Hicab – mənim mənliyimdir.

Hicab – mənim kimliyimdir.

Hicab – mənim məxsusiliyimdir.

Hicab – mənim itaətimdir məni yaradanın əmrlərinə.

Hicab – mənim təslimiyyətimdir.

Hicab – mənim imanımın işarəsidir.

Hicab – mənim dinimdir.

Hicab – mənim əqidəmin zərurətidir.

Hicab – mənim “mən” olmağımdır.

Hicab – mənim var olmağımdır, eyni zamanda yox olmağımdır – Onun sözü qarşısında nəfsimin yoxluğudur.

Hicab – mənim şeytanla döyüşdə qalxanımdır, qılıncımdır.

Hicab – mənim “kəlməyi-şəhadət”imdir.

Hicab – mənim şəxsiyyətimdir.

Hicab – mənim ixtiyarımdır.

Hicab – mənim qadınlıq qürurumdur.

Hicab – mənim üçün iffət simvoludur.

Hicab – mənim zəfərim, qalibiyyətimdir, zamanın yalnış tələblərinə.

Hicab – mənim zamanın axarında qərq olanlara “Dayan!” nidamdır.

Hicab – mənim cihadımdır.

Hicab – mənim asanlığım deyil, çətinliyimdir- axı çətinliklə qazanılan daha dəyərlidir.

Hicab – mənim ağır yüklü dəyərimdir.

Hicab – mənim əxlaqi-zərurətdən doğan məhdudiyyətimdir.

Hicab – mənim azadlığımdır – “azadlıq” şüarı altında neçə minlərlə oyunların aləti olmağın müqabilində.

Hicab – mənim xatırlamam və həm də xatırlatmamdır yaradılana Yaradanı.

Hicab – mənim örpəyimdir.

Hicab – mənim təmizliyimdir yad baxışların çirkinliyindən.

Hicab – mənim naməhrəmlər qarşısında cismani pərdəmdir. Amma Allahla mənim aramdakı pərdələri götürən məhrəmliyimdir.

Hicab – məni Onunla məhrəm edən muxtariyyətimdir.

Qadinlar.biz


more post like this