558 Hikmət

Quran:

«(Allah) İstədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş olunubsa, ona çoxlu xeyir verilmişdir və ağıl sahiblərindən başqa heç kəs nəsihət qəbul etməz.»[1]

1698. Məsih (ə): «Həqiqətən hikmət hər bir qəlbin işığıdır.»[2]

1699. Loğmanın (ə) oğluna nəsihətlərindən: «Oğlum! Hikmət öyrən ki, hörmətli olasan! Çünki hikmət dinə yönəldər, qulu azad insanların müqabilində şərafətli, yoxsulu dövlətlilərdən daha uca edər, kiçiyi böyükdən qabağa salar.»[3]

1700. Allahın Peyğəmbəri (s): «Möminin bir hikmətli söz eşitməyi, bir ilin ibadətindən üstündür.»[4]

1701. Allahın Peyğəmbəri (s): «Hikmət sahibi peyğəmbərliyə yaxındır.»[5]

1702.İmam Əli (ə):«Hikmət – müdriklərin gülzarı və aqillərin seyrəngahıdır.»[6]

1703. İmam Əli (ə): «Hikmət – qəlbdə bitən və dildə bar verən bir ağacdır.»[7]

1704. İmam Əli (ə): «Hər kəs hikmətinə görə tanınarsa, gözlər ona vüqarlı və əzəmətli nəzərlərlə baxar.»[8]

 

559. Hikmət möminin itirdiyidir

1705. İmam Əli (ə): «Hikmət möminin itirdiyidir, onu müşrikin yanında olsa belə axtarın! Çünki siz ona daha layiqsiniz və daha çox haqqınız çatır.»[9]

1706. İmam Əli (ə): «Hikmət möminin itirdiyidir.Onu münafiqlərdən də olsa öyrənin.»[10]

560. Hikmət sahibinə yaraşmayan işlər

1707. İmam Əli (ə): «Öz ehtiyacını hikmətli olmayan şəxsə bildirən hikmət sahibi deyil.»[11]

1708. İmam Əli (ə): «Bir şəxslə yaxşı rəftar etməkdən başqa çarəsi olmayan onunla yaxşı davranmasa, hikmətdə heç bir payı olmaz.»[12]

 

561. Hikmətin izahı

1709. İmam Əli (ə): «Hikmətin ilk addımı ləzzətləri tərk etmək, son addımı isə fani olan hər bir şeyi özünə düşmən bilməkdir.»[13]

1710. İmam Əli (ə): «Özündən yuxarıda olan şəxslə münaqişə etməməyin və tabeçiliyində olan şəxsi zəlil saymamağın, gücün çatmadığı işə baş qoşmamağın, dilin ürəyinin, sözün əməlinin əksinə olmamağı, bilmədiyin şey barədə danışmamağın, iş sənə tərəf üz tutan zaman onu tərk etməməyin və səndən üz döndərən zaman ardınca getməyin hikmətdəndir.»[14]

1711. İmam Baqirin (ə) Əbu Bəsirin «Hər kəsə hikmət verilərsə….»ayəsi haqda sualına cavabından:Hikmət dedikdə məqsəd Allahın əmrinə itaət etmək və imamı tanımaqdır.»[15]

1712. İmam Sadiq (ə): «Həqiqətən, hikmət dini tanımaqdan və dərk etməkdən ibarətdir. Sizlərdən kim dində fəqih və dərrakəli olarsa, o hikmət sahibidir.»[16]

1713. İmam Kazim (ə): «Loğmana dedilər: «Sənin hikmətinin özəyi nədir?» Dedi: «Bildiyim şey barədə soruşmaram və mənə aid olmayan şey üçün özümü zəhmətə salmaram.»[17]

 

562. Hikmətin əsası

1714. Allahın Peyğəmbəri (s): «Hikmətin əsası Allahdan qorxmaqdır.»[18]

1715. Allahın Peyğəmbəri (s): «Sözlərin ən yaxşısı Allahı yad etmək və hikmətin əsası Allaha itaətdir.» [19]

1716. Allahın Peyğəmbəri (s): «Yaxşı rəftar etmək hikmətin zirvəsidir.»[20]

1717. İmam Əli (ə):«Haqqa bağlılıq və haqqa  yoldaş olan kəsə itaət etmək hikmətin əsasıdır.»[21]

 

563. Hikmət gətirən şeylər

1718. İmam Əli (ə): «Şəhvətinə və nəfsi istəklərinə qalib gələn, hikmətin kamillik dərəcəsinə çatacaq.»[22]

1719. İmam Əli (ə): «Hikmət günahdan çəkinməkdən başqa heç bir yolla əldə olunmaz.»[23]

1720. İmam Sadiq (ə): «Hər kəs dünyaya arxa çevirsə, Allah onun qəlbində hikməti möhkəmlədər və dilini onunla dilləndirər.»[24]

 

564. Hikmət əldə etməyə mane olanlar

1721.  Allahın Peyğəmbəri (s): «Mə‘də boş olan vaxt qəlb hikməti qəbul edər. Mə‘də dolu olanda qəlb hikməti çölə atar.»[25]

1722. İmam Əli (ə): «Şəhvətlə hikmət bir yerə sığmaz»[26]

1723. İmam Sadiq (ə): «Qəzəb hikmət sahibinin qəlbini korlar. Öz qəzəbinə nəzarət edə bilməyən şəxs, öz ağlına da nəzarət edə bilməz.»[27]

1724. İmam Kazim (ə): «Həqiqətən, əkin daş üzərində deyil, yumşaq torpaqda əmələ gələr. Hikmət də belədir, təvazökar qəlblərdə abad olar, özündənrazı və təkəbbürlü qəlbdə isə yetişməz. Çünki Allah təvazökarlığı ağıl üçün bir vasitə qoyub.»[28]

1725. İmam Hadi (ə): «Hikmət, fəsadlı canlarda təsirli və faydalı olmaz.»[29]

 

565. Hikmətin nəticəsi

1726. İmam Əli(ə): «Hər kimin qəlbində hikmət yer taparsa ibrətgötürən olar.»[30]

1727. İmam Sadiq (ə): «Hikmətin barəsində çox düşünmək ağlı səmərəli edər.»[31]

 

566. Hikməti qorumaq

1728. İmam Əli (ə): «Müdriklər hikməti əhli olmayanların ixtiyarına verəndə onu pozdular.»[32]

1729. İmam Kazim (ə):«Hikməti nadanların ixtiyarına verməyin ki, ona zülm etmiş olarsınız. Hikməti hikmət əhlindən də əsirgəməyin ki, ona da zülm etmiş olarsınız.»[33]


 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Bəqərə, ayə 269

[2] Biharul-Ənvar, c.14 səh.316, hədis17

[3] Biharul-Ənvar, c.13, səh.432, hədis24

[4] Biharul-Ənvar. c.77, səh.172, hədis8

[5] Kənzul-Ummal, hədis 44123

[6] Gurərul-Hikəm, 1715

[7] Gurərul-Hikəm, hədis1992

[8] Tühəful-Uqul, səh.97

[9] Əmali-Tusi, səh.625, hədis1290

[10] Nəhcül-Bəlağə, hikmət 80

[11] Ğurərul-Hikəm, hədis 7499

[12] Tuhəful-Uqul, səh.217

[13] Gurərul-Hikəm, hədis 9452

[14] Gurərul-Hikəm, hədis 9450

[15] Biharul-Ənvar, c.1, səh.251,  hədis 22

[16] Biharul-Ənvar, c.1, səh.251, hədis 25

[17] Biharul-Ənvar, c.13,  səh.417, hədis10

[18] Kənzul-Ummal, hədis  5873

[19] Əmali-Səduq, səh.394, hədis1

[20] Kənzul-Ummal, hədis 5444

[21] Ğurərul-Hikəm, hədis 5258

[22] Ğurərul-Hikəm, hədis2272

[23] Ğurərul-Hikəm, hədis10916

[24] əl-Kafi, c.2, səh.128, hədis1

[25] Tənbihul-Xəvatir, c.2, səh.119

[26] Ğurərul-Hikəm, hədis 10573

[27] Biharul-Ənvar,  c.78, səh.255, hədis129

[28] Biharul-Ənvar, c.78, səh. 312, hədis1

[29] Biharul-Ənvar, c.78, səh.370, hədis4

[30] Ğurərul-Hikəm, hədis 8706

[31] Biharul-Ənvar, c.87,  səh.247, hədis73

[32] Qisəsul-Ənbiya, səh.160, hədis176

[33] Biharul-Ənvar, c.87, səh.303, hədis1


more post like this