HÖKUMƏTDƏ ƏDALƏT

Quran buyurur: “Allah sizə əmanətləri öz sahiblərinə qaytarmağınızı və insanlar arasında hökm etdiyniz zaman ədalətlə hökm etməyinizi əmr edir. Həqiqətən, bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir. Əlbəttə, Allah hər şeyi görən və eşidəndir!” ( Nisa surəsi-58)
Bu ayədə əmanəti sahibinə qaytarmaq əmrindən sonra ədalət məsələsinə işarə olunur. Bu tövsiyə yaxşı və gözəl moizə ünvanı ilə qeyd olunur. Allahın eşidən və görən vəsfindən söz açılır. Bununla bildirmək istəyir ki, hakim bilməlidir ki, Allah-taala onun danışıq və rəftarını nəzarətdə saxlayır.
4..Başqa ayədə ədalət və ehsan verməyi bir yerdə qeyd olunur, buyurur: “Həqiqətən, Allah-taala (Quranda insanlara) ədalətli olmaqı yaxşılıq etməyi, qohumlara (haqqını verməyi) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. Allah sizə, bəlkə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsiət verir.”
Başqa yerdə Quran buyurur:“(Ya Davud!) Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə xələf) etdik. Buna görə də insanlar arasında ədalətlə hökm et. Nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan sapdırarlar. Şübhəsiz ki, Allah yolundan sapanları haqq-hesab günü şiddətli əzab gözləyir.” (Sad surəsi-24)
Bu ayədə, əvvala, Allah-taala tərəfindən Davudun xəlifə qərar verilməsi ona xatırladılır. İkinci, ədalətdən çıxmamaq xəbərdarlıq olunur. Üçüncü, ədaləti aradan aparan amillərdən biri, insanın nəfsi istəklərinə tabe olmasına işarə edir. Həmçinin, insan öz zəlalətini və hesab-kitab gününü unudarsa, ədalətsizlik edər.
Bu beş ayə, nümunə ünvanı ilə bizə ədalət mövzusunu nişan verir. İslamda hər bir hakim, cəmiyyətin bütün üzvlərinə bir nəzərlə baxmalıdır. İndi də ədalətə, rəvayət nəzərindən baxaq. Nümunə üçün aşağıdakı hədisləri nəzərdən keçirək:
İmam Sadiq (əleyhissalam)-dan nəql olunur, buyurur: “Ədalət teşnə insana, içmək istədiyi ən şirin su kimidir. Əgər ədalətlə rəftar olunarsa, az da olsa, yerlərdə icra olunsa, çox tə`sirlidir.“
(Usul Kafi. C.2. səh. 146)
Yenə də o, həzrətdən nəql olunur buyurur: “Ədalət hər şirindən şirin, əldən yumşaq və müşkdən ətirlidir.” (Usul Kafi. C.2. səh. 147)
“Mən la yəhzuruhul fəqih” kitabında İmam Sadiq (əleyhissalam)dan nəql olunur:
“Həzrətdən soruşurlar ki, bir nəfərin müsəlmanlar arasında şəhadətindən ötrü ədalətli olmasını nə ilə bilək?Buyurdu: Libası, iffəti, qarnını və şəhvətini haramdan hifz etmək, əli və dili gözləmək, Allahın atəş və`də verdiyi böyük günahlardan çəkinmək, şərab içməkdən qorunub, zina, riba və valdeyn üzünə ağ olmamaq, cəbhə bölgəsindən qaçmamaq və sair…”
(Əl Mizan.c. 6. səh. 221)
Bu üç rəvayətdə ədalətin dəyəri və əhəmiyyəti bəyan olunmuşdur.

HAKİMLƏ ƏHALİNİN QARŞILIQLI HÜQUQLARI

Həzrəti Əli (əleyhissalam) bu barədə, Nəhcül-bəlağədə buyurur: “Ay camaat! Mənim sizin boynunuzda və sizin də mənim boynumda haqqınız vardır. Amma sizin mənim boynumda olan haqqınız budur ki, sizə nəsihət edim və qənimət və hüquqlarınızı bərabər şəkildə sizə çatdırım.
Sizə öyrədim ki, nadan olmayasınız. Sizi tərbiyət edim ki, öyrənəsiniz. Amma mənim sizin boynunuzda olan haqqım budur ki, beytinizdə qalasınız, gizlin və aşkarda dost və ixlaslı olmaq, sizi nə vaxt çağırsam cavab vermək, sizə əmr etdiymə tabe olmaq.”
Bu qarşılıqlı hüquqlarda Həzrət, cəmiyyətdə nəsihət və moizə etmək, iqtisadi və maliyyat məsələlərini insanlara öyrədib tərbiyə etməyin hakimə vacib olduğunu vurğulayır. Hakim, cəmiyyətin maliyyatını və elmi səviyyəsinin şəraitini hazırlamalıdır.
Amma, hökumətin (əhalinin) haqqı isə evində sabitqədəm olmaq, gizlin və aşkarda hakimi moizə etmək, hakimin də`vətinə cavab vermək və işlərdə ona tabe olmaqdır.
Başqa yerdə həzrət Əli (əleyhissalam) belə buyurur:
“Allah-talanın buyurduğu ən böyük vacib olan hüquqlardan biri, hakimin rəiyyətə və rəiyyətin də hakimə olan haqqıdır. Bu, Allahın onlardan hər birinin digərinin boynuna qoyduğu vacibdir. Bu hüquqlara riayət etməyi onlara, nəzm, ülfət, dostuluq və izzət kimi qərar vermişdir. Hakimləri saleh olmayınca rəiyyətin işləri sabit olmayacaq.
Hakimlər sabit qədəm, möhkəm və haqqa riayət etməyincə, islah olmazlar. Əgər bu iki təbəqə cəmiyyətdəbir-birinin haqqını əda etsələr, din onlar arasında əziz olar, yolları və ədalətləri yerində qalar, ədalət nişanələri, möhkəmlik və İlahi qanunlar öz yerində icra olunar. Bu əsaslara riayət etməklə, zəmanə saleh zəmanə olar. Hökumətin davamı çoxalar. Düşmənlərin tamahları ümidsizliyə çevrilər.” (Nəhcül Bəlağə. 34-ci xütbə.)
Həzrət sözlərinin davamında buyurur:
“Lakin, əgər rəiyyət, hakiminin fərmanına baş qoşmasa, yaxud, hakim rəiyyətə zülm rəva bilsə, o vaxt ixtilaf yaranacaq və zülm çoxalacaq. Dinin xarab olmasına səbəb olanlar dinə daxil olacaq. İlahi qanunlar öz yolundan çıxacaq, həva və həvəslərə əməl olunar. İlahi hakimlərin icrası tətil olar. Xüsusi və ictimai xəstəliklər zühur edər. Bir daha tə`til olunmuş əzəmətli hüquqlardan qorxan və çəkinən olmaz. Böyük cinayətlərin pisliyi aradan gedər, nəticədə saleh və yaxşılar zəlil olarlar. Əşrar və pis fitrətli şəxslər əziz olub, bəndələrin günahları Allah yanında böyük görünər.”
Bu xütbədə, həzrət, hökumətin davamının səbəbləri, hakimlə millət arasında sülh və səfanın olması, nəticədə, cəmiyyətin saədətə nail olmasına işarə etmişdir. Xütbənin başqa qismində bunların əksinə, hökumətin dağılması, cəmiyyətdə aramlıq və əmniyyətin olmaması, yaxşı və saleh şəxslərin ölkədən getmələri, cəmiyyətin iflası, şər və fasid şəxslərin cəmiyyətin işlərini ələ almaları səbəblərinə işarə edir, nəticədə, dini nişanələrin tətil olub zəlaləti, fasidliyi vəcəmiyyətin dağılması bayrağının dalğalanması qeyd olunur.
İmam Əli (əleyhissalam) sərhəd əsgərlərinə yazdığı məktubda belə işarə edir:
“Hakimə şübhəsiz vacib olan haqdan biri budur ki, ona çatan ne`mət və fəzli rəiyyətdən əsirgəməsin və yolunu dəyişməsin. Ona yetişən xüsusi hədiyyələrdən də rəiyyəti məhrum etməsin. Allah-talanın onun qismətinə ayırdığı ne`mətdən bəndələrə versin ki, onlara yaxın olsun. Qardaşlarına qarşı mehriban olsun və öz mehribançılığından qardaşlarını bəhrələndirsin” (Nəhcül-bəlağə .50-ci məktub)
Həzrət Əli (əleyhissalam) buyurduğu hər bir şeyə əməl edən idi. Doğurdan da, qısa müddətli hökuməti ədalətli hökumət olub. Cəmiyyətə qarşı mehriban ata kimi olmuşdur. Həzrət özü buyurur:
“Məgər mənə əmirəl-mö`minin dedildiynə qənaət edib, əhalinin giriftarçılıq günlərində onlara kömək göstərməyim? Xeyir! Heç vaxt belə ola bilməz “ (Nəhcül-bəlağə -45-ci məktub)
Həzrəti Zeynalabidin (əleyhissalam) buyurur:
“Öz qəlbini, mehribançılıq və dostluqla əhalini tanış et. Onların qənimətini udmağa hazır olan canavar kimi olma. Çünki, insanlar iki dəstədirlər: Ya sənin din qardaşlarındır, yaxud da, əsl insaniyyətdə və yaranışda səninlə birdilər”
(Nəhcül-bəlağə -53-cü məktub)
Həzrət Səccad (əleyhissalam) buyurur: Rəiyyət və əhalinin xətaları vardır. Hakim onları görməməzliyə vurub bağışlamalıdır.
Həzrəti Əli (əleyhissalam) Malikə yazdığı məktubda buyurur:
“Əhalinin bəzi eybləri və çirkinlikləri vardır. Onların üstünü örtməyə ən layiq şəxs, hakimdir!”
Belə olan halda, əhalinin sənə gizlin olan eybləri ilə maraqlanma çünki, sənə aşikar olan eybləri örtmək sənə vacibdir!
Bu qismətdə hakimin cəmiyyətdə müdiriyyət vəzifələrindən biri sayılan, eybləri biləndə özünü qəflət və görməməzliyə vurması mövzusuna işarə olunur.
İmam Səccad (əleyhissalam)-ın rəiyyətin haqqı barəsindəki mövzusu, hakimin insanlara hökumət etməsi ne`məti müqabilində Allaha şükür etməsidir. Hakim bilməlidir ki, özündən heç bir şeyi yoxdur. Bu qüdrəti ona, Allah mərhəmət etmişdir. O, zəif və zəlil bəndədir. İmam Əli (əleyhissalam) Malik Əştərə sifarişində buyurur:
“Əgər öz hökumətinlə, özündə qürur və təkəbbür hiss etsən, Allahın mülkünün əzəmətinə bax. Hər şey Onundur. Allah, bu qüdrəti imtahan etməkdən ötrü sənin ixtiyarında qoyub. Belə olan halda yaxşı olar ki, hakim, bu İlahi nemətə şükür etsin!“

ceferiler.com


more post like this