolma zəruriliyi aydın olur. Cəfəri məzhəbinə mənsub olan alimlər İmamın ismətini bir neçə əqli və məntiqli dəlillərlə isbat etmişlər. Onu da nəzərinizə çatdırırıq ki, əqli dəlillə İmamın isməti yalnız ümumi formada isbat olunur. Onunla ismətin kimlərə şamil olduğunu müəyyən etmək olmaz. Ancaq nəqli dəlillərlə həm ümumi formada İmamətin ismətini isbat etmək və həm də İmamətin kimlərə aid olduğunu təyin etmək olar. Aşağıda əqli dəlillərdən bir neçəsinə işarə edirik.

 

1) «Nəqzi qərəz» dəlili

Bu dəlilin müxtəlif açıqlamaları vardır. Onlardan biri belədir:

1.            İmam Peyğəmbərin (s) canişini olaraq insanların ülgüsü, rəhbəri və Allah hidayətçisidir.

2.            Əgər İmam günah və ya xəta etsəydi Allahın onu bu məqama təyin etməkdəki məqsədi təmin olunmazdı. Və nəticədə İlahi məqsədlə ziddiyyət təşkil edərdi.

3.            «Nəqzi qərəz», yəni hikmət sahibi olan Allahın öz məqsədinə zidd hərəkət etməsi qeyri-mümkündür.

4.            Yuxarıdakılardan belə aydın olur ki, Allah İmamı günah və xətadan uzaq saxlamışdır.

İslam fəlsəfəçilərindən bir çoxu bu dəlilə söykənərək İmamətin ismətində bu qaydadan istifadə etmişlər. Xacə Nəsrəddin Tusi bu dəlili belə qeyd edir:

«و لأنّه حافظ للشرع…. و يفوت الغرض من نصبه»؛

“İmamın məsum olmasını zəruri edən dəlillərdən biri odur ki, İmam şəriətin qoruyucusudur. O, əgər məsum olmasaydı, o zaman İlahi məqsəd həyata keçmədiyi üçün «nəqzi qərəz» yaranardı”. (Kəşful-murad, səh.112)

 

2) Şəriətin qorunması dəlili

Bu dəlil də yuxarıdakı dəlil kimi müxtəlif formada izah olunmuşdur. Biz burada həmin izahlardan birini qısa şəkildə nəzərinizə çatdırırıq:

1.            Həzrət Peyğəmbərin (s) risaləti ilə peyğəmbərlik missiyası xətm olunmuşdur və ondan sonra bir peyğəmbər gəlməyəcəkdir. Buna görə gərək bu din qiyamətə qədər insanların dünya və axirət səadətini təmin etsin.

2.            Tarixdən məlumdur ki, Həzrət Peyğəmbər (s) öz risaləti boyunca (zaman şəraitinə görə) İslamın bütün mərifətlərini şəxsən çatdırmağa kifayət qədər fürsət tapmamışdır.

3.            Dinin düzgün təfsir olunmaması və yanlışlıqla izahı müxtəlif zamanlarda onun təhrif olunmasına zəmin yaratmışdır. Buna görə də, din hər zaman onu təhriflərdən qoruyacaq birinə ehtiyaclı olmuşdur.

4.            Dini qoruyan ya məsum olmalıdır, ya da ki, qeyri-məsum. Əgər biz ikincini qəbul etsək o zaman onlar tərəfindən dində xəta və xəyanət ehtimal olunardı və nəticədə dinin qorunmasında təhrifə düçar olardılar. Buna görə də gərək dinin qoruqçusu məsum olsun.

5.            Mümkün deyil ki, Allah ya Peyğəmbər (s) insanlara dini naqis halda bəyan etsin və camaat tərəfindən dini qəbul etməyin yolunu öyrətməmiş olsun.

Qurani-Kərim baxımından Peyğəmbərin canişini təyin olunmaqla İslam dini kamil din olaraq insanlara təqdim olundu. Buna görə də Qurani-Kərim Həzrət Əlinin (ə) Peyğəmbərə canişin təyin olunması məsələsindən sonra buyurur:

«الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَ أَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَ رَضِيتُ لَكُمُ الاْءِسْلامَ دِيناً».

“Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim.” (Maidə surəsi, 3-cü ayə)

Dediklərimizdən belə aydın olur ki, hər zaman ümmətin içərisindən İslam dinini maarif və əhkamını kamil formada Peyğəmbərdən (s) öyrənən şəxslər dini qorumaq yolunda məsumcasına səy göstərmişlər.

Başqa sözlə fikrimizi qısa formada belə bəyan etmək olar:

1.            İslam sonuncu dindir;

2.            Sonuncu din gərək kamil və düzgün çatdırılmış olsun;

3.            Dini kamil formada izah etməyə Peyğəmbərin (s) zama-nında (23 il ərzində) fürsət olmadı;

4.            İnsanın yanlış və həvəs üzündən dini təfsir etməsi dində təhrifə yol açardı;

5.            Buna görə də sonuncu dinin bir qoruyucuya ehtiyacı vardır;

6.            Dinin qoruyucusu gərək məsum olsun;

7.            Allah və Peyğəmbər (s) dinə qoruyucu təyin etməkdə səhlənkarlıq etmələri qeyri-mümkündür;

8.            Yuxarıdakılardan belə aydın oldu ki, dinin hər zaman bir məsum qoruyucusu olubdur.

 

http://sualcavab.ge


more post like this