BİSMİLLƏHİR RƏHMANİR RƏHİM
Hicab,qadını cəmiyyətdə bədəni yox,əqli və qəlbi ilə tanıtdırır,ancaq ailə tərkibi üçün cismin sərhədləri açıqdır.
Qadın-içtimaiyyətin ayrılmaz yarısı.
Allah Təala Qurani-Kərimin Nur surəsi 31-ci ayəsində buyurub:
Ey Peyğəmbər! Mömin qadınlara de ki,gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar) ayıb yerlərini (Zinadan) qorusunlar,öz-özlüyündə görünən (əl və üz) istisna olmaqla zinətlərini naməhrəmə göstərməsinlər,baş örtüklərini yaxalarına çəksinlər (boyunları və sinələri görünməsin).Zinət yerlərini ərlərindən ya öz atalarından ya ərlərinin atalarından ya oğullarından ya ərlərinin oğullarından ya öz qardaşlarından ya qardaşının oğlanlarından ya bacılarının oğlanlarından ya öz (müsəlman) qadınlarından ya sahib olduqları (müşrik) cariyələrdən ya kişiliyi qalmamış xidmətçilərdən ya qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər,gizlətdikləri bəzək şeylərini,xalxallarını göstərmək üçün ayaqlarını yerə vurmasınlar.
Çarşab,qadın geyimlərinin ən ülvisi-xanım Fatiməyi-Zəhra (s.ə)-nın geyimidir.
Allah Təala Qurani-Kərimin Əhzab surəsi 59-cu ayəsində buyurub:
Ey Peyğəmbər! Zövcələrinə,qızlarına və möminlərin zövcələrinə de ki,çarşablarını örtsünlər.Bu onların (iffətlə) tanınması və (ləyaqətsiz insanlar tərəfindən) onlara əziyyət verilməməsi üçün daha yaxşıdır.Allah xalqa qarşı bağışlayan və mehribandır.
Ana və bacılarımız üçün Allahu Təalanın nümunə tövsiyə etdiyi qadınlar: xanım Xədicəyi-Kübra (s.ə.),xanım Fatiməyi-Zəhra (s.ə.), xanım Zeynəb (s.ə.),həzrəti Məryəm (s.ə), həzrəti Asiya (s.ə.), həzrəti Hacər (s.ə.).
Qadınlar kişilərə Allahın əmanətidir və hər bir kişinin borcudur ki,qadınları qorusun,heç olmasa ona xatir ki,hər bir insanı bir ana dünyaya gətirir.
  Ixlas.az


more post like this