Sual: 55. (Məskunlaşmadan öncə) evin icarəyə verilmiş yuxarı mərtəbəsinə xüms düşürmü?

Cavab: İmam (r), Fazil, Sistani, Məkarim və Xamenei: Sərmayə hökmündədir və xümsü ödənməlidir; əgər xümsü ödədikdə dolanışıq xərclərini ödəyə bilməzsə, xümsü yoxdur.

Nuri, Təbrizi və Behcət: Sərmayənin yaşayışın idarəsi üçün zəruri olan hissəsinə (evin digər təbəqəsi) xüms düşmür. Lakin qalan hissələrə xüms düşür.

Safi: Sərmayə hökmündədir və xümsü ödənməlidir. Əgər xüms verdikdə dolana bilməzsə, şəri hakimə ödəyib sonra ondan borc götürə bilər.

Sual: 56. İki mərtəbəli ev tikmişik və bir ildən artıq hər iki mərtəbədə yaşamışıq (hər iki mərtəbəyə ehtiyac var). Dolanışığın təmini üçün onun bir mərtəbəsini müvəqqəti olaraq icarəyə verməyi qərara almışıq. Bu mərtəbəyə ilin sonunda xüms düşürmü?

Cavab: Bütün müctəhidlərin rəyi: Evin mərtəbəsinin özünə xüms düşmür. Lakin icarə puluna (əgər xüms ilindən artıq qalarsa) xüms düşür.

Qeyd: Qeyd olunmuş Sualda evin mərtəbəsi müvəqqəti olaraq istifadə etməməyinizə baxmayaraq “məunə” xərclərindən xaric deyil. Buna görə də ona xüms düşmür.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this