(Ustad Hüseyn Ənsarianın nəzərlərinə istinadən)

Hicab – qadının gözəlliyi və zinətini ləyaqətsiz insanların gözündən qoruyan amildir və bu, Quranın göstərişi, İlahi qanun, insani vəzifə və əxlaqdır. İslam hicabı və ya geyimi ki, onların ən yaxşı növü çadradır və bu çadra ismət və iffət mənbəyi olan Fatimeyi-Zəhranın (ə) yadigarıdır – təqdir edir. Bu geyim qadının biliklərə yiyələnməsinə, qadının kamala və tərəqqiyə çatmasına heç bir maneə yaratmır, əksinə onu bir çox təhlükələrdən və heyvan sifətli insanların gözəlüzlü qadınların, cavan qızların yolunda düzəltdikləri tələlərdən qoruyar. Onun həya və iffətini ancaq əri üçün hifz edər və ya əgər ailə qurmayıbdırsa, gələcək həyat yoldaşı üçün qoruyub saxlayar. Qiymətli, gözəl və bahalı gövhər olan qadın əgər Allahın dərgahında hicablı olsa, o zaman mənəvi və əxlaqi oğrulardan, qarətçilərdən və günaha batanlardan amanda olar. Cavan oğlanlar əgər bu xanımları hicabsız halda küçədə, bazarda, park və xiyabanlarda, ticarət mərkəzlərində, xəstəxanalarda, idarələrdə görməsəydilər, o zaman şorgözlüyə, pis fikirli insanlar olmağa düçar olmazdılar. Ona görə də demək olar ki, hicab qadınlar üçün vacib bir əmrdir, şübhəsiz bunları inkar edənlər bu məsələnin İslami zərurət və Allahın Quranda buyurduğu göstəriş olduğunu yaddan çıxarırlar.

Hicab qadının vüqarının, şəxsiyyətinin, əsalətinin və əzəmətinin qoruyucusudur. Onu gözəlliyini və mənafelərini əri üçün hifz edər. Qadın həmin hicabı ilə təhsil alaraq, diplom əldə edə bilər, kamal və fəzilət yolunun yolçusu ola bilər. Hicabın onun tərəqqi etməsində bir maneə olması fikri şeytani vəsvəsədir, müxtəlif dairələr tərəfindən təlqin olunan yanlış bir fikirdir. Ailə istiliyi, ərlə arvad arasındakı əlaqələrin möhkəmliyi, ərlərinin qəlblərinin rahat olmağı, ərin arvadına qarşı sevgisi, ərlə arvadın bir-birinə etimad etməsi – bütün bunlara görə hicaba miunnətdar olmalıyıq. Əgər kişilər öz həyat yoldaşlarından başqa gözəl xanımları görürlərsə, onlar rahatlıqla ictimai həyatın bütün səhnələrində qadınlarla bir yerdə olurlarsa, onların həyat yoldaşlarına bəslədikləri məhəbbətə zəmanət vermək olmaz. Çünki bu kimi münasibətlər ailədə soyuqluğa və isti ailə ocağını xarab edən külüngə çevrilər. Qadınların hicabsız olması milyonlarla kişinin yolunun azmasına, günaha batmasına, boşanmaların sayının artmasına səbəb olar. Bunun da səbəbi bir çox müsəlman qadın və kişilərin İslamdan və dindarlıqdan uzaq düşməsidir. Bütün bunlardan sonra ailələrin vəziyyətləri dəyişdi, boşanmalar çoxalmağa başladı.

Qətəb özünün çox faydalı “Görəsən biz müsəlmanıq” kitabında deyir ki, gördüyüm sənədlər əsasında Papalardan biri bütün keşişləri, kardinalları Vatikana dəvət edir. Və onlardan istəyir ki, İslamı məhv etmək və bu dinin çırağını söndürmək üçün ki, Vatikana çox da baha başa gəlməsin, nəzər versinlər. Burada olanlar öz nəzərlərini verəndən sonra Papa belə bir qərara gəlir ki, İslamı məhv etməyin ən asan və ucuz yolu müsəlman qız və qadınlarının hicabdan azad edilməsidir. Bu xəbis proqram xainlər tərəfindən həyata keçdi. İmanı az olan qız və qadınların həvayi həvəsləri bu atəşdə yandı və vəziyyət elə bir həddə çatdı ki, az qalsın Allah dini ki, Peyğəmbərlərin, İmamların və alimlərin zəhmətlərinin məhsulu idi, məhv olsun və hidayət çırağı sönsün. Ancaq Haqqın köməyi ilə bütlər sındı və din şərin əsarətindən xilas oldu və Quran hicabı yenidən həyata qayıtdı.

Bəli, hicab qadının mühafizəkarıdır, onu bir çox təhlükələrdən qoruyur, isti ailə ocağının dağılmasına imkan vermir. Tədqiqatçılar deyirlər ki, qadının hicab və geyimi Quranın dörd ayəsində izah olunmuşdur. Bəziləri isə 25 ayənin bu mənada işlənməsi fikrindədirlər. Əmirəl-möminin (ə) Həzrət Müctabaya (ə) xitab edərək, deyir: “Məhrəm, naməhrəm məsələsinə ciddi riayət et. Çünki bu məsələ sənin üçün və bütün naməhrəm qadınlar üçün günah xəyalına və günahın özünə düşməkdən qoruyar…“.

Hədis yazan deyir ki, yağışlı bir gündə Rəsulallahla (ə) Bəqidə oturmuşdum. Uzunqulağa minən bir qadın bizim kənarımızdan keçdi. Uzunqulaq çuxura düşəndə qadın yerə düşdü. Allahın Rəsulu (s) üzünü çevirdi. Ərz etdim ki, şalvar geyinib. Həzrət Allahdan üç dəfə bunun kimi qadınları bağışlamasını istədi və buyurdu: “Ey camaat, bunun kimi libaslar geyinin ki, bədəni yaxşı örtən libasdır”.

Məqnə, əba və bunun kimi geyimlərin ayələrdə adı çəkilmişdir ki, qadınlar bunları geyinməlidir. Qadın özünü Allahın bəndəsi hesab etməlidir, onun duz-çörəyinə riayət etməlidir. Və həqiqi Malikin duz-çörəyinə riayət etmək odur ki, onun əzəmətinin hesabını aparsınlar, Qiyamətə və onun mühakimə gününə diqqət etsinlər. Və O Həzrətin Quranda buyurduğu və Peyğəmbərin (s) və İmamların (ə) dilindən gələn bütün göstərişlərə əməl etsin ki, özünü, ailəsini və cəmiyyətini hicabsızlığın ziyanlarından amanda saxlaya bilsin. “Hər kəs Həzrət Rəbbin məqamından çəkinə, özünü meyllərdən saxlaya – həqiqətən behişt onun yeridir”.

Çox təəsüf ki, dünyanın dörd guşəsində yaşayan bu günün qadınları səhlənkar məktəblərin dalınca gedirlər. Fəsad süfrəsini açırlar ki, heç keçmişdə də rast gəlinməyib. Çox təəsüf ki, İslam ölkələrinin və İslam ümmətinin qızları və qadınlarının bir qrupu bunun kimiləri təqlid edirlər. Əmirəl-möminin (ə) bunun kimi qadınlar haqqında buyurur: “Axır zamanda və Qiyamətə yaxın ki, ən pis vaxtlar olacaqdır, bu xüsusiyyətli qadınlar zahir olacaqlar: hicabsız və lazımı geyimi olmayan, küçə və bazarda zinətini və gözəlliyini nümayiş etdirən, dindən xaric, fitnəkar, ləzzətə tərəfə can atanlar, İlahi haramlarını halal bilənlər. Bu xüsusiyyətli qadınlar daimi və əbədi cəhənnəmdə olacaqlar”.

Həzrət İmam Hüseynin (ə) hicabla bağlı baxışları

Nəql olunur ki, Həzrət Hüseyn (ə) meydana getməzdən əvvəl Həzrət Zeynəbə (ə) buyurdu: “Bütün qadınların cəvahiratlarını topla, mən şəhid olandan sonra düşmən xeymələrə tərəf gələndə onları düşmənlər tərəfə tök. Bu xəbərsiz dünyapərəstlər və bədbəxt maddiyatçılar bunları toplamaqla məşğul olanda siz təhlükəsiz yerə gedin ki, naməhrəmlərin gözündən uzaq olasınız”.

Deyilənə görə, lənətlik Yezidin hücumu və o Həzrətin dodaqları və dişinə çubuqla vurmasından sonra onun hərəminin kənizlərindən biri yuxuda Həzrət Zəhranı (ə) pərişan halda və qüssə içində görür ki, lənətlik Yezidin əməlindən şikayət edir. Kəniz yuxudan qorxaraq, ayılır və qorxu və iztirab içində olduğu üçün çadrasız və hicabsız Yezidin məclisinə gəlir və fəryad çəkir. Yezid onu bu halda görəndə öz əbası ilə onu örtür və döyməyə başlayır ki, niyə başı və üzü açıq naməhrəmlərin yanına gəlibdir? Necə də təəcüblüdür ki, dinsiz, it və meymun oynadan Yezid öz kənizinin başı açıq olmasına dözə bilmədi, onu əbası ilə örtdü və onu naməhrəmlərin məclisindən uzaqlaşdırdı. Ancaq ondan da qəribə kişilər vardır ki, öz namuslarına qarşı etinasızdırlar və həyat yoldaşlarını başı açıq, bəzənmiş halda başqalarının qarşısına çıxarırlar.

Peyğəmbər (s) buyurur: “Qeyrət insanın Allaha və Qiyamət gününə olan imanındandır”. İmam Sadiq (ə) buyurur: “Həqiqətən Allah qeyrət sahibidir, hər qeyrət sahibini sevər və onun qeyrətinin nişanəsidir ki, zahiri və daxili çirkinlikləri haram edir”.

Hicab və Quranın nəzəri

Hicabsızlıq çox çirkin və fəsadgətirici bir əməldir və onun haram buyrulması Allahın qeyrətindəndir. Eşq olsun o insana ki, Haqqın ardıcılı olaraq, öz namusuna qarşı qeyrət göstərsin. O zaman ki, qadın küçə və bazarda, qohumlarının evində, ictimai yerlərdə, məktəb və institutlarda, səfərlərdə əgər hicab geyinməyibsə, kişi və qadının fikri, psixoloji və qəlbi sağlamlığı hifz olunmaz və bu haqda Quranda bir çox ayələr vardır. Qadınlarla bağlı gələn ayədə deyilir: “Ey Peyğəmbər! Öz arvadlarına və qızlarına, iman əhli olan bütün qadınlara de ki, örpəklərini örtsünlər ki, (paklıq və iffətlə) tanınsınlar, (nadürüstlərin) əziyyətindən amanda olsunlar və zərər görməsinlər”.

Qadınla kişi rabitəsi haqda buyurur: “Ey mənim Rəsulum! Mömin camaata de ki, gözlərini naməhrəmə baxmaqdan çəkindirsinlər. Ey mənim Nəbim! İmanlı qadınlara de ki, ləyaqətsiz baxışlardan çəkinsinlər və cisimlərini çirkin əməllərdən hifz etsinlər”.

İmam Sadiq (ə) buyurur: “Uzaq olun o çirkin baxışlardan ki, qəlb torpağında haram əkməyə meyl edər və baxışlar fitnə yaradar. Xoş olsun o insana ki, baxışını qəlbində yerləşdirib və başındakı nəzərləri isə lazımi işlərə ayırıb”.

Əmirəl-möminin buyurub: “Bədənin heç bir yeri gözdən az şükr edən deyil. Onu istəklərindən məhrum edin ki, sizi böyük Allahı yada salmaqdan saxlayır”.

Peyğəmbər (s) buyurur: “Hər kəs ki, baxışlarını haramla doldurub, Allah Qiyamətdə baxışlarını atəşlə doldurar, məgər tövbə edib, əməlindən geri dönsə”.

Peyğəmbər (s) Allahın dilindən deyir: “Haram baxış iblisin zəhərli oxlarıdır, hər kəs Mənim qorxumdan baxışlarını naməhrəmdən çəkindirsə, onun yerinə ona iman verərəm ki, bu imanın ləzzətini qəlbində tapar”.

Dəyərlər.org


more post like this