453. Höccət

Quran:

«Biz heç bir xalqa Peyğəmbər göndərməmiş, onlara əzab vermərik.»[2]

«Hər həlak olan dəlillə həlak olsun və hər sağ qalan dəlillə sağ qalsın deyə»[3]

Hədis

1406. İmam Əli (ə):«Höccət  sahibi olan qüvvə, qüdrətə sahib qüvvədən daha böyükdür.»[4]

1407. İmam Əli (ə):«Doğru danışanın dəlil-sübutu güclü olar.»[5]

1408. İmam Baqir (ə) «Allahın bəndələr üzərində olan höccəti» barədə suala cavabında: «Höccət budur ki, (insanlar) bildikləri şeyi desinlər və bilmədikləri şeylər haqda fikir söyləməkdən çəkinsinlər.»[6]

1409. İmam Sadiq (ə):«Allah-taala insanlara bəxş etdiyi və tanıtdırdığı şeylərin vasitəsilə onlara höccəti bəyan etmişdir.»[7]

1410. İmam Sadiq (ə):«Şəkk və güman əsasında iş görənin işi puç və hədərdir. Çünki, Allahın höccəti aydın-aşkardır.»[8]

 

453. Aydın höccət Allaha məxsusdur

Quran:

«Ey Peyğəmbər! De ki, aydın höccət Allaha məxsusdur. Əgər istəsə hamınızı doğru yola yönəldərdi.»[9]

Hədis:

1411. İmam Sadiq (ə) -»De, aydın höccət Allaha məxsusdur» ayəsinin şəhrində:«Allah-taala Qiyamət günü bəndəyə buyurar:«Ey mənim bəndəm! Sən bilirdinmi?» Əgər «Bəli» deyə cavab versə Allah-taala ona buyurar:«Bildiyin şeyə əməl etdinmi? «Bilmirdim» deyə cavab versə Allah buyurar:«Bəs niyə öyrənmədin ki, biləsən və əməl edəsən?» O (bəndə) öz cavabını alar və məhkum olunar. Budur, qəti və aydın höccət.»[10]

1412. İmam Sadiq (ə):«Allahın höccəti yaradılmışlardan əvvəl olub, yaradılanlarla birgədir və məxluqatdan sonra da olacaqdır.»[11]

 

455. Ən qəti və ən aydın höccət

Quran:

«Müjdə verən və (əzabla) qorxudan peyğəmbərləri göndərdik ki, sonra xalqın Allaha qarşı bir bəhanə yeri qalmasın, Allah yenilməz və hikmətlidir.»[12]

Hədis

1413. İmam Əli (ə):«Ey insanlar! Uca Allahın yer üzündə peyğəmbərimiz Məhəmməddən (s) daha möhkəm höccəti və kitabı Qur‘andan daha aydın hikməti yoxdur.»[13]

1414. İmam Əli (ə):«Allah-taalanın yer üzündə kitabından daha aydın və qəti höccəti, hikməti yoxdur.»[14]

 

 

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Höccət – həqiqəti bəyan edən dəlil, əsas

[2] İsra, ayə 15

[3] Ənfal, ayə 42

[4] Ğurərul-Hikəm, hədis 6781

[5] Ğirarul-Hikəm, hədis 8482

[6] Ət-Tovhid, səh.459, hədis27

[7] Ət-Tovhid, səh.410, hədis2

[8] əl-Kafi, c.2, səh.400, hədis8

[9] Ə’nam, ayə 149

[10] Biharul-Ənvar, c.2, səh.29, hədis10

[11] əl-Kafi, c.1, səh.177, hədis4

[12] Nisa, ayə 1165

[13] Ğurərul-Hikəm, hədis 11004

[14] Nəhcüs-Suadə,  c.1, səh.347


more post like this