Həzrət Əli (ə) buyurur: “Ey Allahın bəndələri bilin təqva uca və möhkəm bir qalaya bənzər ki, daxilində olanları bütün nöqsanlardan qoruyar. Təqvasızlıq isə alçaq bir hasara bənzər ki, daxilində olanlara gələn ziyanların qarşısını ala bilməz.”

Deməli insan öz insanlığını əldə etmək üçün və Allah-Təalaya yaxın bəndə olmaq üçün günahlardan çəkinməli və Allahın əmrlərini layiqincə yerinə yetirməlidir. Bunun da əsas yollarından biri insanların günahların ziyanını layiqincə bilməsidir. Bunun əsas rolu isə təqvadır. “Təqva” pis əməllərdən uzaqlaşmaq və Allah-Təalanın vacibatlarını yerinə yetirmək deməkdir. Təqva ibadətlərin ən qiymətlisidir. Çünki, günahlardan çəkinmədikcə ibadətlərin faydası olmaz. Allah-Təala bütün səmavi kitablarda bəndələrinə təqvanı əmr edir. Allah-Təala Qurani-Kərimdə “Maidə” surəsinin 27-ci ayəsində buyurur: “Allah (əməli) yalnız təqvalılardan qəbul edər.” Təqva əsasında olmayan heç bir ibadətin dəyəri yoxdur. Demək bütün yaxşılıqlarn təməli təqvadır.

Şübhəsiz hər bir insan günahları tanıdıqdan sonra onun nə qədər zərər verəcəyini düşünməlidir. Günahları tanıyıb ondan uzaq olanlar Allah-Təaladan qorxub Onu sevən kəslərdir. Çünki o insanların əqli, günahın onun axirətdə nə qədər böyük əzab olduğunu düşünürlər. Əgər bir insan islam sədasını eşidib, namaz və orucun vasitəsilə çirkin və pis əməllərdən uzaqlaşdığını bilib, bir çox şeylərin məlumatı olduğu halda, istər yaxşı, istərsə də pis əməlləri ilə məşğuldursa o şəxs bağışlanmağa layiq deyildi. Əgər Allah-təala bir işin yaxşı, yaxud da pis olmasını kiməsə anlatmasa və o şəxs həmin işi görsə Allah-Təalanın cəza verməsi haqsızlıq olardı. Allah-Təala isə ədalətlidir və heç bir zaman heç cür haqsızlıq etməz. Necə ki, Həzrət Əli (ə)buyurur: “Bilərəkdən günah edən şəxs bağışlanmağa layiq deyildir.”

Digər bir hədisdə buyurur: “Xoş o kəsin halına ki, Alllaha ibadət etməйə nail olub günah və xətasına ağlayır.” Allah-Təala bütün mövcudatlardan ehtiyacsızdır. Şübhəsiz ki, kim günah iş görüb zülm etsə, cəhənnəmə layiqdir. Yalnız hər bir insan gərək öz gözəl əməlləri ilə Onu sevindirməli və nemətlərinə isə şükr etməlidir. O nemətlərdir ki, sayı, dəyəri, hesabı, qiyməti bilinməz və dərk edilməzdir. O gözəl nemətlər Allah-Təalanın insanlara verdiyi ruzidir. İslamda ibadət insanın həyat və fəaliyyətini bütün anlarını əhatə edir. İslam baxımında Allaha xatir görülən hər bir xeyirli iş ibadətdir.

Bir gün Peyğəmbərin (s) səhabəsi olan Əbuzər, Rəsulullahın yanında idi. Peyğəmbər ona buyurdu: “Ey Əbuzər! Əgər bacarsan yemək-içməyini və yatmağını da Allaha xatir et.” Demək yemək, içmək, işləmək, geyinməkdə də dinin qanunlarına əsasən düzgün uyğun şəkildə riayət edilməli, elm və mərifət qazanmaq üçün Allah-Təaladan kömək istənilib Ona xatir əməl edilməlidir ki, həyatda Ona xatir olan hər bir gözəl şey ibadətdir. Peyğəmbər (s) digər bir hədisdə buyurur: “Əgər kim hər gecə yatan zaman dörd kəlməni söyləməsə, həmin şəxs zəlalətdə olar.”Bu dörd kəlmələrdən biri də ruzi barəsindədir ki, bunu yalnız Allah-Təalaya şükr etmək vasitəsilə söyləmək mümkündür. Həmin kəlmə belə deyilir: “Allah, Sənə şükrlər olsun ki, mənim ruzilərimi Sən verirsən və kimlərəsə möhtac etmirsən.”
Əgər insan hər hansı bir ruzinin suyun, yeməyin, işləməyin və bu kimi digər nemətlərin istifadə etməsində böyük rolu olan Tanrıya şükrü olmazsa, həmin şəxs qiyamət günü böyük haqq-hesabata çəkiləcək. Bir hədisdə var ki, bir şəxs Həz-rət Əlinin (ə) yanına gəlib soruşur: “Ya Əli! Allah-Təala qiyamət günü bütün insanlardan necə sorğu-sual edəcək?” Həzrət buyurdu: “Allah-Təala insanlara bəxş etdiyi ruzilər qədər sorğu-sual edəcək.”
Demək qiyamətin daha da yaxınlaşmağının səbəbi, insanların ruzilərə qarşı israfçılığı, saymamazlığı, etinasızlığı və şükrsüzlüyüdür ki, bu gün bir çox insanlar Allahın biz insanlara verdiyi ruziləri düşünmürük. Şəhidlər ağası İmam Hüseyn (ə) buyurur: “Əgər kim günah etmək istəyirsə, onda Allahın ruzilərini yeməsin.”
Bu ecazkar hədisdə də göründüyü kimi hər bir şey zülm, güc, yaxşılıq, insanlıq, elm və s. yalnız Allah-Təala tərəfindən insanlara verilir. Bundan əlavə bizim hər bir bədən üzvümüzü yaradan Allaha şükr etməkdən savayı, ibadət edib Allahı çox yad və zikr etsək belə, onda Allahın razılığın yalnız bir hissəsindən də az miqdarda əldə etmiş olarıq. Yəqin ki, İmam Hüseyn (ə) kimi şəxsiyyətin hədisinə bizim bir şəkk-şübhəmiz qalmaz. Çünki hər hansı bir insan hansı məkana gedir ruzi diləsə, o ruzini də Allah bəxş edəcək. Əgər belədirsə, niyə insanlar saysız-hesabsız Allah-Təalanın bəyənmədiyi günah əməllərlə məşğuldurlar?
Əgər belədirsə niyə biz insanlar, Allah-Təalanın verdiyi nemətlərindən faydalanırıq və sonda isə naşükrlük edirik? Niyə bəs Allah-Təalaya ibadət etməkdən boyun qaçırıb və 12 ayın içində yalnız 1 ayı olan mübarək Ramazan ayının orucunu Allaha xatir tutmuruq?
İslam dini insanları gözəl əxlaqa tərəf səsləyir, lаkin çox insanlar bu yoldan kənardırlar. Düşünmək lazımdır ki, insana verilən ən üstün şey xoş əxlaq və xoş xasiyyətdir. Hədislərdə də var ki, gözəl əxlaq dinin yarısıdır. İslam məktəbi başqa məktəblərdən fərqli olduğu üçün İslam məktəbində gözəl əxlaq imana əsaslanır. İnsanın əməlləri gözəl olduqca sonsuz kəmala və kamilliyə doğru yüksəlir. Gərək insanın Allah-Təalaya qarşı məhəbbəti böyük olub və Onu haram buyurduğu işlərdən uzaq ola. Allah-Təala Qurani-Kərimdə “Bəqərə”surəsinin 165-ci ayəsində buyurur: “İman gətirənlər Allahı daha çox sevənlərdir.”
İmanlı insanlar mütləq başqalarından üstündürlər. Allah-Təala yenə Qurani-Kərimdə “Ali-İmran” surəsinin 139-cu ayəsində buyurur: “Ey iman gətirənlər! Qorxmayın və çəkinməyin, əgər imanınız həqiqi olsa, mütləq başqalarından üstün olacaqsınız.” İmanlı insan daim başqalarının qayğısına qalır, camaat namazlarında din qardaşlarının çətinliklərini, problemlərini öyrənib kömək etməyə çalışır, namaz qılarkən bütün insanlar üçün Allah-Təalaya dua edib və yaxud ac olarkən evində rahat şəkildə yata bilmir, yorğun və əziyyət çəkmiş bir şəxs görərkən: Bu şəxs mənim Rəbbimin xəlq etdiyi insandır və ona köməkçi olmalıyam deyə çalışıb hər zaman səy göstərir.
Əlbəttə, İslam dini hər bir insanı bu cür əxlaqi fəzilətlərə və xeyir işlərə dəvət edir. Lakin bir çox insanlar öz şəxsiyyətini başqa dünyəvi ləzzətləri ilə öz insanlığını unudub. Çox təəssüflər ki, artıq bir çox insanlar və bəzi yerlər qadınlara pis iş görməkdə kömək edirlər. Gecə evləri və klubları, namusu hər bir fərdin oyuncağı olan əyləncə klublarındakı аzərbaycanlıların bizim öz millətimiz, namusumuz olduğunu kimsə düşünürmü?
Həqiqətən üzümüzü qadınlar üçün nümunə olmaqda daha üstün bir qadın olmayаn, çox həyalı, iffətli, ismətli, pak bir xanımа tutaq. Gərək bütün qadınlar Fatimeyi-Zəhra (s.ə) kimi xanımın məqamını dərk edib onun həyatından ibrət götürsünlər. Qadınlıq ləyaqətini alçatmaq istəməyənlər öz qadınlıq ləyaqətini itirmişlərə özlərini bənzətməməlidirlər! Bütün bu deyilənlərin misallardan anlaşılan odur ki, nəfsimizi daim nəzarət altında saxlamalıyıq. Əgər içərimizdə axirətə qarşı düzgün inam, duyğu və düşüncə yoxdursa, demək vəziyyətimiz yaxşı olmayacaq. Mal-dövlət yığıb dünyamızı təmir ediriksə, axirətimiz çox bərbad gününə düşəcək. Təbii ki, bərbad olunan yerə heç bir zaman getmək istəmirik. Amma gedəcəyik, istəsək də, istəməsək də.
Bir nəfər şəxs Həzrət Muhəmmədin (с) yanına gəlib soruşur: Ya Peyğəmbər! Nədənsə ölümü heç sevə bilmirəm. Ölüm adı çəkiləndə qорхuраm. Axirətə ciddi bir meyl duya bilmirəm. Peyğəmbər soruşur: Var-dövlətin varmı?
-Bəli, var.
-Belə isə o dövlətdən axirət üçün xərclə. Görəcəksən ki, axirətə qarşı marağın artacaq, ora meyl hiss edəcəksən. Peyğəmbər (с) ardınca belə buyurur: Çünki insan mal-dövləti harаdadırsa, ordan ayrılmaq istəməz. Sənin isə var-dövlətin buradadır, oraya heç bir şey göndərməmisən.
Ona görə də gedəcəyimiz yeri əvvəlcədən abadlaşdırmaq lazımdır. Burda bir çox xeyir işlər görüb orada özümüzə gözəl məkan və mülk qura bilərik. Bu dünyanın da rahatlığını qazana bilərik. Bunlar bizim imkanımız daxilindədir. Kiminsə ünvanı xarabalıq, kiminin də ünvanı isə gözəl mülklər, saraylar olacaq. Amma möminlərin niyyəti nə o mülk, nə də ki saraylar da deyil. Mömin hər bir işini hər bir şeyin sahibi olan yalnız Allah üçün yerinə yetirər. Çox təəssüflər olsun ki, bu gün bir çox insanlar hər şeyi ölümü bu üzündə görən və lakin ölümdən o tərəfə hər bir şeyin təsəvvür edilməyən dar düşüncəlilər oraya gedəndə həmin bərbad xarabazarlığa məhkum və peşman olacaqlar. Allah Qurani-Kərimdə buyurur: “Onlar etdiyi hərəkətlərinə görə peşman olacaqlar”
Əgər bunların heç birini etmək istəmiriksə, Allahın bizə əmr etdiyi əməlləрi düzgün şəkildə еdək, çox mühüm məsələ olan günah işlərdən uzaq olub imanımızı daha da kamilləşdirib əhdimizə hər zaman vəfalı və sadiq olaq.

ihq.az

http://gunahkar-bende.ucoz.org


more post like this