Xanım Fatimənin qəlbi saf təmiz
Anası xədicə bizimçün əziz
Müsəlman xanımlar dəyərlisiz siz
Nə xoşki sizlərə qismətdi hicab

Allahın əmrinə itaətdi bu
Gözəldi şərəfdi ləyaqətdi bu
Peyğəmbər balası xanım Zəhradan
Hər bir xanım üçün əmanətdi bu

Sən müsəlmansan vardı kitabin
Saya gəlməz yazılan savabın
Xoş sənin halına var hicabın
Ey möminə xanım hicablı qadın

Həzrəti Zeynəbi gətir yadına
Yaraşır hicabı gözəl adına
Quranda buyurub hər bir qadına
Vacibdi həyadı ismətdi hicab

Allahın əmrinə itaətdi bu
Gözəldi şərəfdi ləyaqətdi bu
Peyğəmbər balası xanım Zəhradan
Hər bir xanım üçün əmanətdi bu

Sən müsəlmansan vardı kitabin
Saya gəlməz yazılan savabın
Xoş sənin halına var hicabın
Ey möminə xanım hicablı qadın

Vəsfi Nür

http://www.islamtimes.org


more post like this