Bismillahir rəhmanir rəhim
Hüseyn ibni Mənsur Həllac.

Şeytan, özü də necə şeytan!

İslam ümməti iyirmi il ona mübtəla oldu.. amma o bir ucu bu günə qədər uzanan bir ip kimidir. Küfr və azğınlığına rəğmən hələ də bəziləri ona meyl edir, məhəbbət bəsləyib fasid əqidəsinə etiqad edirlər..

Tarixçilər onun əsli və doğulduğu şəhər barədə ixtilaf etmişlər. Gah Nişapurdan, gah Xorasandan, gah Mərvdən, gah Taliqandan, gah da Reydən olduğunu demişlər. Keçmiş və müasir tarixçilər onun barəsində danışmış, onu yalançı, fırıldaqçı və sehrbaz hesab etmişlər. Özünü sufi kimi göstərmişdir. Cahil ola-ola bütün elmləri bildiyini iddia etmiş, müxtəlif donlara girmişdir. Şiələrin yanında özünü şiə kimi, sünnilərin yanında da sünni kimi qələmə verib. İmam Məhdi (ə.f) tərəfdən onun barəsində bir məktub gəlmişdir ki, burada həzrət ona (ə.f) lənət demiş və ondan uzaq olduğunu bildirmişdir.

Dondan dona girməsi səbəbilə bəzi şiələr onun barəsində deyilən məzəmmət və töhmətlərdən qafil olmuş, pis və çirkin əməllərindən, azğınlıqlarından və barəsində deyilən lənətdən bixəbər qalmışlar.

Onun azğınlıqlarından biri budur ki, hülula etiqad edirdi: Allahu-təalanın onun daxilinə hülul etdiyini bildirir və bununla da ilahlıq və rəbblik iddia edirdi.

Bir dəfə İrana Quma gedərək orada İmam Məhdinin (ə.f) elçisi olduğunu iddia edir, camaat isə ona fikir verməyərək şəhərdən qovurlar.

Şeyx Bəhai “Kəşkül”də deyir:

Hüseyn ibni Mənsur Həllac: Bağdad alimləri onun qanının mübah olmasına ittifaq ediblər. Onlar bu barədə hazırladıqları fərmana qol çəkdikləri vaxt o deyirdi: “Allah mənim qanımdadır, qanımı mübah etməyiniz haramdır”..

Sonra onun həbs edilməsi barədə əmr çıxır və o, zindana aparılır. Zindanda şallaqlanaraq öldürülür və sonra başı kəsilir..”

“Əl-İmamul-Məhdi, minəl-məhd iləz-zuhur”, Seyyid Muhəmmədkazim Qəzvini

 

Məqalələrdən istifadə etdikdə zuhuradogru.org saytina keçidli istinad zəruridir.

 


more post like this