Sual: 119. Bir şəxs dolanışıq xərclərini uzun müddət ərzində (məsələn, 3 il) hissə-hissə ödənən borc ilə təmin edir. Bu şəxs xüms ilinin sonunda bütün borcunu ilin gəlirindən çıxa bilərmi?

Cavab: İmam (r), Məkarim, Nuri və Sistani: Xeyr. Yalnız borcun bu il ödənməli olan hissəsi ilin xərcindən hesab olunur.

Fazil, Xamenei, Safi, Behcət və Təbrizi: Xeyr. Yalnız həmin il ödənən hissələr (borc şəklində ödənən) ilin xərclərindən hesab olunur və illik gəlirdən çıxılır.

Sual: 120. İş qazancı olan bir şəxs ilin ortasında dünyadan gedir. Onun əmlakının xümsünü necə hesab etməlidirlər?

Cavab: Bütün müctəhidlərin rəyi: Əgər üzərində xüms gələn əmlakı olarsa ölən kimi ilin sonunu gözləmədən bu əmlakın xümsü verilməlidir.

Sual: 121. Əgər (xüms verməmək üçün) qazancımızı elə bir şəkildə xərcləsək ki, ilin sonuna heç bir şey qalmasın, yenə də xüms düşürmü?

Cavab: Bütün müctəhidlərin rəyi: Əgər öz şəninə uyğun və israf etmədən xərcləyərsə, xümsü yoxdur.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this