Cavab: İdeya kəlməsi lüğət nəzərindən, idea tanımaq, əqidə tanımaq və ya əqidə almi deməkdir. Amma öz mənasında isə əqidə və düşüncə tərzinə deyilir.
Bu ləkmə əslində latın dilinin iki kəlməsindən “ide” fikir və nəzəriyyə mənasında və “logi” tanımaq və ya tanışlıq kəlməsiylə tərkib olmuşdur. İlk mərhələdə elm üçün “ide” təyin olunmuºdur; yəni bir elm ki, öz öhdəsinə məsuliyyət hissini götürüb, hədəfi isə insanların xidmətində olub onları qoruyaraq onun düşüncələrini ağılın hakimiyyət etməsini qəbul etməyə hazırlaşmaqdır.
Sonralar isə zaman keçdikcə geniş və güclü mənaya yiyələnərək ətraflı şəkildə düşüncə və fəlsəfənin bir çox sistemlərinə o cümlədən bir məzhəb ki öz yolunu təyin etmək üçün onları etiqadı olan və ya öz məqamını təyin edilməsində siyasi və ictimai cəhətdən öz təsirini göstərir. Bu açıqlamayla hər növ düşüncə tərzi ki, insana anlayış bağışlayır, belə bir halda bir növ cəmiyyətdəki məsələlər bərabərində şəxsin özünə yer tutmasını bildirir ki, bu da idea və ya ideologiyanın tərəfində özünə yer tutur.
Əlbəttə diqqət etmək lazımdır ki, ideologiyanın terminindəki mənası açıq olaraq iki mənaya işarə olunmuşdur ki, biri o biri mənasından ümumidir. Onun birinci mənası fikir və əqidənin mütləq olmasına şamildir ki, bundan əlavə də fikirlər (nəzəriyələrə) şamil olur; yəni o fikirlər ki, aşkarda olan insanları gördüyü əməl və işlərə nəzarət etmir. Beləliklə “əməli” fikirlərə şamil olur” yəni o fikirlər “olmalı” və “olmamalı” həqiqətlərə şamil olmalıdır.
İdeologiyanın ikinci mənası isə yalnız fikir sisteminə məxsusdur ki, insan rəftarının təşkilini təyin edir. O zaman ki, ideologiya “dünya görüşü” qarşısında qərar tutur, ondan məqsəd məxsus mənasıdır.
Dünya görüşü ümumi və bir sıra silsiləvi etiqadldır ki, dünya və insan barəsində bir sözlə varlıqlar barəsində bəhs olunur. Başqa cür desək dünya görüşü “bütün varlıqlar barəsində məlumat”ın olması deməkdir.
İdeoligiyayla dünya görüşü arasında olan fərq bundan ibarətdir ki, dünya görüşü yalnız nəzəriyyə fikrindən ibarətdir, amma ideologiya bir sıra fikir silsiləsindən təşkil olunmuşdur ki, insanın bütün rəftarını təyin edir. Bunun üçün də Allahın varlığına inam dünya görüşünün bir hissəsi sayılır; çünki insan əməlində bir başa təsiri yoxdur və onun mənası olmalı və olmamalıqlara şamil olmur. Bu da o zamandır ki, ideologiyanın ümumi mənada işlətməyək, belə olmayan halda bu əqidənin qəbul edilməsi deməkdir.
Bunun üçün də bu tərəfin əsasında, hər bir dinin etiqadi qanununun sistemini, o dinin dünyagörüşü və əməli hökümlərini idea adlandırmaq mümkündür və onları dinin üsul (əsli) və fru (fəri) kimi bilmək olar.
İdeologiya və dünyagörüşün zərurəti.
Məlum olduğu kimi insanın digər varlıqlarla əsas fərqi vardır ki o da insanda olan ağıl qüvvəsinin olmasıdır. Bunun üçün də onun həyatı başqa varlıqlarla fərqlidir.
İnsan həyatı o zaman bir həqiqi insan həyatı kimi sayılır ki, düzgün və doğru ideologiya və dünyagörüşü əsasında bərpa olsun.
Qurani- kərimdə bir neçə ayə, ideologiya və görüşünün nə qədər zərərli olduğunu sabit edir və düzgün ideaya sahib olmayan insanı hər bir yırtıcı heyvandan aşağı dərəcədə və yolunu azmışlardan bilir. Bunun üçün də Qurani nəzərində insanın dəyəri onun ideologiya və dünyagörüşünə bağlıdır.
Ruhun cavidan və əbədi həyatı və insan ağlının axirət aləmindəki həyata qarşı təcrübəsizliyi ideologiyanın zəruri ehtiyaclarından biri sayılır.
Beləliklə geniş və ətraflı bir proqrama ehtiyac duyulur ki, insanın əsl hədəfi o işlər ki, olmalı və ya olmamalıdır və ya məsuliyyətlər seçilmişdir.


more post like this