Cavab: Bəzi ayələrdə “kitabi mubin” qeyd olunub və ondan məqsəd Qurani kərim olmasına baxmayaraq, amma bu ayə və buna oxşar ayələrdə ki, ilahi elmin sənədini açıqlayırlar, “kitabi mubindən” məqsəd, varlıqlar yaranmamışdan qabaq, ilahi elmin mərhələsidir ki, onun özü digər kitab və lövhələrə şamildir, onun keyfiyyət və miqdarı, bizə məlum deyil.
“Rətb və yabis” bu ayələrdə hər bir şeyə işarədir. Və xüsusi bir şeyə işarə deyil. Ətraflı cümlədən sonra gələn qısa cümlə növündəndir. Yəni buyurur: Qeybin açarları yalnız onun yanındadır. Və (heç kəsin onlardan məlumat yoxdur, məgər onlar ki, Allah özü onları ondan xəbərdar edir) və həmçinin dənizdə və Quruda olanların hamısından xəbərdardır. Hətta düşən hər bir yarpağa da Allahın elmi var. bunu buyurandan sonra, digər kiçik misallar vurmur və deyir (xülasə) hər yaş və quru kitabi mubində yazılıb və biz ondan xəbərdarıq.


more post like this