Hüseynə yerlər ağlar, göylər ağl ar,
Bətuli-Mürtəza Peyğəmbər ağlar.

Hüseynin nohəsin “Dilriş” yazanda,
Müsəlman səhvidir ki, kafir ağlar.

Kor olmuş gözlərin qan tuttu Şimrin,
Ki görsün öz əlində xəncər ağlar.

Hüseynin köynəyi Zəhra əlində,
Çəkər qeyha qiyamət, məhşər ağlar.

Atanda Hərmələ ox Kərbəlada,
Görəydin düşmən ağlar, ləşkər ağlar.

Qucağında görəydin Ümm-ü Leyla,
Alıb naşı Əliyy-i Əkbər ağlar.

Rübab, nisgil döşündə süd görəndə,
Əliyy-i Əsğəri, yad eylər ağlar.

Başında kakül-i Əkbər həvası,
Yer ağlar, sünbül ağlar, ənbər ağlar.

Yazanda Al-i Taha nohəsin mən,
Qələm gördüm sızıldar, dəftər ağlar.

Əli, şaqq-ül qəmər, mehrap tilit qan,
Qulaq ver, məscid oxşar, minbər ağlar.

Əlidən “Şəhriyar”, sən bir işarə,
Qucaqlar qəbri, Malik Əştər ağlar.
http://www.muselman.ws/


more post like this