Cavabın aydın olması üçün bir neçə nöqtəyə diqqət yetirmək zəruridir:
1. Qadın və kişi bəzi aspektdən; vahid zat və gövhərdən yaradılışda, ailə qurmaq, təlim və tərbiyə, hüquq haqqı, fikir azadlığı, söz və qələm azadlığı və s. kimi ictimai hüquqlardan yararlanmada bərabərdirlər.
2. Qadın və kişi bir çox aspektdən bərabər olmaları ilə yanaşı bir çox cəhətlərdən də fərqlidirlər.
Əllamə Təbatəbai bu mövzu haqqında belə deyir: “Qadın kişi ilə müştərək cəhətlərə malik olmaqla yanaşı, bəzi cəhətlərdən onunla fərqlidir. Çünki qadının beyin, qəlb, damar, əsəb sistemi, boy və çəki kimi quruluş xüsusiyyətləri (Anatomiyada izah edildiyi kimi) kişidəki xüsusiyyətlərdən geridədir. Bu da kişinin möhkəm və cüssəli cisiminin müqabilində qadının zərif və lətif cismə malik olmasına, habelə dostluq, qəlb kövrəkliyi, gözəlliyə aludəlik, bəzənməyə meyllilik kimi incə hisslərin qadında və idealistliyin kişidə qabarıq olmasına səbəb olur. Beləliklə, qadın həyatı “sentimental”, kişi həyatı isə “idealist” həyatdır.”[ “Əl-Mizan” tərcüməsi, cild.2, səh. 416]
3. Örtük əsil mənada qadınlara məxsus deyil və bir həddə qədər kişilərə də lazımdır.[ Məsələn övrəti örtmək vacibdir. Bədənin başqa yerlərini isə naməhrəmin görməsinə, fitnə və fəsada səbəb olarsa örtmək vacibdir. Məgər baş və üz kimi adətən açıq olan yerlər. “Yeni məsələlər”, cild 7, səh. 228 ]
4. Bizim nəzərimizcə qadın örtüyün fəlsəfəsi bir neçə məqama qayıdır. Onlardan bəziləri ruhi, bəziləri ailəvi və bəziləri də ictimaidir yönlüdür.
a. Ruhi yöndən hicab cəmiyyətin psixoloji sağlamlığına kömək edir.
b. Ailəvi yöndən hicab ailə üzvləri arasında əlaqələrin möhkəmlənməsinə və ər-arvad münasibətlərinin tam səmimiliyinə səbəb olur.
c. İctimai yöndən isə hicab iş qüvvəsinin haqqının hifzinə və ictimai fəaliyyətin qorunmasına səbəbdir.
Başqa sözlə desək, İslam cinsi ləzzət növlərinin (gözlə, toxunmaqla və s. kimi) ailə mühiti və qanuni nigah çərçivəsinə sığmasını, ictimaiyyətin isə sırf iş və fəaliyyət üçün olmasını istəyir. İndiki dövrdə iş və fəaliyyəti cinsi ləzzətlər ilə qarışdıran Qərb sisteminin əksinə olaraq İslam bu iki mühitin tam şəkildə bir-birindən ayrı olmasını istəyir.[ Mürtəza Mütəhhəri, “Məcmuəye-asar”, cild. 19, səh. 432]
5. Deyilənlərdən əlavə qadınların artıq və tam örtünməsinin zərurətinə sübut onlardakı xas xüsusiyyətlərin mövcudluğudur. Çünki qadın gözəllik təcəssümü, kişi isə eşq simvoludur. Təbii ki, kişiyə deyil, qadına özünü nümayiş etdirməməsi deyilməldir. Kişilərə (qadınlar kimi) örtünmə əmri verilmədiyi halda onlar praktiki surətdə qadınlardan daha örtülü formada evdən çıxırlar. Çünki kişi özünü göstərməyə meylli qadından fərqli olaraq, özünü nümayişə yox, baxmaq və göz gəzdirməyə meyllidir.
Kişinin göz gəzdirməyə meylliliyi qadını daha çox özünü göstərməyə sövq edir və bu cəhətdən “təbrəc” (bəzənmək) qadının xüsusiyyətlərindəndir.[ Mürtəza Mütəhhəri, “Məcmuəye-asar”, cild. 19, Hicab məsələsi, övrətin örtülməsi]
Qadının daha çox örtünməsi onun kişi qarşısında dəyərinin artmasına səbəb olması sonuncu nöqtədir.
Qadının özü ilə kişi arasında pərdə saxlaması məxvi vasitələrdən biridir. Qadın məqam və cəmiyyətdə tutduğu yerin kişi müqabilində qorunması üçün ondan istifadə etmişdir. İslam qadını bu vasitədən istifadəyə sövq edir. İslam qadının daha mətinli, vüqarlı və iffətli hərəkət etməsinə və özünü kişilərə nümayiş etdirməməsinə təkid etmişdirsə, bu onun ehtiramının artmasından ötrüdür. Həmçinin hamının asanlıqla əldə etdiyi dəyərsiz bir mala çevrilməsin.[ Bax: Yenə orada, az dəyişikliklə]
Başqa sözlə desək, İslamın təyin etdiyi həddə qadının örtülü olması onun böyüklük və ehtiramının artmasına səbəbdir. Çünki, onu əxlaqsız fərdlərin təcavüzündən amanda saxlayır. Deməli, hicab məhdudiyyət deyil, bəlkə toxunulmazlıqdır. Həm qadını, həm də cəmiyyəti günaha batmaqdan amanda saxlayır.
Ətraflı məlumat üçün:
1. Ayətullah Əhməd Möhsini Qorqani, “Dər nab dər sədəfi-hicab” İslam elmləri nəşriyyatı
2. Məhəmmədi İştihardi, Məhəmməd, “Hicab bəyangəri-şəxsiyyət”, ilk çap, “Müavinəti-mübarizə” nəşri ilə “Məfasidi-İctimaiyi-NACA” nəşri
3. Rəzzaqi, Əhməd, “Fəsad amilləri və hicabsızlıq və onlarla mübarizə yolları”, Dördüncü çap, “Sazmani-təbliğati-İslami” nəşriyyatı. 1371 şəmsi tarixlə.
4. Şücai, Məhəmməd, “Dürr və sədəf”, Üçüncü çap, nəşr: 1378 hicri-şəmsi
5. Mütəhhəri, Mürtəza, “Hicab məsələsi”, “Sədra” nəşriyyatı
6. Qiraəti, Möhsin, “İslamda qadın örtüyü”, doqquzuncu çap, “Nasir” nəşri. 1370 h.ş.
7. Cəvadi, Amuli, “Qadın cəlal və camal güzgüsündə”, ikinci çap, “Fərhəngi-rəca” nəşri. 1370 h.ş.
8. Fəttahizadə, Fəthiyyə, “Hicab, Quran və sünnə baxımından”, İkinci çap, “Dəftəri-təbliğati-İslami” nəşri, 1376 h.ş. NUR-AZ.COM


more post like this