Dini dəyərlərin ayaq altına alındığı cəmiyyətlərdə xəyanət, eqoizm kimi çirkin sifətlərin artması tam təbiidir. Məhz belə cəmiyyətlərdə «dost yoxdur», «dost mənim cibimin pulu» kimi əsassız fikirlər dolaşmaqdadır. Qurani-kərimin müxtəlif ayələrində «dost» kəlməsi işlədilir və dostlarla münasibətin necə qurulmasına işarə olunur. «Nur» surəsinin 61-ci ayəsində «müsəlman kimlərin süfrəsində icazə almadan otura bilər» sualına verilən cavabda ata-ana, bacı-qardaşla yanaşı dostlar da xatırladılır. İmam Sadiq (ə) buyurur: «Müəyyən həddlər və şərtlərə əməl olunmadan dostluq mümkün deyildir. Dostda beş xüsusiyyət olmalıdır: 1. Üzdə və arxada bir olsun; 2. Sənin abrını öz abrı, sənin eyibini öz eyibi bilsin; 3. Vəzifəsi, var-dövləti dəyişəndə sənə münasibəti dəyişməsin; 4. Gücü çatanı sənə müzayiqə etməsin; 5. Çətin günündə səni tək qoymasın».


more post like this