Allah-taala “Nur” surəsinin 11-ci ayəsində İfk hadisəsini xatırlayaraq buyurur: “Həqiqətən, yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın cəzası vardır. Onlardan günahın böyüyünü öz üstünə götürəni isə (qiyamət günü) çox böyük (şiddətli) bir əzab gözləyir!” İfk lüğtdə “mütləq yalan” anlamına gəlir. Əslində isə həqiqi mahiyyətindən təhirf olan hər bir şeyə ifk deyilir. (Raqib, “Müfrədat”, “İfk” sözü) İfk hadisəsi haqqında iki müxtəlif nəzər var. Birinci nəzərə əsasən, məlum ayə Aişə ilə əlaqədar nazil olub. Bu nəzər çox məhşurdur. İkinci nəzərə əsasən, ayə Mariya Qibtiyyə ilə əlaqədardır. Hər bir halda hər iki şəni-nüzula bəzi iradlar daxildir. “Dürrul-mənsur”da Aişəyə istinadən müxtəlif rəvayətlər nəql edilib. Bu rəvayətlərin birində oxuyuruq: İslam peyğəmbəri (s) hər dəfə səfərə getmək istəyəndə xanımları arasında püşk atır və püşk hansı qadının adına çıxsaydı onu özü ilə aparardı. Bir gün püşk mənim adıma (Aişənin) düşdü. Bu dəfə Peyğəmbər döyüşə (Bəni mustələq döyüşü) gedəcəkdi. Kamil hicaba riayət etmək üçün mən gəcavədə oturmuşdum. Döyüşdən sonra Mədinəyə qayıdarkən Mədinə yaxınlığında dincəlmək üçün əyləndik. Mən təbii təlabatımı ödəmək üçün ordudan aralandım. Qayıdarkən boyunbağımın itməsini bildikdə yenidən qayıtmalı oldum.Bu zaman carçı hərəkət xəbərini verdi. Mənim gəcavəmin məmurları gəcavədə olduğumu güman edərək yolda düşdülər. Bu zaman mən boyunbağımı tapdım. Qayıdan zaman karvanın hərəkət etməsinin şahidi oldum. Mən onların qayıtmasını gözləməli oldum. Karvandan geridə gələn Səfvan ibn Muəttəl Sələmi və Zəkranı sübh çağı mən qaldığım yerə çatdılar. Məni dəvəyə mindirib, karvana çatdırdılar. Bu hadisə bəzi şəxslərin mənə töhmət vurmasına səbəb oldu. Mədinəyə çatdığım gündən bir ay xəstələndim.Camaatın mənə vurduğu iftiralardan xəbərim yox idi. Bir gün Ümmü Mustəh bu haqda mənə xəbər verdi. Peyğəmbər (s) bu hadisə ilə əlaqədar Əli ibn Əbutalib (ə) və Usamə ibn Zeydlə məşvərət etdi. Usamə dedi: Ey Peyğəmbər (s), biz sənin xanımından yaxşılıqdan başqa heçnə görməmişik. Amma Əli ibn Əbutalib (ə) dedi: “Ey Peyğəmbər (s), məgər qadın azlığıdır? Bundan başqa, əgər onun kənizindən xəbər alsan, sənə həqiqəti söyləyəcək”. Aişənin Bərirə adlı kənizi dedi: “Mən ondan indiyə qədər heç bir pis şey görməmişəm”. Peyğəmbər (s) minbərə çıxıb buyurdu:Kim məni bir kişinin (Abdullah ibn Ubey) şərrindən qurtaracaq? Onun mənim ailəmə pisliyi çatmışdır. And olsun Allaha, mən həyat yoldaşımdan heç bir pislik görməmişəm. Bu zaman Səd ibn Məaz ayağa qalxıb Abdullah ibn Ubeyi öldürəcəyini söz verdi. Bir ay olardı ki, Peyğəmbərə vəhy nazil olmurdu. Peyğəmbər (s) mənə buyurdu: “Əgər həqiqətən sən bu töhmətlərdən uzaqsansa, Allah səni təsdiq edərək bir ayə nazil etsin. Əks təqdirdə, bağışlanmağın üçün istiğfar et”. Mən əmin idim ki, Allah haqq olduğumu məlum edəcək. Amma haqqımda bir ayə nazil olacağını xəyalımdan keçirtmirdim. Lakin bir gün bu ayə nazil oldu: “Həqiqətən, yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir)…” Bəzi rəvayətlərdə isə azacıq fərqlə deyilir: Peyğəmbərin (s) xanımına töhmət vuran Abdullah ibn Ubeyə iki dəfə hədd vurdular. (Nurus-səqələyn təfsiri, məlum ayənin şərhi) Aişənin nəql etdiyi rəvayətin tənqidi: İfk rəvayətindən məlum olur ki: 1-Peyğəmbər (s) Aişəyə bədgüman olub. Bir halda ki, möminlərə xoşgüman olmaq imandandır. Peyğəmbər (s) də buna layiqdir. Habelə, bir şəxsə bədgüman olmaq günahdır və bu peyğəmbərlik məqamı ilə uyğun gəlmir. 2- Peyğəmbərin (ş) şayələrə uyması məsumluq məqamı ilə uyğun gəlmir. 3-Rəvayətdən məlum olur ki, hadisə baş verən zamandan Abdullah ibn Ubey gilin cəzalandırılmasına qədər bir ay vaxt keçir. Bir halda ki, hadisə baş verən zamanda İslam dinində zina töhmətinin hökmü bəlli idi. Belə isə niyə Allahın rəsulu (s) zina töhmətinin hökmünü icra etməyərək, vəhyin nazil olmasını gözləyib? 4-Rəvayətlərdə qeyd edilub ki, Mustəh, Həssan kimi töhmət vuran şəxslərə bir dəfə, lakin Abdullah ibn Ubeyə iki dəfə hədd vurulub. Əgər meyar Peyğəmbərin (s) xanımına töhmət vurmaq olubsa, niyə digərlərinə iki dəfə cəza verilməyib? Bu, rəvayətlərdəki açıq zidiyyətlərdir. (Əl-Mizan təfsiri, uyğun ayənin şərhi) 5- Nur surəsi ilə birgə İfk ayəsi hicrətin 9-cu ili nazil olub. Bəni Mustələq döyüşü isə hicrətin 6-cı ili nazil olub. Məlum ayənin Mariya haqqında nazil olması: İslam peyğəmbərinin (s) oğlu İbrahim vəfat etdikdə o Həzrət çox narahat olur. Bunu görən Aişə peyğəmbərə təsəlli verərək deyir: Niyə bu qədər narahatsınız, əslində İbrahim sizin yox, Cərihin oğlu idi. Bu zaman Peyğəmbər (s) Əliyə (ə) Cərihi öldürmək əmri verir. Cərih bir bağada yaşayırdı. İmam Əli (ə) bağın qapısını döydü. Cərih qaçaraq bağda gizləndi. Əli (ə) divardan aşıb, içəri keçdi. Cərih ağaca dırmaşdı. İmam Əli (ə) də ağaca çıxmaq istəyəndə Cərih özünü ağacdan aşağı atanda yerə yıxılıb ayıb yerləri göründü. Bu zaman İmam Əli (ə) gördü ki, onun nə qadına və nədə də kişiyə aid olan heç bir cinsi orqanı yoxdur. O Həzrət geri dönüb əhvalatı Peyğəmbərə danışdı. Bunu eşidən Peyğəmbər (s) buyurdu: “Allaha həmd olsun ki, bu pis nisbəti bizdən uzaqlaşdırdı”. (“Nurus-səqələyn və Əl-Burhan” təfsirləri) Rəvayətin tənqidi: 1-Rəvayətlə İfk ayəsi arasında heç bir uyğunluq yoxdur. İfk ayələrində deyilir ki, bir qrup şəxs bu hadisəni yayaraq Peyğəmbəri (s) rusvay etmək istəyirmişlər. 2-Ayəyə əsasən Mariyaya haqq qazandırmaq üçün Aişəyə hədd icra etməli idilər. Lakin belə bir iş baş verməmişdir. 3-Qurani-kərimdə bir qrup şəxs töhmət vuranlar kimi tanıtdırılır. Lakin rəvayətdə isə yalnız bir nəfərin adı çəkilir. (Əl-Mizan və Nümunə təfsirləri, uyğun ayənin şərhi) Hər bir halda töhmət vurulan insan o dönəmdə İslam cəmiyyətində xüsusi məqama malik olan şəxs olub. NUR-AZ.COM


more post like this