Uşağın ilkin əlaqələri çox sadədir. O hiss edir ki, bu adamlar onun valideyni deyil. Körpə təqribən altı aylığında adamları fərqləndirməyə başlayır və ona mehriban yanaşan şəxslərə üstünlük verir. Uşaq çox təsadüfən ona diqqət yetirməyən adama maraq göstərir. Beləcə, əksər uşaqlar onlara diqqət göstərən şəxslərə reaksiya verirlər.
Hər bir körpə qarşısındakı şəxsi tanımaq və onun məqsədini anlamaq üçün müəyyən vaxta ehtiyaclıdır. İlkin maraqlarını ödəmək istəyən körpə valideynləri ilə kənar şəxslər arasındakı fərqləri dərk etməlidir. Körpənin başqaları ilə əlaqəsinin əsasını sizin aşıladığınız inam hissi təşkil edir. Valideyninə etimadlı olan körpə başqalarına da asanlıqla etimad göstərir.


more post like this